« Hasretindeyim | Oyun zamani » |
Memmed, Murad, Mişa
Gözlərindən rusluq yağırdı. Tərs baxıb susur, sanki "indi nə istəyirsən?" deyirdi.
5 yaşlı bu cocuğa Murad deməyə dilim gəlmədi. Atasının adı Tofiqdi. Babası Cahangir, babasının atası Ələmdar kişi. Rəsmi kağızda "azərbaycanlı" sayılır. Amma yox, bu cüvəllağıya o kəlməni yaraşdırmadım.
Olsa, Mişa demək olar. Anası Svetlananın oğlu, ana nənəsi Veronika Pavlovnanın nəvəsi, ana babası Aleksandr İpatyeviçin qızının oğlu.
O, Moskvada yaşayan Tofiq Nəcəfov adlı rəhmətlik dostumun kiçik oğludu.
Yox, Nəcəfov ölməyib, sağdı. Vücudu yeyir, içir, gəzir, pul qazanır, pul xərcləyir, arvadbazlıq edir, ləngər vuran qadın baldırlarını görəndə dodaqları "o" formasını alıb "füittt" səsi çıxarır, şit zarafat edib hırıldayır, dediyinə özü gülür, yanında "bratka" dediyi adam varsa əlini onun çiyninə vurub şaqqıldayır.
Allah rəhmət eləsin bu canlı meyitə.
Halonki necə yaxşıydı.
Onunla birlikdə Moskvaya, oxumağa yollananda çox gəncdik. Sovet Sosialist Respublikaları İttifaqının paytaxtında təhsil alıb geri dönmək, burada çalışmaq, ailə qurmaq, atalarımız, ən başlıcası isə babalarımıza layiq kişilər olmaq istəyirdik.
Bizi yola salanda Tofiqin babası Ələmdar kişi xeyli susdu. Anlamadıq, axı gedişimiz münasibətilə evdə əməllicə büsat qurulmuşdu - yola salırdılar bizi. Baba isə oturduğu yerdə əsasını ayaqlarını arasına almış, əlləriylə çənəsini qoyduğu əsanın üstündən bizə qəmli-qəmli baxırdı.
Əhvalım pozuldu. Kişidə söz vardı.
- Ələmdar baba, nə olub, növrağın pərişandı?! Bax, hamı deyir, gülür, yeyir, içir. Moskvaya oxumağa gedirik.
Kişi danışmırdı, eləcə zəndlə bizə baxırdı. Handan hana aramla söylədi:
- Gedin. Sizi adam kimi yola salırıq. Görən adam kimi qayıdacaqsınızmı, içinizi, özünüzü orada qoymayacaqsınız ki...
... Qayıtdım. Tofiq orada qaldı.
Evləndi bir rus qızıyla. Daha doğrusu, Svetlana onun işlədiyi milis idarəsinin rəisinin sonbeşiyi idi. Tofiqin arvadının atası (o rusa "qayınata" kəlməsini heç cür yaraşdırammıram) polkovnik olanda Tofiq leytenantdı. Sonra "dyadya Saşa" general, Tofiq kapitan oldu. Bu Saşa nazir müavini yambızlarını hər səhər ah-ufla "Mersedes" maşına oturdanda Tofiq artıq podpolkovnikdi.
İndi polkovnikdi.
Dediyinə görə, ilin sonunadək general paqonlarını gəzdirəsədi.
Dünən gecə zəng vurmuşdu, Moskvaya çağırırdı.
Gedə bilməyəcəyimi söylədim. Əslinə baxsaq vaxt, pul və ya başqa səbəblərdən dolayı heç problem yox.
Problem bu adamın simasında Rusiyada adamlıqlıqdan çıxan, özlərini itirən və sonra tapmaq da istəməyən soydaşlarımızdı.
Rəhmətlik dostum rusla evlənməklə uşaqlarını da rus kimi böyüdür. İndi Rusiyada yüz minlərlə belə Azərbaycanlı var ki, burada arvad-uşağını qoyub çörək dalınca getdiyi "Uruset" söylədiyi məkanda sanki qəfil amneziya xəstəliyinə tutulur. Onu Azərbaycanda gözləyənləri unudur, çəpər dibində yatan rus Varvara və ya Katerinasını ağuşuna alır, rus qoxusu çəkib ruslaşmağa başlayır, "ax, doroqaya, nu poymi, ya uje ne azerbaydжanes, boжe upasi" deyir.
Soruşanda da əməlini bazarda alver edərkən daim təzyiqlərlə üzləşməsi, paltarını yuyub xörəyini bişirən adamı olmaması, Rusiya şəhərində qeydiyyata düşmək üçün bir rusla evlənməyin ən asan yol olmasını və ən məxləsi, onun da adam olduğunu deyir.
Azərbaycandakı ailə, atanı gözləyən uşaqlar?Əşşi, onlar nə bilir ki, burada, Moskvanın Tuşino və ya Vyazma səmtində Katerina-Katya löhrəm döşlərini gecələr silkələyib "Mameduşka, nu skaжi çestno, tı menya lyubiş?" deyir.
Sevil və ya Aynurun gözlədiyi Məmməd artıq Mameduşkaya dönəndə dərisindən çıxır.
