« Amfibiya ( Avtobus )Bahar Bayramınız Mübarək Olsun :-) »

Arash Lafab: "Xoşbəxtəm ki, mən azərbaycan əsilliyəm”

  22. 03. 09 22:50, by Janulka, Categories: Azərbaycan | Азербайджан, Şəkillər | Фотография, Məqalələr | Статьи, Kişi | Мужская, Məşhurlar | Знаменитые, WALLPAPERS
Tərcümə edən: © Janulka


Araş: "Xoşbəxtəm ki, mən azərbaycan əsilliyəm”.

Azərbaycan törəməsi, İsveç bəstəkar və müğənnisi - Araş "Eurovision" Beynəlxalq Musiqi Müsabiqəsində Aysel Teymurzadə ilə mahnı ifa edəcək.
Müsahibələrin birində o Azərbaycanda daha çox nələrin xoşuna gəldiyi və yadda qalan hər şeyi danışdı:

- Araş Lafabzadə - sizin soyadınız azərbaycanlı kökündən olduğunuzu sübut edirmi?


`1`
Arash Lafab


- Bəli. Mənim ulu babamın əsli Ərdəbillidir (Cənubi Azərbaycanda böyük şəhər). O azərbaycanlı idi, məhz, ona görə mənim soyadım Lafabzadədir. Mən çoxlu azərbaycan mahnılarını dinləmişəm və ən onlardan - “Ayrılıq” ən sevdiyim mahnıdır. Onu millionların sevimlisi – Ququş ifa edir, o da azərbaycanlıdır, soyu Təbrizdəndir.

- Eşitmişik ki, Bakıda çıxış etməzdən əvvəl səhnə arxasında çox həyəcanlı idiniz. Bu düzdürmü?

- Bəli bəli... Mən, həqiqətən, həyəcan içində idim. Mübariz mənə dedi ki, sən öz vətənindəsən – bu isə məni təşvişə saldı, mənim hissiyyatım son həddə çatmışdı. Və burada mən, sözün əsl mənasında, özümü öz evimdəki kimi hiss edirdim. Bəli, bu mənim evimdir. Mən İsveçrədə böyümüşəm və heç zaman Azərbaycanı görməmişdim. Mənim valideynlərim böyük məmuniyyətlə mənim konsertimə gəlmişdilər və onlar da özlərini evdəki kimi hiss edirdilər. Biz hamımız göz yaşlarınına mütəəssir olmuşduq. Çox alovlu və ritmik tamaşaçı kütləsini heç gözləmirdim. Qastrol səfərlərində olduğum MDB ölkələrində ən yaxşı səhnə, ən yaxşı zal, ən yaxşı kütlə Bakıda idi.
Azərbaycanın paytaxtı – gözəl, qədimi şəhər və hopdurulmuş ruhu ən qədim tarixə malikdir. Qısası, mən çox xoşbəxtəm ki, mən azərbaycan əsilliyəm!

- ...Ola bilər ki, siz yenidən bura gəlmək istəyəsiniz?

- Sözsüz. Bundan əlavə - mən söz verirəm ki, növbəti gəlişimdə mütləq azrərbaycan dilində mahnı ifa edəcəm.

- Bakıda xüsusi tərzdə nə sizin xoşunuza gəldi?

- Hər şey, hər şey, hər şey. Burada keçirdiyim günlərimin çox hissəsini konsertə həsr elədim. Orada da məni heyran doğurucu insan kütləsi yaddaşımda həkk olundu. Mən oğlan və qızların gözlərini görürdüm, hansı ki, səhnənin yanında dayanmışdılar, onlar xoşbəxt idilər, mən isə bu cür qarşılanmaya görə iki qat xoşbəxt idim. Salonun enerjisi – çox vacib bir şeydi və mənim Bakıdakı konsertimdə bu - sadəcə inanılmaz dərəcədə müsbət idi!

- 2009-cu ilin may ayında Siz "Eurovision" Beynəlxalq Musiqi Müsabiqəsində Aysel Teymurzadə ilə duet ifa edəcəksiniz. Proseslərin gedişlərindən bir azca danışa bilərsinizmi?

- "Mənim mahnımı təşkilatçı komitə bəyəndilər və onlar onu seçdilər. Daha sonra mən fikirləşdim ki, mən də müğənniyəm və istərdim bu müsabiqədə çıxış edəm. Və gördüyünüz kimi Aysellə "Eurovision"da duet ifa edəcəyik", - cümlələri Araş xüsusilə qeyd elədi.

- Nəyə görə siz bu müsabiqədə çıxış etmək təklifini qəbul etdiniz?

- Mən öz mahnımdan çox əmin idim! – Araş bəyan elədi. Təsadüfən internətdə Azərbaycanın "Eurovision" üçün "Ən Yaxşı Mahnı" müsabiqəsi keçirildiyini xəbər tutdum. Uzun müddət üzərində işlədiyim bir mahnını, hərfən, bir gecəyə yazıb bitirdim, ancaq bir şey çatışmırdı ki, bu bəstəni kimin üçün olduğunu bilmirdim. Ayselin internetdə yerləşdirilən şəkillərini gördükdə anladım ki, «Always», məhz elə, onun üçün imiş!

Nə üçün mən müsabiqədə çıxış etmək təklifini qəbul etdim? Mən azərbaycanlı törəməsiyəm və istərdim ki, bu ölkə "Eurovision" Mahnı Müsabiqəsi tarixində qalması üçün etdikləri bütün proseslərdə mən də çıxış edim.


`2`
Arash Lafab

`3`
Arash Lafab

`4`
Arash Lafab

`5`
Arash Lafab

`6`
Arash Lafab

`7`
Arash Lafab

`8`
Arash Lafab

2 comments

Comment from: janulka [Member]
Ayka, həmçinin mənə də uğurlar :=P
24. 03. 09 @ 22:31
Comment from: Ayka [Visitor]
AykaUgurlar!
23. 03. 09 @ 19:13

Leave a comment


Your email address will not be revealed on this site.
  
(For my next comment on this site)
(Allow users to contact me through a message form -- Your email will not be revealed!)
April 2024
Mon Tue Wed Thu Fri Sat Sun
 << <   > >>
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30          

Search

Categories

  XML Feeds

powered by b2evolution

©2024 by EylencE.AZ

Contact | Help | b2evo skin by Asevo | free blog | green hosting | FP