« Hər gün Aşura, hər yer Kərbəla | Qeribe tesadufler -1 » |
Ata ve qizi
Həzrət Fatimə (s) Әli (ə) ilə birgə böyümüşdü, onu qayğıkeş bir ər və atasının ətrafında dolanan yüksək bir insan kimi tanımışdı.
Artıq bu iki insanın qəlbi xüsusi bir şəkildə bir-biri ilə qovuşmuşdu. Belə ki, heç birinin cahiliyyətlə əlaqəsi yox idi. Ikisi də həyatlarının ilk illərindən başlayaraq risalət dənizi ilə vəhy nurunun kölgəsində böyümüşdülər. Ikisi də Şe᾽bi Әbi Talibdə müşriklərin mühasirəsində üç il birlikdə dərd və zəhmət çəkmişlər.
Həzrət Fatimə (s) bilirdi ki, həzrət Әli əleyhissalamın maddi dövləti olmayıb, onun ən böyük sərmayəsi yalnız atasının hədəfləri uğrunda fədakarlıq etməsidir.
O bilirdi ki, əri bütün cavanlığını inam və cihad ilə keçirərək ömrü boyu islam və müsəlmanlara xidmət etmiş, cihaddan başqa bir şey düşünməmişdir.
Həzrət Fatimə (s) islam dünyasının rəhbəri Peyğəmbərin qızı idi; onun bir xidmətçisi olması zəruri deyildimi? Xeyr, o, belə bir şey istəmirdi.
Xanım Zəhra özü un üyüdər, çörək yapar və bütün ev işlərini görərdi. Halbuki, bacıları Zeynəb, Ruqəyyə və Ümmü Gülsüm ərlərinin evində bolluq və ne᾽mət içində yaşayırdılar. Amma Fatimə (s) hər şeydən çox Allahı düşünür və həmişə həqiqəti axtarırdı. Elə bir həqiqət ki, nur, su və hava kimi gözəllik və həyatın təməlidir.
Fatimə (s) cavan ağac kimi vəhy işığının kölgəsində böyüyüb, azadlıq və ədalət meyvəsi yetişdirərək Qur᾽anın buyurduğu kimi «Şəcəreye Təyyibə» (yaxşılar ağacının) başlanğıcı olmalı idi.
7 comments
Comment from: MASTER_İER [Member]
Allah senden de razi olsun Amitaf.
Angel baci, beyendiyine sevindim.
20. 11. 07 @ 14:22
Comment from: Naza [Visitor]
Salavat ve salam olsun saf qelbli Peygenberimize ve onun gul ailesine! AMIN!
02. 10. 08 @ 17:50
Comment from: MASTER_İER [Member]
Naza, Allah seni de axiretde Peygember ve Ehli Beytle gorusenlerden qerar versin. AMIN!
02. 10. 08 @ 21:22