Və sonra bu girdəkan məxluq Azərbaycana gəlir, hər ay pul yolladığı ailəsinin yanında olur, arvadının həsrətli baxışlarını görəndə etinasızcasına "yaxşı da, orada it həyatı yaşayıb eşşək kimi işləyirəm ki, sizə pul yollayım" deyir, axşam da ər borcunu yerinə yetirərək kəhildəyir.
Kəhiltidən də çox halda SPİD doğur.
Azərbaycanın kənd rayonlarına baxın, görün nə qədər qadın zöhrəvi xəstədi. Onların bəlasını yalnız özləri bilir. Nə desinlər, necə və kimə söyləsinlər? Namusları sudan təmiz olan bu qadınların yeganə günahları Rusiyada "işləyən" ərlərinin əbləhliyidi.
Çəkiləsi dərd deyil bu.
Şəstlə "Rusiyada 2 milyona yaxın Azərbaycanlı yaşayır" deyirik.
Əslində bu 2 milyonun hər 10 nəfərindən doqquzu yaşamır, mövcuddur və yalnız nominal formada Azərbaycanlı sayıla bilərlər.
Onlar artıq assimilyasiya olunurlar tədricən. Rus adətləri, ənənələri, davranışı, kəlmələr.
Məntiqlə bu 2 milyon Rusiyada elə bir qüvvə olmalıydı ki, Dövlət Dumasında ən azı 10-12 deputat, Federasiya Şurasında 3-4 senator, neçə qubernator, nazir, sənətçi, dövlət mənsubu azərbaycanlı sayılmalıydı. Varmı?
Varsa belə, Azərbaycana nə verib bu şəxslər?
Ad gününə Cennifer Lopesi çağırıb ona oxuduğu 4 mahnı üçün 1,5 milyon verən Tofiq İsmayılov, indiyədək Azərbaycanda bir uşaq bağçası belə tikdirməmiş Vahid Ələkbərov, bağça cəhənnəm - vətənində kiminçünsə toyuq damı da inşa etdirməmiş milyarder İsgəndər Mahmudov və ya Fərman Quliyev kimilərini azərbaycanlı saymaq olarmı?
Olarsa, susuram və gedirəm Burkina-Fasonun pasportunu almaq üçün sənəd toplamağa.
Ah, Murad olmayan Mişa...
Həsən AĞACAN
Ekspress qəzeti, 3 noyabr 2006

11 comments
Comment from: Mysterious [Visitor]
hech bilmirem ne yazim,bir onu deim gunahsiz yere SPID-in qurbani olanlarin halina aciyiram...qadinda fikirleshir kishi pul qazanir,heyf...
05. 11. 06 @ 08:54
düz söze ne deyesen..
P.S. bezi sözleri başa düşmedim ee
06. 11. 06 @ 09:45
Comment from: ViRUS [Visitor]
"Halonki" necə yaxşıydı..
"yambızların"
"girdəkan məxluq"
"kəhildəyir"
06. 11. 06 @ 14:05
ViRUS,
meqaleni diqqetle oxumagin, anlamadigin yerleri sorushmagin xoshuma geldi.
Dediyin sozlerden tam menasini bilmirem, texmin etsem de. Chalisharam, meqale muellifi ile elaqe yaradib onun ozunden sorushum.
07. 11. 06 @ 02:03
Comment from: sensitive [Visitor]
Meqaleni oxudum, pis tesir etdi, istemezdim ki bizim bele numayendelerimiz olsun, ancaq fakt faktdir, danmaq olmaz :((( Bir sheyi deyim men kishilerin gozel qadinlardan xoshlanmasini normal qebul edirem tebii ki mueyyen hedd cherchivesinde. Esl kishi uchun ailesi her sheyden ustun olmalidir. Eger aile qurmusansa evdeki qadina hormet etmelisen hetta sevmesen bele, chunki o ilk novbede ushaqlariniun anasi ve butun omrunu sene etibar etmish heyat yoldashindir...
Hekayenin qehremani olan Tofiq kimi kishier ise dogrudan da canli meyitdirler ve mene gore ele insanlar dunyanin en bedbext ve charesiz "xeste"leridir, hem ozlerini, hem etrafindakilari mehv edirler bu "xestelik"le...
08. 11. 06 @ 10:34
Comment from: Sensiz_Yashaya_Bilmerem [Visitor]
Salamlar!
Menim umumi goturende xoshuma geldi meqale.Amma be'zi achiq sozlerin olmasini beyenmedim,en azindan daha exlaqli shekilde yazila bilerdi.
Movzu ise chox maraqlidir."Azerbaycanli" gercheyini uzumuze vuran bir meqaledir.Mene bele gelir ki,bu problem hell olunmayacaq.Hell olunmasi uchun gerek butun azrebaycanli tefekkuru kokunden deyishilsin :((
09. 11. 06 @ 19:33
Sensiz_Yashaya_Bilmerem,
ve ya hell olundugu gunu men, sen gormeyeceyik...
Bezi sozlerin achiqlamasi ile elaqeli meqale muellifine mektub yazsam da, cavab almadim. Yeqin Hesen beyin ishi choxdur...
09. 11. 06 @ 23:51
Comment from: Sensiz_Yashaya_Bilmerem [Visitor]
Salamlar.Maybach men o sozlerin achiqlamasini bilirem be'zilerini,amma bura yazmagin yeri yoxdur.
12. 11. 06 @ 14:24