« Hər gün Aşura, hər yer Kərbəla | Qeribe tesadufler -1 » |
Ata ve qizi
Peyğəmbərin əmri ilə Bəni Haşim qəbiləsi və əshab o gün bir yerə yığıldılar. Daha sonra Peyğəmbər (s) bir xütbə oxuyaraq Әli ilə Fatiməni evləndirdi. Kəbininə də dörd yüz misqal gümüş tə᾽yin etdi.
Әshabdan birisi deyir: Həzrət Fatimənin kəbinində Peyğəmbər (s) qoyun kəsib sadə bir yemək verəndən sonra, hamıdan bu barədə şahidlik aldı.
Zəhranın kəbininin kəsilməsindən bir ay sonra, hicrətin ikinci ilində toy mərasimi keçirildi. O axşam Peyğəmbər (s) Fatimənin əlini Әli əleyhissalamın əlinin üstünə qoyub buyurdu:
«Ey Әli! Fatimə sənin üçün seçilmiş ən yaxşı xanımdır.» Sonra isə Fatiməyə sarı dönüb buyurdu: «Ey Fatimə! Әli də sənin üçün seçilən ən xeyirli ərdir». Sonra «artıq öz evinizə gedə bilərsiniz» - deyərək onları evlərinə yola saldı.
Mühacir, ənsar və Bəni Haşim qadınları, əshab və dostlar şamdan sonra Həzrət Fatiməni Peyğəmbərin dəvəsinə mindirib sevinc və şadlıqla onu həzrət Әlinin evinə apardılar.
Әli əleyhissalam və Fatimə (s) Mədinədən səkkiz kilometr uzaqlıqda, Quba məscidinin yanında yeni həyatlarına başladılar. Həmin məscid Hicrət əsnasında Peyğəmbərin həzrət Әlini bir həftə gözlədiyi yerdə tikilmişdi.
Çox çəkmədi ki, onlar yenidən Mədinəyə köçüb özlərinə Peyğəmbərin qonşuluğunda bir ev tikdilər. Çünki Peyğəmbər üçün Әli və Fatiməni yanında görməmək, onlardan uzaq qalmaq çox çətin idi. Әli öz evini palçıq, xurma ağacının yarpaq və budaqlarından tikdi. Onların evlərinin kiçik qapısı ilə Peyğəmbərin evinin qapısı hər gün səhər çağı, iki ürəyin bir-birinə qovuşduğu kimi, bir-birinin üzünə açılırdı.
Qur᾽an və hədislərdə bu qədər tə᾽riflənən, bütün pisliklərdən uzaq olduğu qeyd olunan Әhli-beyt, itrət evi və ailəsi, məhz elə bu ev və bu ailədə idi.
Elə bir ev ki, Әli orada ata, Fatimə ana, Həsən və Hüseyn oğlu, Zeynəb ilə Ümmi Gülsüm isə qızı idilər.
Bu ev bütün zaman və illərdə nəsillər üçün nümunəvi bir örnəkdir.
7 comments
Comment from: MASTER_İER [Member]
Allah senden de razi olsun Amitaf.
Angel baci, beyendiyine sevindim.
20. 11. 07 @ 14:22
Comment from: Naza [Visitor]
Salavat ve salam olsun saf qelbli Peygenberimize ve onun gul ailesine! AMIN!
02. 10. 08 @ 17:50
Comment from: MASTER_İER [Member]
Naza, Allah seni de axiretde Peygember ve Ehli Beytle gorusenlerden qerar versin. AMIN!
02. 10. 08 @ 21:22