Categories: "Poeziya" or "Nusret Kesemenli sherleri"
BİR SALAMA DƏYMƏDİ
October 15th, 2007BİR SALAMA DƏYMƏDİ
Bu gün mən səni gördüm,
Salam vermək istədim,
Üzünü yana tutdun.
Söylə, illərdən bəri
Qəlbimizin bir duyub
bir vurduğu illəri,
Axı, nə tez unutdun?
Beş ildə gözümüzdən axan o qanlı sellər,
Bir salama dəymədi? more »
May 21st, 2007
Mənə qadan alım demə, əzizim,
Mən sənin başına dönə bilərəm.
Sənsiz qəm alovlu yanan ocağam,
Ağlama, yağışdan sönə bilərəm.
Mən Günəş gözləyən puçuram hələ,
Özüm öz dərdimdən qaçıram hələ.
Ulduzdan ulduza uçuram hələ,
Çağırsan torpağa enə… more »
Mənim göz yaşımı görməyəcəksən!
May 9th, 2007Bu eşqin yasını saxlayacağam,
Sən gedən yollara baxmayacağam.
Ağlasam, gizlicə ağlayacağam,
Mənim göz yaşımı görməyəcəksən. more »
Niyə gəldin...
May 1st, 2007Niyə gəldin, axı,
Səni mən çağırmamışdım.
Özün gəlmişdin,
qara bir sevda kimi,
Ürəyimin əkin yerinə
quş dimdiyindən düşən buğda kimi
Cücərməyəydin gərək,
həsrətinlə baş – başa qalacaqdımsa,
Gözləyə - gözləyə heykəl kimi donacaqdımsa,
heç… more »
Getmek isteyirsen...
April 30th, 2007Getmek isteyirsen...
Getmək istəyirsən, bəhanəsiz get,
Oyatma mürgülü xatirələri.
Səsin həmin səsdir, baxışın ögey,
Gedirsən, səsin də yad olsun barı... more »
Bir sevda aglayir...
April 18th, 2007Bir sevda ağlayır...
Gəl dedim, köksümə yaralı düşdü,
Əl açdım, əllərim aralı düşdü,
Ona bu ağ dünya qaralı düşdü,
Bir sevda ağlayır içimdə mənim. more »
Daha nagillara inanmiram men
April 10th, 2007Daha nağıllara inanmıram mən
Çapıb öz atını Ağ atlı getdi,
Atları şimşəkdən qanadlı getdi,
Uşaq yaddaşımı qanatdı getdi,
Daha nağıllara inanmıram mən. more »
Ömürdən bir gün də...
April 5th, 2007Ömürdən bir gün də...
Ömürdən bir gündə keçdi, beləcə,
Yarı yuxuludur,
Yarı oyaqdır.
Duyğular qoynunda ötən hər gecə
Kiminsə ömrünə qayıdacaqdır. more »