Virtual tanishliq

November 7th, 2006
Bu günlerde bir qrup yaxın dostumla bele bir mövzu etrafında müzakire aparırdıq: virtual tanışlıq. Yeni, qızla oğlanın internetde tanışlığı ciddidirmi, ciddi münasibetlere getirib çıxara bilermi?

Aşağıda yerleşdirdiyim şekile uyğun, bir qrup dostum bu meseleye Azerbaycandakı veziyyeti nezere alaraq bizim bu cür tanışlıqlara, internet, küçede, yolda tanışlıq ve s . hazır olmadığımızı iddia edirdi. Onların fikrince, internet qarşısında eyleşen genclerin böyük ekseriyyeti ikiüzlü, yalançı, bütün qızlara tanışlıqdan 5 deq sonra sevgi elan eden, her şey ved eden tiplerdir. Bir başqa qrup dostumun fikrince ise, internet - bir ünsiyyet vasitesidir. Ve burada problem bu ünsiyyet vasitesinden istifade eden şexslerin özündedir. Yeni, bir halda ki, bir insan heyatda olduğu qeder kompyuter arxasında da semimidirse, bu cür tanışlıqlar dostluğa, evliliye da getirib çıxara biler. Bu fikirlerini onlar real heyatdan nümune getirerek internetde tanış olub sonrada aile quran tamışlarını misal gösterirdiler.

Bes siz nece düşünürsünüz? Arzuladığımız can dostuna, ruh ikizine internetde rast gelmek mümkündürmü?


internetin heqiqetleri

Polis BMW-sinin ilk qezasi

November 7th, 2006
Bilənlər bilir, bilməyənlərə də məlumat verək ki, 23 sentyabrda Azadlıq Meydanında Dövlət Yol Polisinə “BMW-320” markalı 200 avtomobilinin təqdimetmə mərasimi keçirilmişdi. Müasir texniki vasitələr, xüsusi texniki cihazlarla təmin olunan bu avtomobillərin alınmasında məqsəd polis orqanlarının fəaliyyətini genişləndirmək, avto-xuliqanlar ilə mübarizə aparmaqdır. Ötən günlərdə isə paytaxtımızda ilk polis BMW-si qəzaya uğradı...


Qeyd: şəkillərin müəllifi mən deyiləm.

BMW ile ilk qeza

BMW ile ilk qeza

BMW ile ilk qeza

BMW ile ilk qeza

Звонок

November 6th, 2006
ПРОЛОГ
Мы рождаемся и умираем, влюбляемся и забываем, находим и теряем; на ошибках мы учимся, а от простых человеческих радостей получаем ощущение простого человеческого счастья на душе - все что мы не делаем, идет нам на пользу; главное, чтобы человек был хороший.

- Алло.
-Привет... - пауза и немного неуверенно - эй, ты что молчишь...
-Здравствуй. - как-то сдержанно.
-Рад тебя слышать, - и со сменившейся интонацией, - давно не болтали.
-Да уж, с тобой поговоришь... - в голосе слышится злость.
-Если очень захотеть, можно в космос улететь! Я вот решил тебе позвонить...
-Узнать как дела? - она перебивает с иронией.
-Да нет, просто... - задумавшис
-Поздно. - как выстрел - Все что ты мог сделать, ты сделал и теперь уже не о чем разговаривать.
-Ну это как сказать... - мечтательно - например о погоде...
-Ну-ну. Лопата?
-Нет, - шутя, - теперь это не модно. - серьезно - Мы можем много о чем разговаривать, всеже мы знаем друг друга вдоль и поперек...
-Лучше бы не знали, - без надежды на шутку.
-Меньше всего хотелось бы думать, что ты жалеешь, обо всем, что было...
-Я жалею, о том, что было потом. И вообще я не понимаю, с какой это стати, ты решил появиться через две недели и начать дружеский разговор. То ли тебя потянуло на старое, то ли просто понесло.
-То есть ты считаешь, что либо я открыл в себе великую любовь либо оказался слишком слаб? Чтож, ты забываешь, что еще есть вариант, что мне что-то от тебя нужно... - голос, как будто веселого человека. - На самом деле все это не правда. Я просто звоню, узнать как ты... ну и извинится... это может казаться смешным, но на самом деле это очень много значит для меня.
Ты что хочешь, чтоб я тебя простила за все это?
-Это в идеале.. ну чтоб хотябы знала, что я не хотел, что бы все так кончилось... что я жалею, о том, как поступил. Что я признаю свою неправоту и прошу прощение.
-Знаешь что, в гробу видала я твое прощение. Ты сделал мне больно. Ты был не прав, и точка. Мне тут нечего сказать и я больше не хочу с тобой общаться по этому или какому-либо еще поводу. Просто, больше не звони мне. Ясно?
-Как хочешь...
-Прощай. - пи-пи-пи...

