« QƏRBLİ "HACI QARALAR"...İraDə İbrahimoVa »

UNİKAL HADİSƏ - Əkizlər, fərqli rənglərdə dünyaya gəldi! :-)

  24. 07. 07 21:45, by Sabishka, Categories: Maraqlı faktlar | Интересные факты
by Pure L♥ve :P


İngiltərə`də milyonda bir ehtimal olan əkizlərin fərqli rənglərdə doğulması hadisəsi bundan 1 il qabaq reallaşdı!


Marsiya və Mili Biqqs adlı əkiz körpələr ilk doğulduqları gün eyni rəngdə idilər. Ancaq aradan bir il keçdikdən sonra körpələrin rənglərinin fərqli olması bilinməyə başladı. Körpələrin birinci doğum günlərində iştirak edənlər, onların bir il qabaqkı körpələr olduqlarına inanmamışdılar. Mavi gözlü Marsiya, anasının rəngini alarkən, qara gözü Mili isə yamaykalı olan qara dərili atasının rəngini aldı.



Qız olan əkizlər, ilk doğum günlərini qeyd edərkən 39 yaşında olan anaları: "Onlar tək yumurta əkizləri deyildi, amma doğulduqlarında bir-birilərinə çox oxşayırdılar. Bir neçə həftəlik olduqlarında isə aralarında olan fərqi hiss etməyə başladıq." - dedi. Ana Biqs, qarşılaşdığı bu möhtəşəm hadisəni belə xatırlayır: "Mili, daha çox atası kimi əsmərləşməyə başladı, məxsusən də ayaqları. Demək olar, eyni zamanda da Marsiyada daha açıq bir ten rəngi inkişaf etməyə, saçları daha sarışın və qıvrım olmağa başladı. İnsanlar, genlərdə olan qeyri-adi hadisələrdən biri olduğunu söylədilər. Bu hadisənin özü çox nadir hadisələrdəndir." - deyə, söylədi. Xanım və Bəy Biqqs, 10 ildir ki, birlikdədirlər və İVF müalicəsindən sonra uzun müddət körpələrini gözlədilər.

Əkizlərin Sutton Coldfield`dəki "Good Hope Hospital"ında doğulduğunu qeyd edən ana, "Onların nə qədər bir birilərindən fərqli ola biləcəklərini bilmirdik. İndi isə qara saçları və qara rəngi ilə Mili atasına, Marsiya isə mənə oxşayır." – deyərək, bildirdi. Ana Biqqs, uşaqların fərqli böyüdüyünü, yalnız Marsiyanın azacıq sakit və soyuq olduğunu söylədi. Müxtəlif doğum evlərində idarəçilik edən Cane Denton, bu hadisənin görünməmiş bir hadisə olduğunu bildirdirərək: "Fəqət, nə dərəcədə nadir hadisə olduğunu söyləmək çox çətindir. İngiltərə`də də heç kimsə əkiz olan körpələrin dəri rənglərinə əhəmiyyət verməz" - dedi.

7 comments

Comment from: lanselot [Member]  
LanseloTbiri papasina cekif,biri de mamasina;))...hec bir qeyri-adilik yoxdur...medicinada bele sheyler sade sheylerdir...
27. 07. 07 @ 13:33
Comment from: Qulpqoyan [Visitor]
QulpqoyanBunun nayi unikaldir????? Unikal o vaxt olardi ki, ata da, ana da ağ olardi:)
25. 07. 07 @ 15:07
Comment from: sladkiy_obman [Visitor]
sladkiy_obmanmaraqlidir
25. 07. 07 @ 10:56
Comment from: janulka [Member]
Purka, sen hemişe ekizlerle bağlı postlar edirsen :=X Gözel post idi, цooox teşekkür edirem :=)
25. 07. 07 @ 04:19
Comment from: Klubni4ka [Visitor]
Klubni4kaAyri-ayri yumurta ekizleridir,renglerinin de ferqli olmagı normaldı.
25. 07. 07 @ 01:49
Comment from: aqsaqqal_emi [Member]  
AgsaqqalBIY! 3-luk olsaydi, kitay da olardi, 4 olsaydi, hindistanli da
24. 07. 07 @ 23:03
Comment from: Sabishka [Visitor]
SabishkaSubhanallah :)Purka chox maragli idi:)
24. 07. 07 @ 21:51

Leave a comment


Your email address will not be revealed on this site.
  
(For my next comment on this site)
(Allow users to contact me through a message form -- Your email will not be revealed!)
May 2024
Mon Tue Wed Thu Fri Sat Sun
 << <   > >>
    1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31    

Search

Categories

  XML Feeds

powered by b2evolution