« Azərbaycan milli geyimləri - 3. Qadın və kişi ayaqqabısı. | Maybach və həmkarları :-) » |
Azərbaycanda xalq və elmi təbabətinin inkişafı
Deyirem, ay Eylance Ehli, qurban olum xalq tebabetimize. Derman zad boş şeylerdi. Esasen de bu qrip eleyhine cixan 100 cür derman var haaa... Onlar sovsem fuflo zaddardı. Bir atalar meseli var ey: Qrip dermanla 1 hefteye sağalır, dermansız 7 güne Düz söhbetdi hardasa. Havalar soyuyandan beri her çay demleyende içine keklikotu atıram, tfu tfu tfu, göz deymesin hele qripe zada tutulmamışam. Amma deqiq bilmediyim bir şey var ki, keklikotu ya tezyiqi aşağı salır, ya da qaldırır. Allaha Şükür tezyiqim yoxdu, sadece dedim ki, istifade etmek isteseniz bunu da nezere alın. Deyesen çox danışdım Di yaxşı, men susum, siz oxuyun aşağıdakı meqaleni...
Azərbaycanda dərman vəsaitərindən istifadə olunma tarixi çox qədimdən başlanır. Dərman bitkilərindən istifadə etmək, onların yenilərini aşkar etmək uzun müddət fırıldaq əqidəlilərin təsiri altında idi. Buna baxmayaraq, yeni dərman vəsaitləri axtarılırdı.
Ərəblərin hökm sürdüyü vaxtlar bütün ərəb xəlifətinin ərazisində, o cümlədən də Azərbaycanda mədəniyyət, elm, təbabət qəbul olunmuşdu.
Bu dövrdə Azərbaycanda xəstəxanaların, əczaxanaların, tibb mədrəsəsinin açilmiş əlamətdar hadisə oldu. O vaxtlar tapılmış əlyazmalardan mə’lum olur ki, Azərbaycanda dərman hazırlanmaqla məşğul olanlar çoxdan mövcüddür və bu adamlar attar adlanır. Attarlar dərman bitkilərin yığıb, qurudub saxlanması və müəyyən vaxtdan sonra onun satışı ilə məşğul olan insanlardır.
Attarların və həkimlərin saxlanılmış əlyazmalarından mə’lum olur ki, Azərbaycanda xalq təbabətində müxtəlif dərman bitkilərindən, çiçəklərndən, müxtəlif bitkilərin kökündən, toxumundan geniş istifadə olunurdu.
Azərbaycan həkimi Ömər Osmanın (X əsrin axrı) ürəyi xəstə olan insanlar üçün pəhriz rejimi çox diqqətəlayiqdir. O, öz xəstələrinə şirin pəhriz: bal, şərbət, bəkməz, şirin çaxır tə’yin edərdi. Böyrək xəstəliyində isə balqabaqdan, balla yerkökündən istifadə edərdi.
XI və XII əsrlərdə Azərbaycanda elmin və mədəniyyətin inkişafında böyük əməkləri olan bir sıra alimlər, şairlər, filosoflar və həkimlər zahir oldular. Bunların içində görkəmli xəxsiyyət azərbaycan şairi Nizami Gəncəvi də var idi. Hərtərəfli biliyə malik olan Nizaminin “Xəmsə”-sində dərmanlar barəsində yazılar görürük.
“İskəndərnamə”də isə Nizami yazır:
“Baş ağrısı üçün mütlək ğızılgül suyu (gülab) vacibdir.”
Gülab ilk dəfə Şiraz şəhərində müalicə usulu kimi şərğ xalqları tərəfindən istifadə olunmuşdur.