ЭПИЛОГ -Я же сказала, не звони больше, я не хочу с тобой больше разговаривать!
-Алло. - удивленно.
-Ой, мам, прости, просто звонят кто-то, и молчат в трубку...
-Что? "Кто-то" это кто? Я тебя вроде хорошо знаю, что это за мальчик?
-Мальчик... да все тот-же...
-Звонил?
-Угу... а чего хотел не ясно, ну я его и послала. Он и раньше был не очень, а теперь и вовсе общаться с ним не хочется. Знаешь, я даже рада, что мы расстались...
-Дочь... - взволнованно.
-Что, мам?
-А ты не знаешь?
-Что?
-Я когда на работу ехала, в трамвае встретила тетю Валю, из его дома, так она сказала, что его вчера машина сбила, насмерть...

Звонок

Hasretindeyim

November 6th, 2006
Hasret

Memmed, Murad, Mişa

November 5th, 2006
Gözlərindən rusluq yağırdı. Tərs baxıb susur, sanki "indi nə istəyirsən?" deyirdi.
5 yaşlı bu cocuğa Murad deməyə dilim gəlmədi. Atasının adı Tofiqdi. Babası Cahangir, babasının atası Ələmdar kişi. Rəsmi kağızda "azərbaycanlı" sayılır. Amma yox, bu cüvəllağıya o kəlməni yaraşdırmadım.
Olsa, Mişa demək olar. Anası Svetlananın oğlu, ana nənəsi Veronika Pavlovnanın nəvəsi, ana babası Aleksandr İpatyeviçin qızının oğlu.
O, Moskvada yaşayan Tofiq Nəcəfov adlı rəhmətlik dostumun kiçik oğludu.
Yox, Nəcəfov ölməyib, sağdı. Vücudu yeyir, içir, gəzir, pul qazanır, pul xərcləyir, arvadbazlıq edir, ləngər vuran qadın baldırlarını görəndə dodaqları "o" formasını alıb "füittt" səsi çıxarır, şit zarafat edib hırıldayır, dediyinə özü gülür, yanında "bratka" dediyi adam varsa əlini onun çiyninə vurub şaqqıldayır.
Allah rəhmət eləsin bu canlı meyitə.
Halonki necə yaxşıydı.
Onunla birlikdə Moskvaya, oxumağa yollananda çox gəncdik. Sovet Sosialist Respublikaları İttifaqının paytaxtında təhsil alıb geri dönmək, burada çalışmaq, ailə qurmaq, atalarımız, ən başlıcası isə babalarımıza layiq kişilər olmaq istəyirdik.
Bizi yola salanda Tofiqin babası Ələmdar kişi xeyli susdu. Anlamadıq, axı gedişimiz münasibətilə evdə əməllicə büsat qurulmuşdu - yola salırdılar bizi. Baba isə oturduğu yerdə əsasını ayaqlarını arasına almış, əlləriylə çənəsini qoyduğu əsanın üstündən bizə qəmli-qəmli baxırdı.
Əhvalım pozuldu. Kişidə söz vardı.
- Ələmdar baba, nə olub, növrağın pərişandı?! Bax, hamı deyir, gülür, yeyir, içir. Moskvaya oxumağa gedirik.
Kişi danışmırdı, eləcə zəndlə bizə baxırdı. Handan hana aramla söylədi:
- Gedin. Sizi adam kimi yola salırıq. Görən adam kimi qayıdacaqsınızmı, içinizi, özünüzü orada qoymayacaqsınız ki...
... Qayıtdım. Tofiq orada qaldı.
Evləndi bir rus qızıyla. Daha doğrusu, Svetlana onun işlədiyi milis idarəsinin rəisinin sonbeşiyi idi. Tofiqin arvadının atası (o rusa "qayınata" kəlməsini heç cür yaraşdırammıram) polkovnik olanda Tofiq leytenantdı. Sonra "dyadya Saşa" general, Tofiq kapitan oldu. Bu Saşa nazir müavini yambızlarını hər səhər ah-ufla "Mersedes" maşına oturdanda Tofiq artıq podpolkovnikdi.
İndi polkovnikdi.
