« Istəklərimiz... | Təsəvvürün gücü və ya İnam » |
BİR SALAMA DƏYMƏDİ
BİR SALAMA DƏYMƏDİ
Bu gün mən səni gördüm,
Salam vermək istədim,
Üzünü yana tutdun.
Söylə, illərdən bəri
Qəlbimizin bir duyub
bir vurduğu illəri,
Axı, nə tez unutdun?
Beş ildə gözümüzdən axan o qanlı sellər,
Bir salama dəymədi?
Heç üzümə baxmadan yanımdan necə keçdin?
Sən eşqin salamını qorxuyamı deyişdin?
Yoxsa sən öz əhdinə, ilqarına ağ oldun?
O qədər yaxın ikən, bu qədər uzaq oldun.
Şirin gülüşlərimiz, acı fəğanlarımız
Bir salama dəymədi?
Qayğılı anlarımız, qayğısız anlarımız
Bir salama dəymədi?
Sən neylədin, bir düşün!
Yalnız indi anladım; ah, sən daha mənimçün
Əlçatmaz bir çiçəksən,
Yaşanmış günlərim tək geri dönməyəcəksən!...
Qop ey tufan, əs ey yel! Xəzəl olum, tökülüm
Düz beş il ürəyimdə
Bəslədiyim məhəbbət, bir salama dəymədi.
Bir günlük həsrətimə dözə bilməyən gülüm,
Bəs nə oldu? Bu həsrət bir salama dəymədi?
Getdin, dalınca baxdım, can ayrıldı canımdan,
Sən necə etinasız ötə bildin yanımdan?
Ah çəkdim, başım üstə yarpaqlar əsdi, gülüm,
Sənin qəlbin əsmədi.
Arxana da baxmadın!
Niyə sənin yolunu məhəbbətin kesmədi?...
Qazancımız de, bumu?
Deyilməmiş o salam əlvidamız oldumu?
Sən mənə zülm eylədin, mənə zülm yaraşır.
Bir salama dəyməyən eşqə ölüm yaraşır!
Bəxtiyar Vahabzadə
Bu gün mən səni gördüm,
Salam vermək istədim,
Üzünü yana tutdun.
Söylə, illərdən bəri
Qəlbimizin bir duyub
bir vurduğu illəri,
Axı, nə tez unutdun?
Beş ildə gözümüzdən axan o qanlı sellər,
Bir salama dəymədi?
Heç üzümə baxmadan yanımdan necə keçdin?
Sən eşqin salamını qorxuyamı deyişdin?
Yoxsa sən öz əhdinə, ilqarına ağ oldun?
O qədər yaxın ikən, bu qədər uzaq oldun.
Şirin gülüşlərimiz, acı fəğanlarımız
Bir salama dəymədi?
Qayğılı anlarımız, qayğısız anlarımız
Bir salama dəymədi?
Sən neylədin, bir düşün!
Yalnız indi anladım; ah, sən daha mənimçün
Əlçatmaz bir çiçəksən,
Yaşanmış günlərim tək geri dönməyəcəksən!...
Qop ey tufan, əs ey yel! Xəzəl olum, tökülüm
Düz beş il ürəyimdə
Bəslədiyim məhəbbət, bir salama dəymədi.
Bir günlük həsrətimə dözə bilməyən gülüm,
Bəs nə oldu? Bu həsrət bir salama dəymədi?
Getdin, dalınca baxdım, can ayrıldı canımdan,
Sən necə etinasız ötə bildin yanımdan?
Ah çəkdim, başım üstə yarpaqlar əsdi, gülüm,
Sənin qəlbin əsmədi.
Arxana da baxmadın!
Niyə sənin yolunu məhəbbətin kesmədi?...
Qazancımız de, bumu?
Deyilməmiş o salam əlvidamız oldumu?
Sən mənə zülm eylədin, mənə zülm yaraşır.
Bir salama dəyməyən eşqə ölüm yaraşır!
Bəxtiyar Vahabzadə
10 comments
Comment from: Ayka [Visitor]
Angel,salam.Necesen?:) Cox sag ol,cox,cox,cox sevdiyim sherdi bu.Bashima gelibdi :(
17. 10. 07 @ 06:36
Blogda gec-gec gorsenen LFL-dan salamlar. Ela serdi. Cox sevirem bu seri.Umimiyyetle seri cox sevirem. Vahabzadenin bu seri de cox menali ve gozeldi.....
-- Bu ne iniltidir, bu ne naledir
Ey urek, de gorek isteyin nedir?
-- Sorusma gel bunu bir nadan kimi
Hissim olmasaydi anlasilardim
Yox! Eger bilseydim oz isteyimi
Men urek olmazdim, agil olardim
18. 10. 07 @ 09:29
Ayka,
Salam qadasi sen necesen? Sevindim senin beyendiyin bir ser yerleshdire bildiyim ucun. Allah hec kimin bashina getirmesin
LFL,
Eleykumesalamlar.Menim de cox xosuma gelir bu sher. B.Vahabzade gozel shairdir.
18. 10. 07 @ 12:37
Angel, bacish, teshekkurler sheire gore! Bu sheiri en cox Emine Yusifqizinin ifasinda eshitmek xosh gelir mene... :)
21. 10. 07 @ 22:33
Comment from: Murano [Visitor]
Çox gözəl şeirdi.Elə bil dostları tərəfindən unudulmuş əsgər üçün yazılıb.
28. 10. 07 @ 15:46
Comment from: LİMAN [Visitor]
ALLAH HEC KESE YASATMASIN BU HISSLERI.
TESEKKUELER COX GOZEL SERDIR
18. 09. 08 @ 20:37
Comment from: CAVAD [Visitor]
BU SHER SHERLƏRİN SHERİDİR.MƏN HƏLƏ İNDİYƏCƏN BU CÜR SHER OXUMAMISHAM.BUNUN KİTABIDA MƏNDƏ VAR.ƏLA SHERDİR.
12. 10. 08 @ 03:02
Neinki bu wer umumiyyetle men sherler hiss edib,duyub yawayiram, ozumde shair tebietliyem,arada yaziram,duzdu kitabim yoxdu ama yaxinlarda yeqinki olacaq Inwallah
02. 02. 11 @ 08:37