« Hər gün Aşura, hər yer Kərbəla | Qeribe tesadufler -1 » |
Ata ve qizi
Peyğəmbər (s) xəstələnmişdi, başı həzrət Әli əleyhissalamın sinəsi üstündə, əli ilə onun əlindən tutmuşdu. Fatimə də Peyğəmbərin yatağının yanında oturub ağlayırdı. Atası gözlərini açıb Həzrət Fatiməni ağlayan gördükdə ona belə buyurdu: «Qızım, mənə Qur᾽an oxu». Fatimə də Qur᾽andan bir neçə ayə oxudu.
Әslində, Peyğəmbər (s) həyatının son anlarında, ölümünün rahat ötməsi üçün qızının səsini eşitmək istəyirdi.
Peyğəmbər (s) dünyadan köçərkən evini qəm və matəmə bürümüşdü.
Atasının vəfatından kədərlənən Fatimənin bədəninə sanki ağır bir zərbə endirilmişdi. Hələ bir neçə saat keçməmişdi ki, daha yeni bir zərbə endirildi: o da ərinə qarşı törədilən cinayət idi.
Həzrət Fatimeyi-Zəhra (s) əvvəlki kimi yenə də fədakarlıqla ərinin qəsb olunmuş haqqını müdafiə edirdi.
Belə ki, hətta bir gün Bəni Haşim və ənsardan olan qadınlarla birgə atasının məscidinə gəlib, xəlifənin hüzurunda fövqəladə tə᾽siredici bir xütbə oxuyaraq sözlərini açıq-aşkar bəyan etməsi oradakıların hamısını ağlatmışdı. Amma onların qayğısını görməmişdi. Sanki, onların üstünə soyuq su ələnib zillət tozu qonmuşdu.
Həzrət Fatimə (s) əsəbi və narahat bir şəkildə evə gəlib, Әli əleyhissalama buyurdu: «Nəyə görə haqqını müdafiə etmirsən?»
həzrət Әli əleyhissalam Fatimənin cavabında belə buyurdu: «Atanın adının məscidlərdə ucalmasını istəyirsənmi? Atanın hədəflərinin məhv olmamasını istəyirsənmi?»
Fatimə «bəli» - dedi.
Әli (ə) belə buyurdu: «Әgər onların istədiyi kimi mən də qılınca əl aparsam, atanın və ərinin zəhmətləri puça çıxar və hamımız məğlub olarıq.»
Fatimə (s) heç bir söz danışmadı və öz sükutu ilə mübarizəsinə davam etdi. Eynilə iyirmi beş il susaraq məzlumluğunu aləmərə əməli ilə car çəkib nümayiş etdirən əri həzrət Әli əleyhissalam kimi.
7 comments
Comment from: MASTER_İER [Member]
Allah senden de razi olsun Amitaf.
Angel baci, beyendiyine sevindim.
20. 11. 07 @ 14:22
Comment from: Naza [Visitor]
Salavat ve salam olsun saf qelbli Peygenberimize ve onun gul ailesine! AMIN!
02. 10. 08 @ 17:50
Comment from: MASTER_İER [Member]
Naza, Allah seni de axiretde Peygember ve Ehli Beytle gorusenlerden qerar versin. AMIN!
02. 10. 08 @ 21:22