« "Abel müəllİm əsəbindən elə deyib, Röya bizim tələbədir"Dünya ölkələri: Avstraliya »

Xatirə İslamı taladılar =)

  04. 03. 08 19:01, by Murad, Categories: Azərbaycan | Азербайджан, Şou-biznes | Шоу бизнес, Məqalələr | Статьи
Naməlum şəxslər Xatirə İslamın maşınını cızıb, təkərlərini deşib, avtomobilin üstünə isə «Nata yek» sözlərini yazıblar.

(Nata - Natəvan Həbibi)
Natəvan Həbibi

Xatirə İslam
Xatirə İslam

Naməlum şəxslər kəsici alətlərlə müğənni Xatirə İslamın "Range Rover" markalı, 10 MC 111 nömrə-nişanlı maşınının qapılarını cızıb, təkərlərini isə deşiblər.

APA-nın məlumatına görə, müğənni avtomobilini yaşadığı Nərimanov rayonu, Ziya Bünyadov küçəsi, 36 ünvanındakı binanın qarşısında saxlayıb.

Maşına xəsarət yetirən şəxslər avtomobilin üstünə "Nata yek" sözlərini yazıblar. Xatirə İslam APA-ya açıqlamasında son vaxtlar naməlum şəxslərin onu telefonla hədələdiyini bildirib, baş verən hadisədə müğənni Natəvan Həbibini təqsirləndirib: "Bunu onun adamları edib. "Nömrə 1" yarışmasında Natəvan Həbibi ilə rəqib olandan sonra zəng edib məni hədələyirlər. Ancaq mən heç kimdən qorxmuram. Bir evim, bir maşınım var, istəyirlərsə, gəlib hər ikisinin yandırsınlar. Geri çəkilməyəcəyəm, Natəvan Həbibi ilə sonadək mübarizə aparacağam". Müğənni faktla bağlı hüquq-mühafizə orqanlarına müraciət edəcəyini söyləyib. Xatirə İslamın anası Nüşabə Kamal isə dünən kiçik oğlunu məktəbə buraxmadığını deyib: "Qorxuram ki, oğluma nəsə edərlər. Əgər Xatirə yarışda Natəvana uduzsa, deməli ona yox, hansısa məmurun oğluna uduzmuş olacaq».


XATİRƏYƏ SƏS GÖNDƏRMƏYİ YAP-dan TAPŞIRIBLAR?

Hüseyn Paşayev bundan xəbərsiz olduğunu deyir

ATV kanalında yayımlanan "Nömrə-1" realiti-şousunun srağagünkü iştirakçıları müğənnilər Xatirə İslam və Natəvan Həbibi idi. Ötən həftə Aygün Kazımovanı yarışmadan uzaqlaşdıran Natəvan bu dəfə özü şounu tərk etdi. O, duel mərhələsində həmkarı Xatirəyə təxminən 15.000 səs (SMS) hesabı ilə uduzdu. Doğrusu, indiyədək heç bir yarışmada belə rekorda rast gəlinməmişdi. Xatirə tamaşaçılardan 250.325, Natəvan isə 235.535 səs topladı. Nəzərə alsaq ki bir səsin qiyməti 60 qəpikdir, onda Xatirəyə təxminən 35 min manatlıq artıq səs aldığı üzə çıxar.
Xatirənin Natəvanı üstələməsi bəzi söz-söhbətin ortaya çıxmasına səbəb olub. Belə ki, SMS-lərdə saxtakarlığa yol verildiyi bildirilir. Digər məlumata görə isə, Xatirənin qələbəsində YAP-ın da rolu olub. Hakim partiya dövlət müəssisələrində işləyənlərə Xatirəyə SMS göndərmək tapşırığı verib.

Bu söhbətlər, görəsən, nə dərəcədə düzdür?

YAP mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev bizimlə söhbətində deyilənlərin yanlış olduğunu söylədi: "Mən şou proqramlara baxmıram. Sizdən eşidirəm ki, ATV kanalında belə bir şou gedir".
H.Paşayevin nə dərəcədə səmimi olduğunu deyə bilmərik. Lakin Xatirənin veriliş zamanı hakim partiyadan səs gözlədiyini dönə-dönə qeyd etməsi şübhə doğurmaya bilməz.

SMS-lərdə saxtakarlığa yol verilməsinə gəlincə isə, Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz qəzetimizə açıqlamasında bildirdi ki, bu sistem mobil operatorla hansısa şirkətlə müqavilə əsasında həyata keçirilir: "Müəyyən bir nömrəni götürərək həmin nömrəyə uyğun informasiya sistemi quraşdırırlar və gələn SMS-lər bu sistemdə toplanır. Burada kənar müdaxiləni yalnız təşkilatçılar edə bilər. Bunu etmək texniki cəhətdən mümkün deyil".

