« Populyar yalanlar - bəzən şirin, bəzən acı... (1-ci hissə) | Real həyat hekayəsi: Ana və qızı » |
Həzrəti Əli sübh namazına gedərkən...
Bir gün sübh namazı vaxtı Həzrət Əli məscidə gedərkən yolda bir ahıl kişiyə rast gəlir. Onun ağsaqqallığına hörmət edib, qarşısına keçmir və yavaş-yavaş ardınca gedir. Məscid qapısına çatanda yaşlı kişi məscidə girməyib, yoluna davam edir. Sonradan Həzrəti Əli onun xristian olduğunu başa düşür. Məscidə girəndə Peyğəmbər Həzrətlərini rukuda görür. Günəşin çıxma vaxtı yaxınlaşmışdı. Həzrəti Əli camaata qoşulub namaz qılır.
Namazdan sonra səhabələr Peyğəmbərdən soruşurlar: "Ya Peyğəmbər! Birinci rukuda adətinizdən daha çox qaldınız. O qədər durdunuz ki, hətta günəşin doğmağına az qalmışdı. Lütf edib, səbəbini deyə bilərsinizmi?"
Həzrəti Mühəmməd Peyğəmbərimiz "Hər zaman olduğu kimi Səmi'allahülimən həmidəh deyib, rukudan qalxmaq istəyəndə, Cəbrayil Əleyhissəlam peyda olub qanadı ilə kürəyimdən basıb, başı ilə başınmı tutub qalxmağıma mane oldu. Bundan başqa hikmətinin nə olduğunu mən də bilmirəm" - buyurdu.
O an Allah Təala Cəbrayıl Əleyhissəlama əmr edir ki, "Həbibimə yetiş, səbəbini bildir. Əshabına bu sirri açsın."
O saat Hz.Cəbrayıl Həbibullahın hüzuruna gəlib, xəbər verdi ki, "Ya Rəsulallah! Mübarək başınızı rukudan qaldırmaq istədiyiniz zaman Allah Təala mənə əmr etdi ki, yetiş, Həbibimi qoyma rkudan qalxsın. MƏnim qulum Əli yolda bir ağsaqqalın saqqalına hörmət edib yavaş yeridiyi üçün camaat namazının savabından məhrum olur. Qalmasın. Həbibimə çatsın. Mən də gəldim, Sultanımı rukuda tutdum, Əli gəldi. Allah Təala məni sizi rukuda tutmağa göndərdiyi zaman, qardaşım İsrafili də günəşi tutmağa göndərdi ki, Hz.Əli sizə çatana qədər çıxmasın. Budur hikmət."
15 comments
Seyyid in Tavus "Fəlahus-sail" kitabinda rəvayət edir ki, İmam Sadiq (ə) buyurdu:
Hər kim duasinin qəbul omasini istəyirsə hər duadan qabaq bu duani oxusun:
"Ma şaəllahu təvəccuhən ilellah. Ma şaəllahu təəbbudən lillah. Ma şaəllahu tələttufən lillah. Ma şaəllahu təzəllulən lillah. Ma şaəllahu istinsarən billah. Ma şaəllahu istikanətən lillah. Ma şaəllahu təzərruən iləllah. Ma şaəllahu istiğasətən billah. Ma şaəllahu istianətən billah. Ma şaəllahu la hovlə və la quvvətə illa billahil əliyyil əzim."
Imamin qaib oldugu , xususen son zamanlarda oxunmasi lazim olan dualardan biri namazlarin ardinca oxunan duadir. Bu dua cox mö'tber duadir ve butun dua kitablarinda qeyd edilmişdir. Dua beledir:
"Əllahummə səlli əla Muhammədin və Ali Muhamməd. Əllahummə innə rəsuləkəs -sadiqəl musəddəqə səlavatikə əleyhi və alihi qalə innəkə qultə ma tərəddətdu fi şey'in ənə failuhu kətərəddudu fi qəbzi ruhu əbdiyel mu'mini yəkrəhul məvtə və Ali Muhamməd və əccil livəliyyikəl fərəci vəl nəsrə və la təsu'ni fi nəfsi və la fi əhədin min əhibbəti"
Bu dua da cox kamil və boyuk məzmunlara malikdir. Bu duani İmam Rza (ə) bir nəfərə yuxuda öyrətmişdir. Bu dua mö təbər kitablarda gəlmiş və dillərdə əzbər olmuş "Fərəc" duasidir.
"Əllahummə kul- livəliyyikəl huccət ibnil - Həsən, sələvətukə əleyhi və əla abaih, fi hazihis-sa'əti və fi kullisa'əh, vəliyyən və hafiz'n və qaidən və nasira və dəlilən və əyna, hətta tuksinəhu ərzəkə tovlən (tovən) və tuməttiəhu fiyha təvila.Və həb ləna rə'fətu və əşrikna fi dəəvatih, və səlli ə'ləyhi və əccil fərəcəhu vəc'əlna musəlliminə liəmrih."