Dediyinə görə, ilin sonunadək general paqonlarını gəzdirəsədi.
Dünən gecə zəng vurmuşdu, Moskvaya çağırırdı.
Gedə bilməyəcəyimi söylədim. Əslinə baxsaq vaxt, pul və ya başqa səbəblərdən dolayı heç problem yox.
Problem bu adamın simasında Rusiyada adamlıqlıqdan çıxan, özlərini itirən və sonra tapmaq da istəməyən soydaşlarımızdı.
Rəhmətlik dostum rusla evlənməklə uşaqlarını da rus kimi böyüdür. İndi Rusiyada yüz minlərlə belə Azərbaycanlı var ki, burada arvad-uşağını qoyub çörək dalınca getdiyi "Uruset" söylədiyi məkanda sanki qəfil amneziya xəstəliyinə tutulur. Onu Azərbaycanda gözləyənləri unudur, çəpər dibində yatan rus Varvara və ya Katerinasını ağuşuna alır, rus qoxusu çəkib ruslaşmağa başlayır, "ax, doroqaya, nu poymi, ya uje ne azerbaydжanes, boжe upasi" deyir.
Soruşanda da əməlini bazarda alver edərkən daim təzyiqlərlə üzləşməsi, paltarını yuyub xörəyini bişirən adamı olmaması, Rusiya şəhərində qeydiyyata düşmək üçün bir rusla evlənməyin ən asan yol olmasını və ən məxləsi, onun da adam olduğunu deyir.
Azərbaycandakı ailə, atanı gözləyən uşaqlar?Əşşi, onlar nə bilir ki, burada, Moskvanın Tuşino və ya Vyazma səmtində Katerina-Katya löhrəm döşlərini gecələr silkələyib "Mameduşka, nu skaжi çestno, tı menya lyubiş?" deyir.
Sevil və ya Aynurun gözlədiyi Məmməd artıq Mameduşkaya dönəndə dərisindən çıxır.
Və sonra bu girdəkan məxluq Azərbaycana gəlir, hər ay pul yolladığı ailəsinin yanında olur, arvadının həsrətli baxışlarını görəndə etinasızcasına "yaxşı da, orada it həyatı yaşayıb eşşək kimi işləyirəm ki, sizə pul yollayım" deyir, axşam da ər borcunu yerinə yetirərək kəhildəyir.
Kəhiltidən də çox halda SPİD doğur.
Azərbaycanın kənd rayonlarına baxın, görün nə qədər qadın zöhrəvi xəstədi. Onların bəlasını yalnız özləri bilir. Nə desinlər, necə və kimə söyləsinlər? Namusları sudan təmiz olan bu qadınların yeganə günahları Rusiyada "işləyən" ərlərinin əbləhliyidi.
Çəkiləsi dərd deyil bu.
Şəstlə "Rusiyada 2 milyona yaxın Azərbaycanlı yaşayır" deyirik.
Əslində bu 2 milyonun hər 10 nəfərindən doqquzu yaşamır, mövcuddur və yalnız nominal formada Azərbaycanlı sayıla bilərlər.
Onlar artıq assimilyasiya olunurlar tədricən. Rus adətləri, ənənələri, davranışı, kəlmələr.
Məntiqlə bu 2 milyon Rusiyada elə bir qüvvə olmalıydı ki, Dövlət Dumasında ən azı 10-12 deputat, Federasiya Şurasında 3-4 senator, neçə qubernator, nazir, sənətçi, dövlət mənsubu azərbaycanlı sayılmalıydı. Varmı?
Varsa belə, Azərbaycana nə verib bu şəxslər?
Ad gününə Cennifer Lopesi çağırıb ona oxuduğu 4 mahnı üçün 1,5 milyon verən Tofiq İsmayılov, indiyədək Azərbaycanda bir uşaq bağçası belə tikdirməmiş Vahid Ələkbərov, bağça cəhənnəm - vətənində kiminçünsə toyuq damı da inşa etdirməmiş milyarder İsgəndər Mahmudov və ya Fərman Quliyev kimilərini azərbaycanlı saymaq olarmı?
Olarsa, susuram və gedirəm Burkina-Fasonun pasportunu almaq üçün sənəd toplamağa.
Ah, Murad olmayan Mişa...