Yeni Müsavat

15 comments

Comment from: hadi iran boy [Visitor]
hadi iran boysani chox seviraaaaaaaaaaaaam
22. 08. 08 @ 14:49
Comment from: Aytekin [Visitor]
Aytekinxatire lap agin cixardib eeeeee.....
07. 03. 08 @ 14:48
Comment from: Nurlan [Visitor]
NurlanMillətin işi gücü qurtarıb deyəsən
05. 03. 08 @ 15:25
Comment from: Elmir [Visitor]
ElmirO KI QALDI XATIREYE. XATIRENIN MASHININA XETER YETIRILMESI, NE BILIM HEDELEYICI ZENGLER...,MENE INANDIRICI DEYIL.KOHNE PRIYOMLARDI.HEMDE INANMIRAM KI, NATEVAN BELE ADDIM ATA. NATEVAN HAQDA ISE BIRCE ONU DEYE BILEREM KI,SESI HEC YOXDUR.BUNU CANLI IFALARINDADA GORMEK OLAR.
05. 03. 08 @ 12:12
Comment from: Elmir [Visitor]
ElmirMEN DEHSHETE GELIREMDE.YETIM-YESIRE,KIMSESIZE,SHIKESTE KOMEK UCUN SMS NOMRE ACILSAYDI,GOREN BU QEDER ZENG EDEN OLARDI??? CETIN! BU MILLETIN HANSI BEDBAXTLI]INNAN DANISHASAN.DANISHMAGNAN QURTARAN DEYIL. SIZE BIR SHEY DANISHIM, NETICENI OZUNUZ CIXARIN. O VAXTLAR YADIMA GELIRDI KI, IT DOYUSHDURERDILER, XORUZ DALASHDIRARDILAR.SON NETICEDE HEYVANLAR EN YAXSHI HALDA PIS GUNE QALIRDILAR,AMMA UDAN HEYVANIN YIYESI PUL QAZANIRDI. INDI SOZUM ODUR KI, YAZIQ MUGENNILERE.TEKI EMIN MUSEVININ CIBI DOLSUN!!!!!!!
05. 03. 08 @ 12:08
Comment from: Ayka [Visitor]
AykaDeyirem,agillari lap cashibdi haaa:)Hele geyimine bax Xatirenin ...
05. 03. 08 @ 00:30
Comment from: Seva [Visitor]
SevaNatadi nedi onu elime verseler pis gune qoyaram.:)))bilmirem niye ama dehshet zehlem gedir o qizdan.
04. 03. 08 @ 22:31
Comment from: 1979 [Member]  
AngeL_BlueHec vaxt bu menasiz shou larin hec birine baxmamisam. Yaxshi ki...
04. 03. 08 @ 21:28
Comment from: Namelum_mikrob [Visitor]
Namelum_mikrobehhh Murik mende qorxdumeee ele bildim menim fanatlarim edib Namelum sozlerini gorende :-D Beleyede qalsa ikiside bir bezin qiragidi.
04. 03. 08 @ 20:09
Comment from: AYAN [Visitor]
AYANNata prosto suuuperdir. Melumata gore teshekkur.
04. 03. 08 @ 19:51
Comment from: MiNiSH [Visitor]
MiNiSHMURAD,superrrrrrrrrr sennen raziyam.
04. 03. 08 @ 19:45
Comment from: ceyhun [Visitor]
ceyhunmilletde seviyye qeti seklde qalamyib, ele bize bu da azdiki DYP saxliyib pul ai, direktorlar atestati pulla verir, her yerde rusvet isteyir, hamisini duz edirler. cunki iki pozgunun cirismasina 500.000 mesaj gonderen xalqa bu da azdi.
04. 03. 08 @ 19:45
Comment from: murad [Member]  
MuradMinish, bu arada AZərCELL yaman qazandı. SMS-in bir qiyməti 60 qəpikdir. 60.000 səs göndəriləndə bir şouda gör hara gəlib çıxır. Tüfürüm o imkanlı şəxslərə ki, bunlara səs verirlər. Yazıq Rüfət Clilov bəlkə də böyrək çatışmamazlığından ölüb artıq, amma bunlar kimi əxlaqlı azərbaycan xanımları nəfəs alırlar...
04. 03. 08 @ 19:39
Comment from: MiNiSH [Visitor]
MiNiSHbunlarin hamisi shownun maraqli kechmesei,baxilmasi uchun duzelmish sheylerdi.kenarda hamisi chashka-lojkadilar.
04. 03. 08 @ 19:30
Comment from: murad [Member]  
MuradBunun özünü görəsən kim "cızır"...
04. 03. 08 @ 19:03

Leave a comment


Your email address will not be revealed on this site.
  
(For my next comment on this site)
(Allow users to contact me through a message form -- Your email will not be revealed!)
April 2024
Mon Tue Wed Thu Fri Sat Sun
 << <   > >>
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30          

Search

Categories

  XML Feeds

free blog software

©2024 by EylencE.AZ

Contact | Help | Blog theme by Asevo | multiple blogs | webhosting