Azərbaycanda və həmsərhəd şərq ölkələrində təbabətin özünəməxsusluğu var idi. Azərbaycanda xalq təbabətinin inkişafı iki istiqamətdə gedirdi. Şəhərlərdə və sərhədyanı rayonlarda özlərinkindən əlavə qonşu ölkələrin dərmanlarından da istifadə olunurdu. Bu şəhərlərdə və rayonlarda tibb mütəxəssisləri yaşayırdılar. Onlar ərəb resept kitabı “Karabaddini”dən istifadə edirdilər. Attarlar isə dərman bitkilərin və həkimlərin reseptinə əsasən hazırladıqları dərmanları satmaqla məşğul olurdular. El arasında Attarlara nüsxəbənd (nüsxə - resept) də deyirdilər.
O vaxtlar ən çox istifadə olunan dərman bitkilərindən: zəfaranı, anis almasını, xardalı, narı, badamı, qara bibəri, darçını, zənçəfili, kafuru, hili, narıncı və başqalarını misal gətirmək olar.Hətta lalədən opium hazırlamaq da mə’lum idi.Ancaq bununla şəhərlərdən uzaq, dağ yerlərindən məşğul olurdular. Bu yerlərdə həkimlərin olmadığına görə, yalnız ətraf ərazilərdə bitən dərman bitkilərindən istifadə olunurdu.
Ancaq ərəb elminin VIII əsrdə XII əsrə qədər çiçəklənməsi, tərəqqisi və xəlifətin ayrı-ayrı ölkələrə parçalanması vəziyyəti dəyişdi. Sonrakı əsrlər (XIII - XVIII) Azərbaycan və bütün Zaqafqaziya Çinqizxanın, Cələləddinin, Tamerlanın, Osmanlı Türklərinin, Farsların və başqalarının basqınları nəticəsində qanlı meydana çevrildi.
Azərbaycanda həmin vaxt dərman ləvazimatları yenə də həkimlərin və attarların əlində idi və çətinlikləs inkişaf edirdi. Tarixçi Rəşidəddin qeyd edərdi ki, həmin dövrdə həkimlər və attarlar əvvəlki qədar bilikli və savadlı deyildilər.
Buna baxmayaraq, Azərbaycan xalq təbabəti inkişaf edirdi və bunun sayəsində millətçə azərbaycanlı olan bir sıra görkəmli həkimlər ön plana çıxdılar. Ərəb, fars və azərbaycan dillərində təbabət haqqında kitablar yazıldı. Bu baxımdan Məhəmməd Bərgüşadın yazdığı “Tibbi Nambevi” kitabı azərbaycan dilində yazılmış ilk kitab idi.
Dahi, mütəfəkkir Fizulinin XVI-cı əsrdə azərbaycan xalqının fəlsəfi, elmi və təbabətdən yazdığı kitablar böyük bir hadisə idi. Fizulinin yazıları böyük elmi sualları əhatə edirdi. Təbiiyyat və tibb elmləri Fizulini dərindən maraqlandırırdılar. Onun “Təbiətlə söhbət”, “Sağlamlıq və xəstəlik” yazılarını qeyd etmək olar. Fizuli “Təbiətlə söhbət” kitabında öz doğma yurdunun təbiətinin gözəlliyindən yazır.
Həkim Məhəmməd Yusif Şirvanin XVIII–ci əsrdə yazdığı “Tibbinamə” kitabı çox böyük maraqa səbəb olmuşdur. O, həmçinin “Şərq dərmanlarının lüğəti” kitabını azərbaycan dilində yazmışdır. “Əhatə mühitin müalicənin gedişində rolu” və “Zəhərləri kənar etmə üsulları və zəhərlənmədən müalicə məlumatları” kitabları da ona məxsusdur.
1829-cu ildə Məhəmməd Əli Pişəvarinın fars dilində yazdığı “Məcmaül-Cəvəmi” kitabda da tibbadən və dərmanlardan bəhs edən vacib kitablardandır.
Səid Məhəmməd Hüseyn xanın 1830-cu ildə yazdığı “Böyük Karabəddin” kitabı bütün İslam Şərqində məşhurdur. Bir çox xəstəliklərin müalicəsi üçün cürbəcür dərmanlar göstərilir.
