« Русские девушки в транспорте (16+) | Xatirə İslamı taladılar =) » |
"Abel müəllİm əsəbindən elə deyib, Röya bizim tələbədir"
04. 03. 08 19:33, by Murad, Categories: Azərbaycan | Азербайджан, Şou-biznes | Шоу бизнес, Bakı | Баку
BDU-nun mətbuat katibi bu məsələni araşdıran jurnalisti məhkəmə ilə hədələdi
Müğənni Röyanın Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsinin tələbəsi olması barədə mübahisəli fikirlər xeyli vaxtdır mətbuatın gündəmindədir.

Röya - 1
Röya ft Rafet El Roman
Röya - 2
Röya - 3
Srağagün Yasamal Rayon Məhkəməsində keçirilən prosesdə BDU rəhbərinin vəkili iddianın əsassız olduğunu bildirib. Vəkilin sözlərinə görə, "Bizim yol"un sorğusuna 12 dekabr 2007-ci ildə cavab verilib. Cavab məktubunda göstərilib ki, Röyalə Nəcəfova 2005-2006-cı tədris ilinin qış imtahan sessiyasından qalan akademik borclarını ləğv etmədiyindən və həmin tədris ilinin yay imtahan sessiyasında iştirak etmədiyindən universitetin rektoru Abel Məhərrəmovun 3/748 saylı 22.11.2006-cı il tarixli əmri ilə BDU-dan azad edilib.
Fevralın 20-də isə A.Məhərrəmov jurnalistlərə açıqlamasında müğənninin universitetdə ikinci ali təhsil aldığını təsdiq etmişdi. Müğənni srağagün APA-ya deyib ki, akademik borclarını ödəyib, universitetə bərpa olunub və BDU-nun tələbə biletini alıb. Qəribədir ki, srağagün A.Məhərrəmov "Röyada tələbə biletinin olması onun hələ BDU-da təhsilini davam etdirməsi demək deyil"-deyə APA-nın əməkdaşına bildirib.
Əgər bir şəxsin BDU-nun tələbəsi olduğunu təsdiq edən sənədi varsa, onun həmin universitetin tələbəsi olmasından hansı halda imtina etmək olar?
Təhsil Nazirliyinin mətbuat katibi Bayram Hüseynzadə sualımıza cavab verərkən bildirdi ki, sualımızı BDU-ya ünvanlayaq: "Yəqin sualınız müğənni Röyanın bu universitetdə təhsil alıb-almaması ilə bağlıdır. Bu haqda mən yalnız mətbuatdan məlumatlıyam. Bakı Dövlət Universiteti muxtar qurumdur, bu məsələ onların səlahiyyətinə daxildir".
BDU-nun mətbuat katibi Şərəf xanım (soyadını demədi - müəl.) isə bildirdi ki, Röya hazırda BDU-nun tələbəsidir. Rektorun son fikirlərinə gəlincə isə mətbuat katibi bunun yanlış anlaşıldığını ehtimal etdi: "Görünür, jurnalist bu mövzunu əbəs yerə çox çözdüyü üçün Abel müəllim əsəbiləşərək belə cavab verib. Bu universitetin yüzlərlə tələbəsi var, müğənni Röya da onlardan biridir".
Mətbuat katibi onu da dedi ki, rektor bu məsələyə gələn həftə keçirəcəyi mətbuat konfransında aydınlıq gətirə bilər: "Bu il BDU-nun 90 illiyidir. İndi Abel müəllimin başı daha çox bu işlərə qarışıb. Gələn həftə bununla bağlı mətbuat konfransı keçiriləcək, orada yəqin ki, müğənni ilə bağlı yayılan cəfəngiyyatlara da aydınlıq gətirilər. Gələn həftə buyurub gəlin, Abel müəllimin suallarınızı cavablandırmasına şərait yaradaq. "Bizim yol" qəzetinin jurnalistinə gəlincə isə, o, məhkəməyə veriləcək və onun BDU ilə hansı qərəzi olduğu mətbuata açıqlanacaq".
Yeni Müsavat

Xatırladaq ki, "Bizim yol" qəzetinin əməkdaşı müğənninin universitetə hansı yolla daxil olması haqda rəsmi məlumat ala bilmədiyinə görə BDU rəhbərini və Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədrini məhkəməyə vermişdi.

10 comments

05. 03. 08 @ 20:11

05. 03. 08 @ 19:18
Comment from: Ren@ [Visitor]

05. 03. 08 @ 18:09
Comment from: Kama [Visitor]

05. 03. 08 @ 10:01

04. 03. 08 @ 21:35
Comment from: MiNiSH [Visitor]

04. 03. 08 @ 20:01

04. 03. 08 @ 19:51
Comment from: MiNiSH [Visitor]

04. 03. 08 @ 19:42
Leave a comment