« ORDUBADA FERQLİ BAXIŞ | Azərbaycanda xalq və elmi təbabətinin inkişafı » |
Azərbaycan milli geyimləri - 3. Qadın və kişi ayaqqabısı.
XIX - XX əsrin əvvəlində Azərbaycanda kişi və qadın ayaqqabılarının bir neçə növü mövcud idi.
1
Azərbaycanlılar, xüsusən kəndilər arasında ən çox yayılmış ayaqqabı növü – çarıqlar idi ki, onlar ya iribuynuzlu qaramalın xam, kəndlilərin özlərinin e”mal etdiyi dərisindən (gönündən), ya da daha mükəmməl üsulla e”mal olunmuş dəridən – aşılanmış göndən tikilirdi. Sonuncular daha bahalı idi və onları varlı kəndlilər geyinirdi, xam dəridən hazırlananları isə (ucuz mal kimi) kasıblar.
2
Çarıqları yun corabların və ya pambıq parçadan dolamaların (partava, dolaq)üzərindən geyirdilər. Kasıb kəndilər onları həm gündəlik, həm də bayramlarda geyirdilər.
3
Bir neçə çarıq növünə təsadüf olunurdu: təkburun, şirazı, qızqaytaran, şatırı, quşburun, şirvani, kalmani, şirmai və s. Çarıqlar iki növ bağla bağlanırdı: - ya börmə yun (toxunma bağ), ya da əyrilmiş (eşmə) bağla. Hər birinin uzunluğu corabların tipindən asılı olaraq 130-150 sm-ə çatırdı. Əgər corab dizə qədər geyilirdisə, onda uzun bağdan istifadə olunurdu.
4
Digər ayaqqabı növü yüngül çüvək/çust (mexs) idi ki, onları əsasən qara tumacdan tikirdilər, dabansız olurdu, ona görə də onları əsasən evdə geyirdilər. Hər iki cinsin nümayəndələri üçün, xüsusən şəhərlərdə ən çox yayılmış ayaqqabı növü dabanlı (pollu başmaq, məxməri başmaq), dal hissəsi olmayan, dik burunla dəri başmaqlar idi. Onları şəhərlərdə çəkməçilərə (başmaqçi) sifariş verirdilər.
5
Bu başmaqları İrandan gətirilmiş tumac, məxmər və ya dəridən tikirdilər. Onları həm kişilər (mərdənə başmaq), həm də qadınlar (zənanə başmaq) geyirdi.
6
Bakı və Abşeronda kişilər dabansız yüngül yay çustları geyirdilər, dübəndi adlanan bu ayaqqabılar yuftdan (meşindən) tikilirdi. Onlar iki iplə bağlanır və gündəlik ayaqqabı hesab olunurdu.
7
XIX əsrin sonu – XX əsrin əvvəlində yerli ayaqqabı Avropadan gələn növlərlə sıxışdırılır. Sonuncu şəhərlərdə yerli burjuaziya arasında, sonra isə kənd yerlərində yayılmağa başladı. Nəticədə, XIX əsrin sonunda başmaqçıların sayı kəskin surətdə azaldı.
8
Milli ayaqqabının əsas elementlərindən biri (həm kişilərdə, həm qadınlarda) naxışlı yun və pambıq corablar idi. Azərbaycanda elə bir yer yox idi ki, orda corab geyməsinlər. Onları qadınlar toxuyurdu, bunun üçün həm qoyun, həm də dəvə yunundan istifadə edirdilər.
9
Soyuq zonada uzunboğaz və şıx corablar, mülayim iqlimi olan ovalıqda isə qısaboğaz corablar toxunurdu. Corablar həm adi, həm də təntənəli günlər üçün nəzərdə tutulunurdu.
10
Bəzəkli corablar satışa gedirdi, onları kənd təsərrüfatı məhsullarına dəyişirdilər. Qarabağda corabları xalça ornamenti ilə (naxışıyla) toxuyurdular (onlar “gəbə corabı” adlanırdı). Gəlinin cehizinə daxil olan corabların gözəlliyinə xüsusi diqqət verirdilər. Corabların ən yaxşı nümunələri nəsildən nəslə keçirdi.
11
Kişilərinkindən fərqli olaraq, qadın corabları adətən parlaq, çoxrəngli olub gözəl və mürəkkəb rəsmlər və sıx, dolğun rəng ahəngiylə zəngin idi. Əksər hallarda, kişi corabları birrəng və ya sadə naxışlı (ağ, qara və s.) olurdu.
12
Corabları bağlamaqcün həmin yun ipdən qotazları olan bağdan istifadə olunurdu. Baxmayaraq ki, corabların regionlar üzrə müxtəlif növləri mövcud idi, onların toxunma üsulları bir-birindən seçilmirdi. Yalnız naxış fərqlənirdi.

5 comments
Comment from: Mysterious [Visitor]
Master bes ayaqqablarin shekili hani biy?? shekil olmasada maraqli melumatlar idi, cox sag ol :)
P.S. kechmishde olan ayaqqiblar yavash yavash moda dushur muasir formada
Comment from: MASTER_IER [Member]
Mysty, ayrica tapammadim onlari :) Adamlarin ayaqlaina bax goressen :)))
06. 01. 07 @ 06:19
Comment from: MUTANTKA [Visitor]
aa 2 4 -cu 6ekilerdeki kimi platarlar onsuz indi debdediler..maraglidir
07. 01. 07 @ 06:53
Comment from: Sabishka [Visitor]
Master maragli melumatlara gore tnx :) men istiyerdim menim carigim olsun qesheng :D
07. 01. 07 @ 16:00
Comment from: etna777 [Visitor]
salam.menim cox xoshuma geldi.esasende shamaxili qiz melumatlar ucun sag ol Master.Dogurdanda sene halal olsun ki, bizim ucun eziiyet cekib maraqlanib maraqli shekiller tapirsan.
08. 01. 07 @ 15:44
Comment from: sensitive [Visitor]
Mysterious demishken artiq chariqlar yeniden debe dushub :) Maraqli idi melumatlar, tesekkurler.
09. 01. 07 @ 11:08