« Ömürdən bir gün də... | Naxcivan » |
Yalan
Yalan
Ömürdən bir günü oğurlamışıq,
Qaçıb bölüşürük bu xəlvət yerdə.
Payızda ayrılan köçəri quşuq,
Kim bilir, bəkə də görüşdük bir də...
Boşalır ürəyin, dolur gözlərin,
Gecikmiş zamanı lənətləyirsən.
Dolaşıb dilində qalır sözlərin,
Özün də bilmirsən nə istəyirsən.
Örtür gözlərini yuxu xumarı,
Yuxun saçın kimi qarışıq düşər.
Fikirli keçərsən bu gün yolları,
Ünvanın adımla dolaşıq düşər...
Dəli tək daş atdıq bu sakit gölə,
O daşı geriyə qaytarmaq olmur.
Bizim yalanımız yeriyir hələ,
Elə yeriyir ki, izi də qalmır.
Aça da bilmirik sirri heç kimə,
Elə, gizli-gizli alışırıq biz.
Bəlkə də bir doğru sevgi eşqinə,
Min yalan uydurub danışırıq biz...
Nüsrət KƏSƏMƏNLİ.
Ömürdən bir günü oğurlamışıq,
Qaçıb bölüşürük bu xəlvət yerdə.
Payızda ayrılan köçəri quşuq,
Kim bilir, bəkə də görüşdük bir də...
Boşalır ürəyin, dolur gözlərin,
Gecikmiş zamanı lənətləyirsən.
Dolaşıb dilində qalır sözlərin,
Özün də bilmirsən nə istəyirsən.
Örtür gözlərini yuxu xumarı,
Yuxun saçın kimi qarışıq düşər.
Fikirli keçərsən bu gün yolları,
Ünvanın adımla dolaşıq düşər...
Dəli tək daş atdıq bu sakit gölə,
O daşı geriyə qaytarmaq olmur.
Bizim yalanımız yeriyir hələ,
Elə yeriyir ki, izi də qalmır.
Aça da bilmirik sirri heç kimə,
Elə, gizli-gizli alışırıq biz.
Bəlkə də bir doğru sevgi eşqinə,
Min yalan uydurub danışırıq biz...
Nüsrət KƏSƏMƏNLİ.
9 comments

04. 04. 07 @ 21:00
Comment from: MASTER_İER [Member]

04. 04. 07 @ 23:54
Comment from: etna777 [Visitor]

07. 04. 07 @ 09:18
Comment from: Aysel [Visitor]

08. 05. 08 @ 01:00
Comment from: Xan [Visitor]

11. 12. 08 @ 20:35
Comment from: Elik [Visitor]

02. 12. 09 @ 09:58
Comment from: Murad Qasimov [Visitor]

27. 05. 10 @ 09:05