Allah tala hər kəsin duasini qəbul etsin.Amin!
(Məfatihul-hacat) kitabindan köcurulmüşdür.
29. 09. 08 @ 08:46
.1.
əl-Fatihə (Kitabı açan) surəsi1
(Məkkədə nazil olmuşdur, 7 ayədir)
Bismillahir–rəhmanir-rəhim!
1. Mərhəmətli, rəhmli Allahın adı ilə!
2. Həmd (şükür və tərif) olsun Allaha2 (və ya: Həmd məxsusdur Allaha) - aləmlərin Rəbbinə,
3. (Bu dünyada hamıya) mərhəmətli, (axirətdə isə ancaq möminlərə) rəhmli olana,
4. Haqq-hesab (qiyamət) gününün sahibinə!
5. Biz yalnız Sənə ibadət edirik və yalnız Səndən kömək diləyirik!
6. Bizi doğru (düz) yola yönəlt!
7. Nemət verdiyin kəslərin yoluna4! Qəzəbə düçar olmuşların5 və (haqdan) azmışların6 (yoluna) yox!
29. 09. 08 @ 08:52
~:~:~
Qəribə deyilmi ki, "Allaha qurban olum, Onun yolundan canımdan da keçərəm!!!" deyən şəxs ən elementar ibadətlərini yerinə yetirməyə belə tənbəllik edir :?:
~:~:~
Qəribə deyilmi ki, insan bütün ömrü boyu başqa adamların hörmətini, razılığını qazanmaq üçün əlindən gələni əsirgəmir, Allahın razılğını qazanmağa gəlikdə isə "vaxtim yoxdur" bəhanəsilə aradan çıxır :?:
~:~:~
Qəribə deyilmi ki, mübahisələrə, münaqişələrə bu qədər vaxt ayıran biz müsəlmanlar qonşularımızın ac, yaxud tox olduğunu bilmədən yaşayırıq :?:
~:~:~
Qəribə deyilmi ki, bu sətirləri oxuyan hər bir insan mövzunun aktuallığını etiraf edəcək, amma bütün bu deyilənləri özünə yox, başqalarına şamil edəcək :?:
~:~:~
Sizcə də qəribə deyilmi :?: :?: :?:
29. 09. 08 @ 08:53
Comment from: Naomi [Visitor]
Allah Her Kese Komek Olsun ! AMIN ! ALLAH her kesin ureyine ve emeline gore versin !
29. 09. 08 @ 13:22
Comment from: HIRA [Visitor]
Master, bu hekayeni uzun muddet evvel oxumushdum.Cox tesirlenmishdim...
Allah razi olsun,yerleshdirdiyin uchun.
Allah onu(e) sevenleri axiretde ondan(e) ayirmasin.
30. 09. 08 @ 20:43
Comment from: MASTER_İER [Member]
Naomi, AMIN!
HİRA, Allah səndən də razı olsun. Duana AMİN deyirəm.
30. 09. 08 @ 22:29
cox sag olun cox xosuma geldi Allah sizden razi qalsin.gozel meslehetlere gore
01. 10. 08 @ 14:25
Comment from: samir qarayev [Visitor]
herkes etdiyi emellerin qarsiligini alacaq.tanrinin buyurdugu boyuk gunahlari etmiyin o sizin kicik gunahlarinizi bagislayar insallah
01. 10. 08 @ 22:44
Comment from: humay [Visitor]
AllAh cumle hamimiza komek olsun.amin.Bu gunumuzede sukur.
02. 10. 08 @ 23:05
Comment from: عاصف [Visitor]
Bismillahir Rəhmanir Rəhim
Haqq-Təalanın cəmi (həqiqi) mömin(ə)lərə tovfiq bəxş etməsinə, İslam adı altından əslində İslama zərbə vuranları (Əhli-Beytə hörmətsizlik!) hidayət etməsinə (amma əgər hidayət olunmazlarsaməhvü-nabüd etməsinə) və İmam Zaman Ağanın zühurunu tezləşdirməsinə xatir Peyğəmbər və Ali-Peyğəmbərin gül camalına SALAVAT zikr edək İnşəAllah!
ALLAHUMMƏ SƏLLİ ƏLA MUHƏMMƏD VƏ ALİ-MUHƏMMƏD VƏ ƏCCİL FƏRƏCƏHUM!
20. 02. 10 @ 16:45
ALLAHIM ILK ONCE SENIN SEVGINI ISTEYIREM. SENI SEVENLERIN SEVGISINI ISTEYIREM. BIR DE SENIN SEVDIYN EMELLERIN MENIMCUN SEVIMLI ETMENI ISTEYIREM. AMIN.
23. 06. 10 @ 23:23