« Hər gün Aşura, hər yer Kərbəla | Qeribe tesadufler -1 » |
Ata ve qizi
Hicrətin 3-cü ilində Həzrət Fatimənin ilk uşağı dünyaya gəldi və uşağın adını Həsən qoydular.
Bu övladın təvəllüdü ilə Məhəmmədin kinlərdən, düşmənçiliklərdən və dostlarının işkəncəyə mə᾽ruz qalmasından yoğrulmuş ruhu sevindi və həyatın şirinliyini daddı.
Peyğəmbər (s) dərhal sevinc və şadlıq içində Fatimənin evinə gəlib Fatimə ilə Әlinin ilk meyvəsi olan uşağı qucağına alaraq qulağına azan oxudu və onun saçının ağırlığı qədər Mədinənin yoxsullarına gümüş payladı.
Bir il sonra isə ikinci övladları Hüseyn (ə) dünyaya gəldi.
Artıq Peyğəmbərin Allahın təqdiri ilə əlindən gedən iki oğlu, Qasim və Tahirin yerinə iki övladı dünyaya gəlmişdi.
Sanki, Allah, Peyğəmbərin nəslinin təkcə Fatimənin uşaqları ilə davam etməsini istəmişdi. Bu ulduzların dünyaya gəlməsi ilə yeni bir üfüq yarandı. Çünki, həzrət Məhəmməd (s) özünü, Әlini və Fatiməni bu iki uşağın simasında görürdü.
Peyğəmbər (s) Həsən ilə Hüseyni iki uşağının əvəzində bağışladığı üçün öz Allahına şükr edirdi. O həzrətin Həsən və Hüseynə olan dərin məhəbbəti hamını heyrətdə qoymuşdu.
Bir gün Fatimənin evinə gəldiyi vaxt Әli (ə) ilə Fatimə (s) yatmış, Həsəni isə ağlayan görüb yavaşca tez bir qoyunu sağıb südünü Həsənə içirdərək onu ovutdu.
Başqa bir gün isə Fatimənin evinin yanından keçəndə Hüseynin ağladığını eşitdi. Tez evə girib Fatiməyə buyurdu: «Bilirsənmi ki, onun ağlaması məni də ağladır?»
Hüseyndən bir il sonra bir qızları oldu ki, adını Zeynəb qoydular. Bir il sonra yenidən bir qızları oldu və onun da adını Ümmü Gülsüm qoydular.
Zeynəb və Ümmü Gülsüm Peyğəmbərin vəfat edən iki qızının adları idi. Hicrətin 8-ci ilində Allah-taala Peyğəmbərinə daha bir övlad ehsan etdi ki, adını Ibrahim qoydular. Amma bir il sonra o da öldü.
Artıq Peyğəmbər (s) qızının uşaqlarına elə bağlanmışdı ki, onlardan heç cür ayrıla bilmirdi. Evdən çıxıb Mədinənin küçələrində gəzdiyi vaxt, həmişə bu iki uşaqdan birisini özü ilə gəzdirərdi.
7 comments
Comment from: MASTER_İER [Member]
Allah senden de razi olsun Amitaf.
Angel baci, beyendiyine sevindim.
20. 11. 07 @ 14:22
Comment from: Naza [Visitor]
Salavat ve salam olsun saf qelbli Peygenberimize ve onun gul ailesine! AMIN!
02. 10. 08 @ 17:50
Comment from: MASTER_İER [Member]
Naza, Allah seni de axiretde Peygember ve Ehli Beytle gorusenlerden qerar versin. AMIN!
02. 10. 08 @ 21:22