Həsən AĞACAN
Ekspress qəzeti, 3 noyabr 2006

Oyun zamani

November 4th, 2006

Московские пробки

Ноябрь 4th, 2006
Позавчера стояла вся Москва. Некоторые простаивали в пробках по 6 часов. До сих пор никто толком не может объяснить из-за чего это. Понятно, что первый снег выпал, но он каждый год выпадает, однако, таких пробок еще никогда не было.

Moskvada tixac

Moskvada tixac

Moskvada tixac

Moskvada tixac

Moskvada tixac

Xatireler... (Iyun - Oktyabr 2006)

November 3rd, 2006
Yenə xatirlərə qaytarmaq istəyirəm sizləri...
İyun - oktyabr ayında blogumda yazılan commentlərdən bəzilərini seçdim sizlər üçün. Daimi dostlarımız oxuyub xatırlasınlar deyə, yeni gələnlər isə buranı oxumaqla blogda olan əhval ruhiyyəni, ab-havanı hiss edə bilsinlər deyen. Yalnız bəzilərini seçdim, kiməsə üstünlük vermədən, hansısa kriteriyanı əsas götürmədən. Buna xeyli vaxtım getdi, 4 ay ərzində 70-ə yaxın mövzuya yazılan 100-lərlə şərhi oxumaq, ama heç peşman olmadım. Oxuduqca, xatırladım o günləri, şərhlərinizi, söhbətlərinizi..
Maraqlananlar, keçmişə səyahətə çıxmaq istəyənlər buyursunlar...


Full story »

Sarmaşık ve Günebakan

November 2nd, 2006
Bir bahçede yaşayan günebakan, güneşe aşıkmış. Her gün sabahı sabah eder, sevdiğinin yüzünü görmek için büyük özlem duyarmış. Güneş de ona aşıkmış. Ama uzaktan uzağaymış sevgileri, birbirlerine açılamadan, bakışmalarla duygularını ifade ediyorlarmış. Bu bile yetiyormuş onlara. Güneş her sabah sevdiğini görmek için en mutlu, en parlak, en sıcak ışıklarını saçarmış. Günebakanın da sevgisi o kadar güçlüymüş ki, güneş ne tarafa gitse yüzünü o yöne çevirir, akşam güneş gittiğinde ise büyük bir kederle başını öne eğer, tekrar sabahın olmasını beklermiş.

Tüm sevda hikayelerinde bir arabozan olur ya? Aynı bahçede yaşayan sarmaşık da günebakana aşık olmuş. İçten içe onu seviyormuş, sevgisi o kadar büyükmüş ki, günebakanın başka bir yere bile bakmasına dayanamıyormuş. Onun güneşe olan tutkusu çıldırtıyor, kıskançlıktan çatlıyormuş. Onu kendime nasıl çevirebilirim düşüncesindeymiş. Sonunda onu sürekli kendime çevirebilirsem belki bana aşık olur, benden başkasını gözü görmez, güneşi göremezse onu unutur diyerek, her şeyi göze almış ve günebakanın vücuduna sımsıkı sarılmış.

