« Həzrəti Əli sübh namazına gedərkən... | Kişi, qadın, eşq, pul...:) » |
Real həyat hekayəsi: Ana və qızı
Qızımın müəllimlər otağında kresloda yatışı. Yuxusunun ən dərin vaxtında tənəffüs zəngi ilə bir yerdə dik atılıb, yenidən kresloda oturuşu. Sonra müdürün mıni çağırıb, "Baxın, Əminə xanım, bilirəm çətin vaxtlar keçirirsiniz, amma səni görən hər kəs uşağını məktəbə gətirməyə başladı. Bura baxça deyil axı. Bir daha qızını məktəbə gətirmə" - deyişi.
O gündən sonra iki yaş yarımlıq qızımı o böyük, soyuq evdə təkcə qoyub, qayıdana qədər qızımı qoruması üçün Allaha yalvarışlarım. Yemək istəyər, susayar deyə, evin hər tərəfinə qoyduğum su stəkanları və yeməklər. Hər axşam evə qayıdanda övladımı bir bucaqda yorğana bürüşmüş halda tapmağım.
"Qızım, necəsən? Qorxmusan?" - soruşanda, "Qorxdum, ağladım, ağladım, yoruldum, susdum, sonra yen ağladım" - deyərək boynuma sarılması. Bir film kimi keçirdi gözlərimin önündən. Quirtarmaq bilmirdi bu film.
Aprel ayının sonları idi.. Nahar vaxtı evə gəlmiş və zəngi basmağa məcbur olmuşdum. Həmin gün evdən tələsik çıxdığım üçün açarları evdə qoymuşdum. "Qayıdanda qızım açar" - deyə düşünmüşdüm. Amma açmadı. Açmadığı bir yana var gücüylə "Ana" qışqırıb ağlayırdı. "Qızım, mənəm, anandı, aç qapını" - dedikcə, o, "yox, sən anam deyilsən, Sən qurdsan. Məni yeyəcəksən" - deyib fəryad qoparırdı. Güman ki, ona danışdığım nağıldan təsirlənmişdi. Körpə balam qorxur, ağlayırdı. Yarım saat əlləşsəm də onu inandıra bilməmişdim.
Edə biləcəyim bir şey qalmışdı. Necə olursa olsun evə girmək. Amma necə? Qapını qırmağa gücüm yox idi. Noxudlu Təpəsində çilingər də yox idi. Aşağı mərtəbəyə düşdüm.
Qapını açan qonşuma bir tərəfdən hadisəni başa salır, bir tərəfdən də eyvana doğru qaçırdım. Bir stul götürüb, eyvana qoydum və üstdəki evimin eyvanına çata bildim. Mən, 153 sm-lik arıq bir qadın, bir stulun köməyi ilə necə oldu ki, 3 metrlik məsafəni dırmaşdım, hələ də dərk edə bilmirəm.
Sanki görünməyən bir əl məni yuxarı dartdı. Eyvanın qapısı zəif bağlandığı üçün asanca aça bildim və içəri şığıdım. Qızım qapının dibində oturmuş, başını ayaqları arasına salaraq ağlayırdı. Sarıldım, sarıldım,
sarıldım... Göz yaşlarım onun göz yaşlarına qarıştı. Qoynuma qısıldı, sadəcə "Ana, ay ana, qurd məni yeyəcəydi" - deyə bilirdi. Həmin gün nahardan sonrakı ilk dərsimə getmədim. Müdürün etirazına baxmadan qızımı sinifdə oturtdum. Əvvəl müdür müavini, sonra müdür tərəfindən azarlandım. Amma heç birinə cavab vermədim. Sadəcə gözlərimdən iki damla yaş süzüldü. Və o yaşlar birdən-birə müdürün susub üzr istəməsinə səbəb oldu.
Bəli, bu kədərli film qurtarana oxşamırdı. Qızımın səsinə ayıldım. "Mən oxumayacam, ana olacam" - deyə fəryad edirdi. Fəryad etmir, elə bil məni döyürdü. Ona yaxşı ana ola bilmədiyimi və onun üçün qılbində bəslədiyi narazılığını bu sözlərlə hayqırırdı üzümə. Həyatımın heç bir anında belə zülm çəkməmişdim. Heç bir söz ürəyimi bu qədər yaralamamışdı.
Qızımın şabalıdı rəngli saçlarını sığğalladım. Sillədən qızaran yanağını öpdüm. Başını sinəmə qoydum. Onun yaddaşında yer alan bütün kədərli anları silmək istəyirdim. Ən doğru, ən təsirli sözləri tapmalı idim. Amma necə? Bu qarmaqarışıq beyinl necə edim?...
Bu vəziyyətdə nə qədər oturduq bilmirəm. Bir an danışacaq güc gəldi mənə. "Qızım, hər oxuyan qadın işləmək məcburiyyətində deyil ki. Sən yaxşı bir ana olmaq istəyirsən. Mən də sənin yaxşı ana olmanı istəyirəm. Ancaq oxusan, elmli olsan, yaxşı ana ola bilərsən. İstəmərsən işləmərsən. Evdə övladlarına baxar, onlara oxuma-yazma öyrədərsən." - şəklində davam edən bir çox cümlə sıraladım ard-arda. Qızım razı olmuş kimi görünürdü. Səhəri gün işdən gəlndə onu stolda Cin Əli kitabını oxuyarkən gördüm. Qızım oxuma-yazmağı aylar əvvəl öyrənmiş, ancaq hər kəsdən gizlətmişdi.
Müəllim heyrət içində idi. "Necə olur axı, uçaq bir gündə bu qədər şeyi öyrənə bilir?" - deyə soruşurdu. Bu sualın cavabı elə uzun və başa düşülməsi elə çətin idi ki... O an susmaq ən gözəl cavab idi, çünki o sualın cavabını ancaq mən və Nazlı başa düşə bilərdi.
İndi qızım Qazi Universitetində müəssisə iqtisadiyyatı fakültəsində oxuyur. Ana dilini çox gözəl bildiyi qədər də, ingilis dilini bilir. Ən gözəli isə hər fürsətdə "Canım anam" - deyə sarılıb yanaqlarımdan öpür. Mən də onun o utandığım sillə ilə qızartdığım yanağından öpürəm...
Pages: 1· 2
6 comments
Bunu turkcede oxudugumu xatirlayiram deqiq.
Kimdir muellifi? Ahmet Altan?
28. 09. 08 @ 11:15
Comment from: MASTER_İER [Member]
Maybach, müəllif filan yox idi. Türk saytlarında sadəcə "Bir ananın qələmindən", "O indi tələbədir..." başlıqları ilə verilib. Müəllif də elə Əminə Özgənc göstərilib.
Gunay, gördüm ki, çox gülməli postlar qoyanda mübahisə filan yaranır. :) Ona görə dedim bir gözümüzün nurnu dəyişək. ;)
Elnara, deymez...
28. 09. 08 @ 20:43
Comment from: Xatun [Visitor]
Kederlendim, kash butun acilar yaxsi sonluqla biteydi.
Teshekkurler, Allah razi olsun.
03. 10. 08 @ 15:30
Comment from: MASTER_İER [Member]
AYAN, deymez. Esas odur ki, tesir edir insana.
Xatun, AMIN!
05. 10. 08 @ 21:06