« Məleykə Abbaszadənin qızı (TQDK)UNİKAL HADİSƏ - Əkizlər, fərqli rənglərdə dünyaya gəldi! :-) »

QƏRBLİ "HACI QARALAR"...

  24. 07. 07 22:02, by Sabishka, Categories: Məşhurlar | Знаменитые, Maraqlı faktlar | Интересные факты
by Pure L♥ve... :D

Valılar da ağlayır...


Amerikada milyonçuların çox olması, ölkədəki demokratik rejim, iqtisadi azadlıq, sahibkarlara yaradılan şərait və digər bir çox amillərlə əlaqədardır. Amma onların pullu olmasına imkan verən başqa bir amil də varmış – simiclik! Sən demə, milyonçular arasında xəsisləri çoxdur. Məsələn, onların əksəriyyəti 100 dollardan baha ayaqqabı almır, kostyuma isə 200 dollardan artıq pul xərcləmir. Ən varlılar arasında elələri var ki, əksər insanların işlətdiyi əşyalardan işlədirlər. Var-dövlətinin milyonlarla, bəzən milyardlarla ölçülməsinə baxmayaraq, lazım gələndə yaman xəsislik nümayiş etdirirlər. Ən simic milyonçular arasında tanınmış kino ulduzları, estrada artistləri və sahibkarlar var...

Ucuz xəstəxana axtardığına görə oğlunun ayağını kəsiblər.

Dünyada ən xəsis milyonçulardan biri amerikalı iqtisadçı, Henrietta Qrin hesab olunur. Ötən əsrdə 100 milyon dollar (indiki dövrdə 20 milyarda bərabərdir) qazanmağı bacaran bu qadın, yeməyini batareya üzərində qızdırırdı ki, əlavə elektrik cərəyanı işlətməsin. Çikaqoda ən böyük məhəllələrin sahibi olan Henrietta, demək olar ki, bütün həyatı boyu ən ucuz evlərdə kirayə qalıb. Bir dəfə də ən ucuz poçt markasını axtarmaq üçün bütün gecəni piyada mağazaları gəzib. Ən əcaib əhvalat da odur ki, milyonçunun oğlu ağır xəstələnəndə, o, düz üç gün ərzində ucuz xəstəxana axtarıb. Nəticədə, müalicə o qədər gecikdirilib ki, oğlunun ayağını kəsməli olublar. Xəsis milyonçu 82 yaşında infaktdan dünyasını dəyişib. Simic qadını ona görə infakt vurub ki, həmin gün evin qulluqçusu süd gətirən işçiyə səhvən artıq pul verib.

32 ildir eyni kürsüdə oturan milyarder...

28 milyardlıq əmlakı olan isveçli biznesmen İnqvar Kamprad, (məşhur İKEA şəbəkəsinin sahibi) 14 ildir eyni maşın – "Volvo 240" sürür, ekonom-klass markalı təyyarə biletləri alır, üç ulduzlu mehmanxanalarda gecələyir. Məzuniyyətini isə İsveçdəki kəndlərin birində, balıq tutmaqla keçirir. Kamprad, tələb edir ki, onun işçiləri kağızın hər iki tərəfini yazıb işlətsinlər. Biznesmen, 32 ildir ki, eyni kürsüdə oturur. Evindəki mebel isə özünün sahib olduğu ucuz mebel mağazasından alınıb.

40 ildir eyni eyni mənzildə yaşayır.

"Forbes" jurnalının siyahısında ikici yerdə olan milyonçu Uorren Baffet, köhnə, ucuz marka sayılan
"Lincoln Towncar" avtomobilidəgəzir.
Onun nömrə yerində "THRIFTY" sözü yazılıb. O, 40 il bundan əvvəl aldığı küçük sahəli mənzili dəyişmək fikrində deyil. Naharı isə "hazır yemək" restoranlarında edir. Milyarder, özünün simicliyinə yumorla yanaşır. Həmişə deyir ki, bahalı kostyum geyinəndə də nədənsə, bu geyim onun əynində ucuz kostyuma bənzəyir.

