« Ananin gozu ile... | ANGEL BLUE » |
PENSİLİN: İLK "MÖCÜZƏVİ" DƏRMAN

Penisilindən istifadə
İlk dəfə penisilin icad edilərkən möcüzəvi dərman adlandırılmışdı. Bu dərman aşkar edilənə kimi hər üç nəfərdən biri cərrahi əməliyyatdan sonra yaranan infeksiya və ağciyər iltihabından vəfat edirdi. Körpələrlə yaşlılar arasında ölüm halları yüksək idi. On il ərzində bu rəqəm bir neçə faizə enmişdi.
Alexander Fleming
Alexander Fleming bu antibiotiki təsadüfən 1928-ci ildə aşkar edib. Araşdırma zamanı o qarşısındakı qabda penisilium adlanan kifin yaxınlıqda yetişdirdiyi bakteriyanı öldürməsinin şahidi olub. O, antibakteriyal maddəni penisilin adlandırıb. Amma dərmanın tam araşdırılması üçün əlavə 12 ilə ehtiyac olub.
Penisilin həbləri
Adətən antibiotiklərdən bakterial infeksiyalara qarşı istifadə edilir. Penisilindən xüsusilə badamcıqların iltihabı, farinqit, bronxit və ağciyər iltihabının, eləcə də sifilis və qonoreya kimi cinsi yolla ötürülən xəstəliklərin müalicəsində istifadə edilir. Müasir penisilinlər geniş antibiotiklər sinfinə daxildir.
Superpenisilin dəstəsi
Penisilinə dözümlülük ilk dəfə 50-ci illərdə qeydə alınıb. 1957-ci ildə qlobal qrip epidemiyası zamanı çox sayda insan ölüb. Bu adamlar dərmana dözümlü qrip növü nəticəsində vəfat ediblər. Həmin vaxt tanınmış alimlərin daxil olduğu superpenisilin adlanan dəstə penisilinin yeni və ikinci nəslini yaratdı. Bunlar metisilin və ampisilin idi.
Erkən penisilin istehsalı
Penisilin əldə etmək üçün oksigenə ehtiyac var. Odur ki, funqusu yetişdirmək üçün dayaz qab lazım idi. Xüsusi olaraq icad edilmiş porselen qablar penisilinin erkən istehsalı üçün ideal idi. Sterilləşdirilmiş qablara adi bakteriyanın daxil olmasının və antibiotikin məhv edilməsinin qarşısını almaq üçün hava axınına maneə yaradılmalı idi. Bunun üçün həmin vaxt pambıqdan istifadə edilirdi.
Növbədə nədir?
Londonda yerləşən Elm Muzeyindən Dr Robert Bud deyir ki, dərmana dözümlülük problemini çözmək olduqca vacib idi. O xəstə və həkimlərin penisilindən daha ehtiyatla istifadə etmələri barədə xəbərdarlıq edib. Dərmanın tərkibini və təsir yollarını dərk etmək səyləri erkən başlayıb.
BBCAzeri.com
14 comments
Comment from: MASTER_İER [Member]

21. 05. 07 @ 07:24
Comment from: Mysterious [Visitor]

21. 05. 07 @ 19:44
Comment from: etna777 [Visitor]

22. 05. 07 @ 09:03
Comment from: Ayka [Visitor]

22. 05. 07 @ 09:40
Comment from: Ayka [Visitor]

22. 05. 07 @ 21:27
Comment from: MASTER_İER [Member]

23. 05. 07 @ 00:18
Comment from: tehmasib [Visitor]

23. 05. 07 @ 03:21
Comment from: neutral_nur [Visitor]

23. 05. 07 @ 13:24
Comment from: MASTER_İER [Member]

23. 05. 07 @ 16:07

23. 05. 07 @ 20:17
Comment from: Ayka [Visitor]

25. 05. 07 @ 08:41