« İlk qarın ilk qar adamı | Baxın, şükr edin... » |
Doğma Qarabağımız_Ağdam rayonu
Əziz ziyarətçilərim,
Qış fəsli ilə əlaqədar olaraq vətənimizin gəzməli, mənzərəli guşələrinə olan səyahətlərimə ara vermişəm və bu səbəbdən də Azərbaycanımızın müxtəlif bölgələrinin gözəlliklərini sərgiləyən postlarla görüşünüzə gələ bilmirəm. Ancaq dünən ziyarət üçün getdiyim bir yerdə çəkilmiş və maraqlı hesab etdiyim şəkilləri sizinlə bölüşmək istəyirəm. Beləliklə, növbəti səfərimiz Ağdam rayon Əhmədağalı kəndində yerləşən Seyid Lazım ağa ziyarətgahınadır.
1.
Seyid Lazım ağa Ağdam rayonunun ən sayılan və inanılan, el arasındakı deyimlə desək "ən ağır" seyidlərindən olub.

2.
Seyid Lazım ağanın qəbri yaşadığı kənddə_Əhmədağalı kəndindədir. Buradakı kənd məscidinin həyətində dəfn olunan Seyid Lazım ağanın qəbri artıq ziyarətgaha çevrilib.

3.

4.

5.
Seyid Lazım ağanın 2 il əvvəl rəhmətə getmiş oğlu da onun ziyarətgahında, atasının qəbri ilə yanaşı dəfn olunub.

6.

7.
Ziyarətgahla eyni həyətdə olan kənd məscidinin minarəsi

8.
İçərisindəki vəziyyətə əsasən məscidi qədim hesab etmək olar

Ziyarətgahdan çıxdıqdan sonra o ətrafda daha çox yerlərlə tanış ola bilmək məqsədilə, ziyarətgaha getdiyimiz yolla yox, başqa yolla geri qayıtmaq qərarına gəldik. Bu qərar isə, demək olar ki, zarafatla "Səhvən ermənilərin içərisinə gedib çıxarıq" sözünün reallaşmasına gətirib çıxaracaqdı. Ağdamın "Xındırıstan" adlanan kəndinə getdyimizi hesab edərək, sürətlə kəndləri bir - bir ötüb keçərkən, ailə üzvlərimdən birinin "Yolda dayanan iki kişi bizə geri qayıtmağı işarə etdi" deməsi məni dayanmağa vadar etdi. Bizə işarə edən iki nəfər artıq çox arxada qaldığı üçün,yaxınlıqdakı çobandan yolun haraya getdiyini soruşanda, "Yol kol kosla bağlıdır, özümüz bağlamışıq, görünən kənd ermənilərdir" dedi. Orada keçirdiyimiz hissləri yəqin ki, təsəvvür edirsiniz. Geri qayıdıb, bizə işarə edənlərə təşəkkür edərək, Xındırıstan kəndinə aparan doğru yola çıxdıq.
9.
Bizə yol göstərən kənd sakinləri

10.
Uzaqda görünən evlər, hal hazırda ermənilərin işğalı altında olan Qərvənd kəndinin evləridir. Bəlkə də qiyada getməklə 10 dq bu evlərə çatmaq olar.

11.
İşğal olunmuş ərazilərə çox yaxın yerləşməsinə baxmayaraq bu kəndlərdə həyat normal şəraitdə davam edir. (Gecələr atışma səslərini çıxmaq şərtilə)
Voleybol oynayan cavanlar

12.
Balaca çobanlar

13.
Ənənəvi yük daşıma qaydası

14.
"Bənövşələr" köçkün qəsəbəsi

15.
Vətənimin hər güşəsi, hər fəsildə gözəldir...

Sonda, azğın erməni işğalçılarının xəyali dövlət marağı ucbatından öz evlərindən, torpaqlarından köçkün düşmüş hər bir Azərbaycan vətəndaşına səbr diləyir və gec tez öz torpaqlarımızın aid olduğu sahiblərinə, bizlərə qaytarılacağına ürəkdən inandığımı bildirmək istəyirəm. Və bir gün Azərbaycanımızın ən səfalı guşəsi Dağlıq Qarabağın ecazkar gözəllikdə olan Şuşası, Ağdamı, Laçını və adını sadalamadığım bir çox başqa torpaqlarının da şəkillərini sizə təqdim edə bilməyi arzu edirəm.İNŞALLAH!!!

14 comments

25. 12. 07 @ 02:37
Comment from: Elshan [Visitor]

25. 12. 07 @ 02:50

25. 12. 07 @ 08:39

25. 12. 07 @ 20:11
Comment from: MASTER_İER [Member]

25. 12. 07 @ 22:17
Comment from: Elşən [Visitor]

25. 12. 07 @ 22:21

25. 12. 07 @ 22:28

27. 12. 07 @ 21:33
Comment from: GERMAN [Visitor]

12. 03. 08 @ 12:48
Comment from: Ziyad Guliyev [Visitor]

26. 11. 08 @ 04:59
Comment from: Feyyaz [Visitor]

03. 05. 09 @ 13:31
Comment from: Qarabağsız Qarabağlı [Visitor]

08. 06. 10 @ 07:31
Comment from: imarion [Visitor]

28. 07. 11 @ 19:44