« Müqəddəs Ramazan ayı haqqında Quran ayələri | Hər gün Aşura, hər yer Kərbəla » |
Cabir Novruz - AZƏRBAYCAN DƏRDİ (1994)
Hamımızı oda yaxar - Vətən dərdi...
Dava gedir torpağımda,
Şəhid olur yurdumuzun yüz-yüz mərdi,
Vətən dərdi qabağında
Əfsanədir çörək dərdi, yemək dərdi, gödən dərdi...
Bu gün bircə dərdimiz var - Vətən dərdi...
Qarı düşmən dizimizi qatlayıbdır,
Bütün namus-arımızı tapdayıbdır,
Yurdumuzun yarısını bərbad edib,
Əsir qalmış el-obalar fəryad edir...
Dərd adamı birləşdirir, amma niyə,
Niyə bizi ayrı salıb Vətən dərdi?..
Vətən dərdi olan vaxtı
parçalanmaq çətin dərddi...
Özümüzdən özgə bizə kömək yoxdur,
Birləşməsək, millətimiz demək yoxdur...
Demək onda tayfalarıq, dəstələrik,
Bununçun da yağı bizi üstələyir,
Belimizi qırıb, əyib.
Dərd adamı birləşdirir, amma niyə
Vəlimiz bir yana çəkir,
Əlimiz bir yana çəkir,
Başımız bir yana çəkir,
əlimiz bir yana çəkir,
Dirimiz bir yana çəkir,
ölümüz bir yana çəkir...
Yurdumuzda dava gedir,
Məmələkətin çevirilibdir altı üstə,
Bu ki, milli faciədir,
Bizsə dava-dalaşdayıq rütbə üstə,
stol üstə, altun üstə...
Ən müqəddəs yerlərimiz
çıxıb bu gün əlimizdən,
Bizsə dava-dalaşdayıq
cılız yerlibazlıq üstə...
Qurumlar var, dəstələr var neçə adda,
Hərənin də öz cəbhəsi, əsl cəbhə çıxıb yaddan...
Allah, özün xilas elə, millətimi
belə şərdən...
Kim olsaydı, vallah, çoxdan birləşərdi...
Birləşərdi qanlı-bıçaq olanlar da,
Bir-birindən hətta uzaq olanlar da,
Lap ağlar da, qaralar da birləşərdi,
Birləşməyən yaralar da birləşərdi...
Ola bilməz ana yurdum yad əllərdə
zindan, qəfəs...
Vətən dərdi qabağında qalan dərdlər,
cəfəng, əbəs...
Vətən dərdi - yaman dərddir,
Vətən dərdi qabağında qalan dərdlər
yalan dərddir...
Vətən dərdi qabağında nə ev dərdi,
nə mal dərdi,
nə can dərdi...
Bu gün bircə dərdimiz var-
o da AZƏRBAYCAN DƏRDİ...
10 comments
Kim olsaydı, vallah, çoxdan birləşərdi... ---- Heeeeeeeeee, duz deyir. Amma esil problem odur ki, bu halimizda da, sher deyib, mahni oxuyub, can feshanliqla danishanlar o qederdi ki, supurmek olmaz bele. AMMA HEREKET EDEN YOXDU... Hele de birleshmirik.
27. 03. 08 @ 20:21
Comment from: MASTER_İER [Member]
Agsaqqal, biz heç yerdə birləşə bilmirik. Bir dəfə mənə səhv etmirəmsə ya Mikrob, ya da Bakinka demishdi ki, xaricdə Azərbaycanlıların bayram şənliyindən sonra bir-birlərinin arxasınca danışmalar gündəmə gəlir :(
28. 03. 08 @ 21:47
Azerbaycan derdiymiş.. veten derdiymiş.. Hah!
Bunların heç biri derd deyil.siz buna derd deyirsiz?!
Milletin derdi bu deyil axı.. azeri milletinin derdi eylence.az-ın esas sehifesindeki "jurnalda yeniler" bölmesinde görsenir açıq aydın.
meselan rihannanın saçı ve nakolkaları.. bilmem kimin bikinileri vs. aha.. derdimiz budur.azeri milleti bununla maraqlanır bu zamanda.
Kim düşünür İslamı,kim düşünür torpaqları,kim düşünür esirlikde ermenilerin tecavüz ettiyi bacıları,anaları?!
Burda (türkiye)gülürler ee bize.deyirler torpağınız düşmende,analarınız bacılarınız esirlikde siz neler edirsiniz amma! vallahi billahi gülürler!
23. 04. 08 @ 13:33
Comment from: MASTER_İER [Member]
EsmaNur, kimin ucun derddirse, o da cekir. Derdi olmayanlar ucun ne veten, ne millet, ne Islam maraqli deyil.
Xalq oz turk soykokunu unudursa, oz dinini unudursa hec bir derdden danismaq olmaz. Hansi derdi ceke biler ki? Her kes pul-para dalinca qacir.
Eylence.AZ-a gelice, bunu hec qarishdirmayaq. Cunki, bu sayt olmasin, basqasi olsun, gun erzinde statistikaya baxin, en cox girilen sayt tanishliq ve eylence saytlaridir.
Auditoriya ne teleb edirse, o tip de saytlar acilacaq. Eger Qarabaga telebat olsaydi, indi internetde 100000-lerle Qarabaga aid sayt olardi.
23. 04. 08 @ 13:43
Bu şerhi yazanda topa tutulacağımı düşünmüşdüm. mesel var "doğru söyleyeni 9 köyden kovarlar" deye..
ne yaxşı ki,meni anlayanlar da var.eylence.az sehifesine geldikde ise.. bu sadece bir misal idi.ne çoxdur bele sehifeler,bloglar,forumlar,jurnallar,qazetler...
Cenab-ı Allah bu millete akıl,fikir,iman,namus,abır heya versin.
23. 04. 08 @ 17:34
Comment from: MASTER_İER [Member]
EsmaNur, dunya bu gun Allaha qarsi gedir. Mecburen bizleri de ozuyle aparir. Axina qarsi gedenler ise cox vaxt mehv olurlar.
Bunun bir yolu var. O da axinin istiqametini deyismek ve yene axinla getmek. Amma bu defe Allaha dogru...
24. 04. 08 @ 03:44
mövzu əladır.EsmaNur səninlə razıyam.
amma eyləncə.az`da həm dini,həm də vətənimiz haqqında mövzu yerləşdirmək olar,xüsusəndə əyləncə.az girənlərin sayı çoxdur(maşaallah).amma Vətən haqqında heç bir post yoxdur və ya dini mövzu nə isə...
VƏTƏNimizi düşünən qısaca çox az insanlardır.
Türkiyəyə gəldikdə isə şəkillərə baxıb , bura Azerbaycandır,belə gözəl yerləri var deyəndə əsəbləşirəm hətta dəli oluram,ancaq öz millətimizə əsəbləşirəm,çünki biz VƏTƏNimizi tanıtmırıq.(hamını nəzərdə tutmuram)
ermənilərin necə vəhşilik törətdiklərini hər kəsə bildirmək lazımdır.
Videolar qoya bilərsiniz,məqalələr yazmaq kimi....əla olardı!!!
İnşaAllah heç kimin qəlbinə dəymədim.sadəcə VƏTƏNlə bağlı söhbətlərə dayana bilmirəm.
uğurlar..
30. 04. 08 @ 01:51