« Həzrəti Əli sübh namazına gedərkən... | Kişi, qadın, eşq, pul...:) » |
Real həyat hekayəsi: Ana və qızı
Mart ayı gəlmişdi, amma qızım hələ də oxumağa başlamamışdı. Ev tapşırıqlarını etməmək üçün min cür bəhanə tapırdı. Əlimdən gəldiyi qədər ona kömək edir, oxumağa həvəsini artırmağa çalışırdım.
Ancaq heç bir irəliləmə olmurdu ki olmurdu. Elə bil prinsipə düşüb oxuma-yazma öyrənməməyə and içmişdi. Müəlliməliyin qazandırdığı təcrübəmdən hər tərəfli istifadə etməyə çalışırdım, amma heç birinin faydası olmadığı üçün daha da qorxuya düşürdüm.
Qızımdan bir yaş kiçik oğlum və hələ yeddi aylıq olan övladıma ayırdığım vaxtlardan oğurlayıb, qızıma daha çox vaxt ayırırdım, ancaq hər dəfə müəllimi ilə danışdıqdan sonra qanadlarım qırılırdı elə bil. "Bəlkə qızımıb beyin inkişafı geri qalır?" kii düşüncələrə qapılır və bu səbəbdən də yaranan baş ağrılarını sakitləşdirmək üçün hər gün 2-3 ədəd dərman qəbul edirdim.
O soyuq mart axşamı sönmək istəyən sobanın yanında qızıma heca-heca oxumaq öyrətməyə çalışarkən, onun bivecliyi olan-qalan səbrii də tükətdi. Qollarından tutub silkələdib və bapbalaca yanağına hələ də yadııma düşəndə utandığım bir sillə vurdum. Yanağı qıpqırmızı oldu. Çaşqın, amma çox hirsli baxdı üzümə. Ağlamamaq üçün kiçik dodaqlarını tez-tez büzür, baxışları qəlbimin dərinliklərinə doğru ox kimi irəliləyirdi.
Səssizliyi mən pozdum. "Niyə? Nazlı, qızım, axı niyə? Niyə oxumağı öyrənməyə cəhd etmirsən?"
Bir anlıq dayandı, sonra səsini bütün kin və gücüylə "Çünki mən oxumaq istəmirəm" - deyə bağırdı. Eşitdiklərimə inana bilmirdim. Yüksək səviyyəli təhsil alıb, gözəl bir gələcəyə sahib olacağını düşündüyüm qızım, mənim, mən müəllimə Əminə Özgəncin qızı "Oxumaq istəmirəm" deyə qışqırırdı.
Çaşbaş qaldım və ümidsizcəsinə "Niyə axı?" - soruşdum.
"Çünki, mən sənin kimi oxuyub, müəllimə olub, uşaqlarımı evdə tək qoyub işə getməyəcəm, işləməyəcəyəm. Mən sadəcə ana olacam."
Qızım danışmırdı, elə bil məni sillələyirdi. Başım fırlanır, gözüm qaralır, bu sözlərin doğurdanmı öz qızıma aid olduğunu başa düşməyə çalışırdım. Bəli, bu sözləri mənə 7 yaşındakı qızım deyirdi. "İnsan indi ölməz, bəs nə vaxt ölər?" - deyə düşündüm.
Sanki birdən gözlərimin qarşısında film pərdəsi açıldı və kədərli bir kino lenti fırlanmağa başladı. Yozqatın Noxudlu Təpəsində, hər ora dırmaşanda bu yolun heç qurtarmayacağını düşündüyüm yoxuşun başındakı heç zaman isidə bilmədiyim evi xatırladım.
12 sentyabrdan sonra həyat yoldaşımın (bir çox insanlarən başına gəldiyi kimi) heç başa düşə bilmədiyim şəkildə və səbəblə tutulub həbsə salınması. Aylarla həbsdə olmağına baxmayaraq məhkəmənin başlanmaması.
İllərlə uzanan və mənim, həmçinin həyat yoldaşımın hətta bəraət aldıqdan sonra da niyə həbs olunduğunu bilmədiyimiz məhkəmələr. Baxa bilmədiyim üçün 9 aylıq oğlumu Samsunda, anamın yanında qoymağım. Baxıcı və baxça xərclərini ödəyə bilmədiyim üçün iki yaşındakı qızımı hər gün işlədiyim məktəbə aparmağım...
Ardı ikinci səhifədə...

Pages: 1· 2
6 comments
Bunu turkcede oxudugumu xatirlayiram deqiq.
Kimdir muellifi? Ahmet Altan?
28. 09. 08 @ 11:15
Comment from: MASTER_İER [Member]
Maybach, müəllif filan yox idi. Türk saytlarında sadəcə "Bir ananın qələmindən", "O indi tələbədir..." başlıqları ilə verilib. Müəllif də elə Əminə Özgənc göstərilib.
Gunay, gördüm ki, çox gülməli postlar qoyanda mübahisə filan yaranır. :) Ona görə dedim bir gözümüzün nurnu dəyişək. ;)
Elnara, deymez...
28. 09. 08 @ 20:43
Comment from: Xatun [Visitor]
Kederlendim, kash butun acilar yaxsi sonluqla biteydi.
Teshekkurler, Allah razi olsun.
03. 10. 08 @ 15:30
Comment from: MASTER_İER [Member]
AYAN, deymez. Esas odur ki, tesir edir insana.
Xatun, AMIN!
05. 10. 08 @ 21:06