İşə rolikli ayaqqabıda gedir...

Ən məşhur axtarış saytı olan "Google"un yaradıcısı 33 yaşlı Sergey Brin, 15 milyarddan çox pul qazanıb. Amma onun nə yaxtası, nə də villası var. Sergey, indinin özündə də işə roliklərdə gedir..

Xəsis ulduzlar...

Milyonlarla gəlirləri olan şou-biznes ulduzları bəzən elə şeylərdə simiclik edirlər ki, bu inandırıcı görünmür. Məsələn, Viktoriya Bekhem, dəfələrlə ərinin oynadığı oyunlara baxmaq üçün stadiona ictima nəqliyyatda – tramvayda gedib. Şəxsən 20 milyon dolların sahibi olan Viki, ucuz şərab içir, ərzaq bazarlığını isə yerli supermarketdən edir. O, geyim almaq üçün də tanınmış markalara yox, nisbətən ucuz hesab edilən mağazalara üz tutur.

Tanınmış kinorejissor Maykl Uinner, bəzən 6 min dollarlıq şərab içir. Amma əvəzində bir poçt markasınadan dəfələrlə istifadə edir, diş məcununun qabını yarıdan bölüb, içində qalmış məhluldan istifadə edir. Bu xəsis rejissor 72 milyon dolların sahidir.

Karyerası dövründə 150 milyon dollar qazanan Madonna da hər qəpiyinin qədrini bilən ulduzlardandır. O, yaşadığı malikanəyə gələn telefon hesablarını bir-bir yoxlayır, özünün etmədiyi danışıqlara görə pulu qulluqçunun maaşından çıxır.

Görünür, elə buna görədir ki, bu adamlar milyonları qazanmağı və dövlətlərini artırmağı bacarırlar.

5 comments

Comment from: aqsaqqal_emi [Member]  
AgsaqqalBextever bashima :) O milyonerin evinde olmusham, televizorunu gormushem, markani da ozu gyosterib, deyib mene... Menimse, kolleksiyam, 1917-ci ile qeder olan otkritkalardir.
25. 07. 07 @ 19:56
Comment from: NuRaShKa [Member]  
NuRaSHkAAgsaqqal emi belke ele o 30 milyon senindi? ;) sayini da deqiq bildiyine gore & markaya ne qeder pul xerclediyini toje bildiyine gore,demeli ya pul senindi,ya da o pulu sen sayirsan :))))
25. 07. 07 @ 19:22
Comment from: visitor [Visitor]
visitorikeanin prezidenti haqqinda çox eshitmishem ki,ictimai neqliyyatda ishe gedir ve çox simicdi ama viktoria bed xerliyi ile meshurdu 1 ILE neçe milyon euro (deqiq yadima gelmir)paltara xercleyir
25. 07. 07 @ 16:02
Comment from: janulka [Member]
Bu qeder xesislik neye lazımdır, anlamıram ??? Deyen lazımdır ki: A bala, xesislik et pulunu yığ, varlanandan sonra doyunca ot duşi xercledeee...Goruna aparmayacaqsankiii ???
25. 07. 07 @ 04:03
Comment from: Sabishka [Visitor]
SabishkaBahooo ne gundediler ee bular..yazigim geldi lap..
24. 07. 07 @ 22:08

Leave a comment


Your email address will not be revealed on this site.
  
(For my next comment on this site)
(Allow users to contact me through a message form -- Your email will not be revealed!)
May 2024
Mon Tue Wed Thu Fri Sat Sun
 << <   > >>
    1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31    

Search

Categories

  XML Feeds

powered by b2evolution free blog software

©2024 by EylencE.AZ

Contact | Help | Blog skin by Asevo | blog software | PHP hosting