Günebakan güneşe bakmak için çabaladıkça sarmaşık sımsıkı kollarıyla onu kendine çevirmiş. Zavallı günebakan ne yaparsa yapsın boşunaymış. Sarmaşık onu çok sıkıyormuş, derdini bir türlü anlatamamış, aslında güneşe aşık olduğunu, sarmaşığı sevmediğini söyleyememiş. Güneş de kahroluyormuş, ama o kadar uzaktaymış ki bir türlü sevdiğine yardım edemiyormuş. Sarmaşık karşılıksız da olsa günebakana yakın olmanın,ona sarılabilmenin mutluluğunu yaşıyormuş. Ama onu ne kadar incittiğinin, ne kadar kederlere ittiğinin, ne kadar zayıflattığının farkında bile değilmiş. ”Olsun,zamanla beni sever” diyormuş.

Bir sabah güneş doğmuş yine, ama günebakanın başı yere eğikmiş, saatler geçmiş, hala günebakan hareketsiz başı önündeymiş. Sarmaşık güçlü kollarıyla sarsmış onu, ama günebakan hareket etmiyormuş. Günlerdir sarmaşığın sımsıkı sarılı kolları, onu nefessiz bırakmış, bir şey yapamamanın çaresizliği, onun yaşama olan bağlılığını koparmış,hayattan zevk alamaz olmanın haliyle günebakan ölmüş.

Sarmaşık o zaman anlamış yaptığı yanlışlığı, onu çok sıktığını,a slında buna hiç hakkı olmadığını anlamış anlamasına ama iş işten geçmiş. Onu ebediyen kaybetmiş.

Eskiler der ki;
“Her zaman aramızda sarmaşıklar bulunur. Hiç hoşlanmadığımız halde bizi kendilerine zorla bağlamak isterler. Bizim onu istemediğimizi anlamaz ve bizleri sıkarlar. Bazı insanlar onu kırmamak için, onu istemediklerini söyleyemez, ama yaşadığı sıkıntıyı da içine atarlar, zararı kendilerine olur. Bazısı da direk olarak söyler onu hiç sevmediğini, onun bu sıkma huyundan hoşlanmadığını, bu defa sarmaşık kırılır”.

Uzun lafın kısası her zaman güneş, günebakan ve sarmaşığın hikayesi yaşar ve yaşamaya devam eder, nesilden nesile anlatılır.


maybach_gunebaxan

Bloglara nezaret olunacaq!

October 31st, 2006
Kütləvi informasiya vasitələrinin İraqda baş verən hadisələrlə əlaqəli kritik çıxışlarından təngə gələn Amerikalı hərbiçilər, hadisələrin doğru olmayan gedişatı, həqiqəti əks etdirməyən informasiya mənbələri ilə mübarizə aparmağa qərar veriblər. Bu məqsədlə ötən günlərdə Pentaqonda, əsas vəzifəsi “İraqda müharibənin informaisya-təbliğat dəstəyi” olacaq xüsusi bölmə yaradıldı. Və bu bölmə qeyri-ənənəvi kütləvi informasiya vasitələrinə, əsasən də bloglara (online-günlük) xüsusi nəzarət yetirəcək. Bununla yanaşı, radio və televiziya verilişlərində iştirak etmək üçün siyasətçilər də cəlb olunacaq.

Advertising Age jurnalının verdiyi məlumata görə, hal hazırda ABŞ-da internet bloglarının aktiv oxuyucu sayı Amerikanın bütün əhalisinin ¼-ni təşkil edərək 35 milyonu ötüb. Bloglarda olan məlumatların oxunmasına onların hər biri həftədə 3.5 saat vaxt sərf edir ki, bu da ümumi iş vaxtının təxminən 9%-ni təşkil edir.

Onu da qeyd edək ki, internet-günlüklərinə dövlət səviyyəsində nəzarət ilk dəfə Amerikada tətbiq olunmayıb. Beləki, Çində xüsusi qanun ilə “anonim” blogların yaradılması qadağan olunub. Bu qanuna görə, blog sahibi özlərinə ləqəb seçə bilərlər, ancaq bağlı olduqları serverlərin müdiriyyətinə əsl adlarını bildirməlidirlər.

Fransızlar isə, təxmin edəcəyiniz kimi, internetə senzura tətbiq etmək haqqında düşünmürlər. Onları yalnız sputnikdən və ya hava-foto çəkilişlərindən əldə edilən foto-şəkillər narahat edir.


maybach_pentagon