Ancaq o dövrdə kimya, biokimya, biologiya elmlərinin aşağı səviyyədə olduğuna görə bir çox xəstəliklərlə mübarizədə çətinlik çəkilirdi.
Bu baxımdan Azərbaycanda dərmanların, ümumiyyətlə tibb elminin inkişafında Rusiyanın böyük təsiri olmüşdur.
XIX–cu əsrin əvvələrində Zağafqaziya xalqlarının Rusiya ilə yaxınlaşması tibb elminin inkişafına böyük təkan verdi. Azərbaycan xalq təbabətində dərman maddələrinin mükəmməl öyrənilməsilə Tartu universitetinin professoru Q.Dragendorfun rəhbərliyilə azərbaycanlı, Bakı şəhər sakini Əbdul Axundov məşqul olamağa başladı. 1892-ci ildə Əbdul Axundov öz dissertasiyasında (alimlik dərəcəsi olan vaxt) Abu-Mansur Muvaffaka-ben-Əli-em-Xirovun kitablarını azərbaycan dilinə tərcümə etmişdir. Bu kitablar IX-cu əsrdə fars dilində yazılmış ilk kitablar idi. Əbdul Axundov dərman bitkilərinin botaniki adlarını təyin etdi və bunları izahlaşdırdı. Bu izahlar, araşmalar tibb elminin inkişafına böyük təsirini göstərdi.
Bu önəmdə rus alimi E.Şteberin əməyi Qafqazda böyük olmuşdur (“Qafqazın və Orta Asiyanın əczaçılıq haqqında lüğət materialları”, Yekaterinoslav, 1902-ci il).
Respublikada dərman bitkilərindən səmərəli istifadəsi yalnız Azərbaycanda Sovet hakimiyyəti qurulandan sonra mümkün olmuşdur. Azərbaycanda dərman bitkiləri ehtiyatlarının xüsusiyyətlərinin öyrənilməsinə Azərbaycanda B.L.Komarov adına botanika institutu təşkil olandan sonra başlanmışdır. Azərbaycanda bitki aləminin tərkib hissəsinin, onların yayılmasının xalq təsərrüfatı üçün yararlı növlərin dəqiqləşdirilməsində, bunlara aid çox müxüm əsərlərin yaranmasında azərbaycan botanikləri tərəfindən böyük işlər görülmüşdür.
Azərbaycanda əczaçılıq elminin hərtərəfli inkişafında 1937-ci ildə Bakıda yaranmış əczaçılıq institutunun əməyi böyük olmuşdur. Həmin institut 1941-ci ildə Bakıda yaranmış N.Nərimanov adına tibb institutunun tərkibinə əczaçılıq fakultəsi kimi daxil olmuşdur.
Azərbaycanda təbiətin dərman ehtiyatlarının öyrənməsində böyük tədqiqat işləri görmüşdür. Mədəni və vəhşi dərman bitkilərinin kimyəvi tərkibinin, əczaçılıq xüsusiyyətlərinin öyrənilməsində böyük işlər görülmüşdür. Bütün respublika ərazisinin landşaftında aparılmış müayinələr nəticəsində Azərbaycanda çoxlu miqdarda xalq və elmi təbabətda istifadə olunan dərman bitkiləri aşkar edilmişdir.
Azərbaycanda mövcüd olan dərman bitkilərinin 76 növünün yabanı halda bitməsi aid edilmişdir. Azərbaycanda müxtəlif rayonlarda aparılmış sorğu-sual nəticəsində İ.A.Dəmirov xalq təbabətində istifadə olunan 800 növ dərman bitkiləri qeyd almışdır.

7 comments
Comment from: Sabishka [Visitor]
Xalq tebabeti heyif deyil?!! ama bilen olsun da yaxshi ../ qonshuya bir nene gelib ozunun mualice usullari var .. bitkilernen bagayarpagi,chiledag qoz yarpagi ve ss. adini bilmediim 100 cur otnan mualice eliyr.Onu da deyim ki mualiceleri effektiv alinir.:) Mence Antibiotikler tebii usullarin yerin vermir hec vaxt.
