İlk qarın ilk qar adamı
January 16th, 2008Doğma Qarabağımız_Ağdam rayonu
December 25th, 2007Əziz ziyarətçilərim,
Qış fəsli ilə əlaqədar olaraq vətənimizin gəzməli, mənzərəli guşələrinə olan səyahətlərimə ara vermişəm və bu səbəbdən də Azərbaycanımızın müxtəlif bölgələrinin gözəlliklərini sərgiləyən postlarla görüşünüzə gələ bilmirəm. Ancaq dünən ziyarət üçün getdiyim bir yerdə çəkilmiş və maraqlı hesab etdiyim şəkilləri sizinlə bölüşmək istəyirəm. Beləliklə, növbəti səfərimiz Ağdam rayon Əhmədağalı kəndində yerləşən Seyid Lazım ağa ziyarətgahınadır.
1.
Seyid Lazım ağa Ağdam rayonunun ən sayılan və inanılan, el arasındakı deyimlə desək "ən ağır" seyidlərindən olub.

Baxın, şükr edin...
November 27th, 2007Biz insanlar bəzən həyatımızdakı xırda problemləri o qədər böyüdürük ki, bizi əhatə edən gözəllikləri görmür, həyatdan zövq almağı belə unuduruq. Əslində isə, xoşbəxt olmamız üçün o qədər çox səbəb var ki...Elə bu şəkillərdəki oğlanın sahib olmadığı bədən üzvlərinə sahib olmamız...Baxın, şükr edin! Şükr edin ki, sağlamsınız, şükr edin ki, ailəniz sizinlədir, şükr edin ki, hər səhər yuxudan oyananda bizi əhatə edən təbiətin gözəlliklərini görə bilirsiz, şükr edin ki, heç kimə ehtiyac duymadan yeriyə, danışa və ya işləyə bilirsiniz...Şükr edin ki, bu həyat sizə olduğu kimi, sizi qane edəcək şəkildə verilib. Hər birimizin xoşbəxt olmaq üçün saysız hesabsız səbəblərimiz var, XOŞBƏXT OLUN!!!
1.
Göz aksesuarları
November 17th, 2007Göy üzü
November 1st, 2007YUXU
October 24th, 2007Alimlərin uzun müddətli araşdırmalarına baxmayaraq yuxu ilə bağlı bəzi məqamlar tam da aydınlanmayıb.
Yuxu ilə bağlı fikirlərdə Şərq və Qərb alimlərinin fikirləri üst-üstə düşmür. Qərblilər yuxunu izah etməyə çalışarkən bildirirlər ki, yuxu insanın gündəlik fəaliyyətinin nəticəsində gördüyü düşüncələrdir. Şərqlilər isə fərqli olaraq yuxunun ilahi bir mesaj olduğunun bildirirlər.

Istəklərimiz...
October 20th, 2007Insan hər zaman ürəkdən arzulayıb, dilədiklərini əldə edə bilmir. Bir çox hallarda istəklərimizin nə olduğundan asılı olmayaraq onun bizim üçün ən doğru, ən uyğun bir şey olduğunu hesab edir, ancaq bunun həqiqətəndə belə olub olmadığı haqqında düşünmək belə istəmirik. Aşağıdakı linkdə bununla bağlı olan -Slide Show- bizi bir daha istəklərimiz haqqında düşünməyə vadar edir. Buyurun baxın.
http://boxca.com/098WN5DM77R3/Kelebek ve cicek.pps
BİR SALAMA DƏYMƏDİ
October 15th, 2007BİR SALAMA DƏYMƏDİ
Bu gün mən səni gördüm,
Salam vermək istədim,
Üzünü yana tutdun.
Söylə, illərdən bəri
Qəlbimizin bir duyub
bir vurduğu illəri,
Axı, nə tez unutdun?
Beş ildə gözümüzdən axan o qanlı sellər,
Bir salama dəymədi?

Təsəvvürün gücü və ya İnam
October 9th, 2007Başqa şəhərə iş gəzintisinə gəlmiş iki şəxs gecələyəcəkləri mehmanxanada boş otaq olmadığından eyni otaqda qalmalı olurlar.
Ramazan
September 18th, 2007Dərk edənlər və etməyənlər üçün RAMAZAN

Nəhayət ki, müsəlmanlar üçün bağışlanma və oddan xilas olma, şeytan və şeytanxislətli insanlar üçün işgəncə, münafiqlər üçün isə ağır sınaq ayı – on bir ayın sultanı Ramazan gəldi. Keçən Ramazan ayından bura qədər etdiyimiz bütün günahlar üçün bir daha bağışlanma şansını bizlərə nəsib eyləyən Allaha həmd olsun.