« Yağış, kəndimiz və mən... | Xanımlar, sizdən çox xahiş edirik ki... » |
İnsan olmaq çox çətindir...

İnsan bir az uşağa bənzəməlidir, bir oyuncaq görəndə "istəyirəəəm!" deyə inadla ağlaya bilməlidir...
İnsanın bir anası olmalıdır - ətəyindən tutub darta biləcəyi bir anası...
İnsan yolda gedərkən, bir az da ətrafına baxmalıdır - müxtəlif həyatları görmək üçün...
İnsan gecənin şirin bir vaxtı, yatağından tullanıb, "səni sevirəm" deyə bağırmalıdır...
İnsan səhər yuxudan duranda, yastığının başında bir gül və kağızda qeyd görməlidir: "elə şirin yatmışdın ki, oyandırmağa qıymadım"...
İnsan həyəcan hiss etməlidir - yeni günün gətirdiyi işıqlar üçün...
İnsan əsəbləşməlidir, dava etməlidir - inandığı dəyərlər üçün...
İnsan hərdən aşiq olmalıdır - sonu acı olduğunu bilərək də olsa...
İnsan mənasız da olsa, telefon zəngini gözləməlidir - bəlkə axtaran olar...
İnsan hərdən çox böyük olmalıdır, dünyalar qədər böyük - hər kəsi qucaqlaya bilmək üçün...
İnsan bəzən özü olmalıdır, bəzən isə hər kəsdən bir parça...
İnsan bəzən də avam olmalıdır - inanmaq istədiyi şeylərə inana bilmək üçün...
İnsan gerçək olmalıdır - yuxu görə bilmək üçün...
İnsan Yaradanına şükr etməlidir, ibadətlərini gecikdirməməlidir - günahlarının bağışlanması üçün...
Və İnsan ölməlidir - vaxtı çatanda...
Offf...İnsan olmaq nə çətindir, Ya Rəbbim!
17 comments
Comment from: lidenaya_dama [Visitor]

17. 10. 08 @ 11:05
Comment from: kitty [Visitor]

17. 10. 08 @ 12:09
Comment from: MASTER_İER [Member]

17. 10. 08 @ 13:23
Comment from: slav_fgod [Visitor]

17. 10. 08 @ 15:08
Comment from: Lala [Visitor]

17. 10. 08 @ 15:32
Comment from: MASTER_İER [Member]

17. 10. 08 @ 17:01
Comment from: HİRA [Visitor]

17. 10. 08 @ 17:37
Comment from: Anita [Visitor]

17. 10. 08 @ 20:32
Comment from: Gunay [Visitor]

17. 10. 08 @ 21:08
Comment from: MASTER_İER [Member]

17. 10. 08 @ 21:48
Comment from: lezgi [Visitor]

17. 10. 08 @ 23:45

19. 10. 08 @ 01:18
Comment from: Arzum [Visitor]

31. 10. 08 @ 10:48
Comment from: Arzum [Visitor]

31. 10. 08 @ 10:51
Comment from: Aytac [Visitor]

08. 11. 08 @ 17:51

31. 12. 08 @ 09:54