Comment from: MASTER_IER [Member]
Hemiseki kimi razilasmali olacam senle :)
31. 12. 06 @ 12:36
Comment from: Ayka [Visitor]
Onu deye bilerem ki,mende cox inam yoxdu :)Cunki,bashgasina KOMEYI olan bir xalg tebabetinden,nene receptinden ve eyni problem ucun mene meslehet vermishdiler komeyi olmadi deye inamim itdi:( Bashgasina ise komek olmushdu ve cox inanirdi.Yeni men bu hagda oz fikrimi bildirmek istedim:)
Comment from: MASTER_IER [Member]
Yeqin orqanizmin qebul etmeyib, baci. Ola biler bele hallar. Amma turkecarenin yerin hec ne vermez. Tanri xesteliyi tebietden veribse, caresini de tebietden verib. prosto coxunu hele insan ovladi tapa bilmir. Dahi Ibn Sina tebii dermanlarla mocuzeler yaradirdi. Reseptlerinin coxu gelib cixmayib hec.
03. 01. 07 @ 19:18
Comment from: MrXXX [Visitor]
Salam MAster Ier Blogun mubarekdi.Indi gorurem
Comment from: MASTER_IER [Member]
Mr.XXX hele tez gormusen :)))) Teshekkur edirem. Aye, men hec bir shexsi bloga komment yazammiram. Ona gore sen de uzrlu hesab ele. :( Ana blogda EDITle yaziram kommentleri.
05. 01. 07 @ 19:52
Comment from: Mysterious [Visitor]
Ele derin postdurku ay Master adam soz tapib yazammir:))) heqiqetende derman yad bosh sheylerdi, inaniram men tebii bitkilerden hazirlanan tebabetlere...indi duzdur bezi bitkileri tapmaq chetindir, onun uchun mecbur qalirsan dermandan istifade etmeye...ancaq dermanda 1 terefden komek edende 2-ci terefden ziyani var, ona gorede tebii otlarin yerini hecne vermir..cox xesteliyin qarshisini tebii yolla almaq mumkundur...umumiyyetle tebietden gelen her shey insan orqanizmi uchun xeirlidir...Nenemgilin 1 qonshusu vardi gozumu achandan o xala necedirse elede dururdu, yediyi ichdiyi yalniz tebii ozu hazirladigi bitkilerden idi,hemishe ichdiyi yarpiz chayi idi... cox xeirlidir yarpiz, meslehetlidir.
06. 01. 07 @ 08:04
Comment from: etna777 [Visitor]
mende bir faktin shahidi olmusham.rayonda olanda bir qohumun boyrek agrisindan shikayeti var idi.hara getdise sagalmadi. axirda rusiyaya getdi aperaciya olunsun. amma 1 hefte sonra aperaciyasiz qayitdi.onu zirincin koku ile sagaltdilar. onun kokunu cixarmaq o qeder de asan deyil onu da deyim .qesheng rengi ve dadi olur. onunlada mualicesiz aperaciyasiz o xestelikden qurtardi. men inaniram tebabete
Comment from: MASTER_IER [Member]
Mysty ve Etna maraqli melumatlara gore teshekkurler.
07. 01. 07 @ 21:09
Comment from: sensitive [Visitor]
Maraqli postdur her zaman odugu kimi. Mence de tebii bitkiler min cur yeni derman preparatlarindan daha xeyirlidir. Tebietde butun xesteliklerin dermani var, sadece onlar haqqinda melumata malik ve istifade qaydalarini bilen mutexessisler lazimdir.
09. 01. 07 @ 10:58
Sizlerden bir xahishim var, mene logman Sayad xanimin elaqe telefonunu ve ya e-mailini tapib menim e-mailime (bioloq_860@mail.ru) gonderesiniz. Xestemiz var, ona muraciet etmelidir.
Evvelceden teshekkurler.
25. 08. 09 @ 06:45