« Sarmaşık ve Günebakan | Ders 1. ISO » |
Bloglara nezaret olunacaq!
Kütləvi informasiya vasitələrinin İraqda baş verən hadisələrlə əlaqəli kritik çıxışlarından təngə gələn Amerikalı hərbiçilər, hadisələrin doğru olmayan gedişatı, həqiqəti əks etdirməyən informasiya mənbələri ilə mübarizə aparmağa qərar veriblər. Bu məqsədlə ötən günlərdə Pentaqonda, əsas vəzifəsi “İraqda müharibənin informaisya-təbliğat dəstəyi” olacaq xüsusi bölmə yaradıldı. Və bu bölmə qeyri-ənənəvi kütləvi informasiya vasitələrinə, əsasən də bloglara (online-günlük) xüsusi nəzarət yetirəcək. Bununla yanaşı, radio və televiziya verilişlərində iştirak etmək üçün siyasətçilər də cəlb olunacaq.
Advertising Age jurnalının verdiyi məlumata görə, hal hazırda ABŞ-da internet bloglarının aktiv oxuyucu sayı Amerikanın bütün əhalisinin ¼-ni təşkil edərək 35 milyonu ötüb. Bloglarda olan məlumatların oxunmasına onların hər biri həftədə 3.5 saat vaxt sərf edir ki, bu da ümumi iş vaxtının təxminən 9%-ni təşkil edir.
Onu da qeyd edək ki, internet-günlüklərinə dövlət səviyyəsində nəzarət ilk dəfə Amerikada tətbiq olunmayıb. Beləki, Çində xüsusi qanun ilə “anonim” blogların yaradılması qadağan olunub. Bu qanuna görə, blog sahibi özlərinə ləqəb seçə bilərlər, ancaq bağlı olduqları serverlərin müdiriyyətinə əsl adlarını bildirməlidirlər.
Fransızlar isə, təxmin edəcəyiniz kimi, internetə senzura tətbiq etmək haqqında düşünmürlər. Onları yalnız sputnikdən və ya hava-foto çəkilişlərindən əldə edilən foto-şəkillər narahat edir.

4 comments
Comment from: sensitive [Visitor]
Maraqlidir... nezaret etmekde ola bilsin ki haqlari var, ancaq mence duzgun deyil yeni internete senzura tetbiq edilmese daha yaxshidir...
31. 10. 06 @ 16:39