« Müqəddəs Ramazan ayı hədis və rəvayətlərdə | Cabir Novruz - AZƏRBAYCAN DƏRDİ (1994) » |
Müqəddəs Ramazan ayı haqqında Quran ayələri
Allah-Taala "Bəqərə" surəsinin 183-cü ayəsində buyurur: "Ey iman gətirənlər! təqva sahibi olasınız deyə (yəni, yasaq olunmuş şeylərdən qorunasınız deyə) oruc sizdən əvvəlkilərə vacib edildiyi kimi, sizə də vacib edildi."
"Bəqərə" surəsi, 184-cü ayə: "(Oruc tutmaq) sayı müəyyən edilmiş günlərdir. (Amma) sizdən hər kim naxoş olsa, yaxud səfərdə olsa, (tutmadığı günlərin) sayı qədər ayrı günlərdə (oruc tutmalıdır, oruc tutmağa) taqəti olmayanlar da yoxsulu doyuracaq qədər fidyə (kəffarə) verməlidir. Hər kəs öz meyli ilə xeyir iş görərsə, bu, ona daha yaxşı olar. Əgər bilsəniz, oruc tutmaq sizin xeyrinizədir!"
"Bəqərə" surəsi, 185-ci ayə: "Ramazan ayı insanlara doğru yol göstərən, doğru ilə əyrini bir-birindən ayırd edən və Quran nazil olan aydır. Bu ayı görənlər, bu ayı (tamamilə) oruc tutmalıdırlar. Naxoş olan və səfərdə olanlar tutmadığı günlərin sayı qədər ayrı günlərdə tutsunlar. Allah sizin üçün asanlığı istəyir, sizə çətinliyi istəmir. Allah (Ramazan ayının və ya fövtə gedən günlərin) sayını tamamlamanızı istəyir. Sizi Allah düz yola yönəltməsinə görə Ona təzim edin! Bəlkə də şükr edəsiniz."
2 comments
Comment from: Naza [Visitor]
Bismilahir Rahmanir Rahim! Allaha sevgile baglanib ve mehebetle emirlerini yerine yetirenlerden olaq.INSHAALLAH! ALLAH butun musalmanlarin orucunu qabul eylesin. Amin!
02. 10. 08 @ 17:36