« Arash Lafab: "Xoşbəxtəm ki, mən azərbaycan əsilliyəm”XəncərLər »

Bahar Bayramınız Mübarək Olsun :-)

  20. 03. 09 10:41, by Janulka, Categories: ...
by Janulka :=)


"Bama boy" nickli userimizin sifarişi ilə bayram əhval - ruhiyyəli post yerləşdirirəm :=)

İndi isə keçək mənim ürək sözlərimə :=P

Sevimli saytımızın userləri, hər birinizin Bahar Bayramınızı ürəkdən təbrik edirəm! Həyatınız daima bayram xonçası tək bol çeşidli, bayram yumurtaları tək rəngarəng, süfrənizsə tək bayram günləri yox, bütün fəsillərdə dolu və ruzili olsun. Allah - təala ac olanların mədələrini daima tox etsin!!!


Bu da ekskluzav şeyr :=D

Hefte-hefte arxasınca, ötürdük her çerşenbeni.
Yetişir nehayet Novruz axşamı, Durun yandırın tonqalı.
Papaqları dolsunsunlar, qonşu, qohum, eqrabalar
Küsülüler barışsınlar, sevgililer qovuşsunlar...
Her bir uşaq, böyük, kiçik, nene, neve, netice.
Bir-birini march edib HaPpıR NovRuZ söylesinler


`1`
Novruz Bayramı (Bahar Bayramı)



HÜSEYN CAVİD - NOVRUZ BAYRAMI

İştə novruz! Yetişdi fəsli-bahar.
Gəldi işrət zamanı, qardaşlar!
Nə gözəl bayram... Ah, nə xoş fürsət!
Sayılır əhli-zövqə bir nemət!..
Böylə şad gün düşərmi bir də ələ?
Keçirin beş gün ömrü ləzzət ilə.

Yalınız hanki evdə yas varsa,
Bir onun borcudur ki, tutsun əza.
Birinin ölsə qardaşı naçar,
Qara bayram tutar... Bir adət var.
Hər kimin yoxsa böylə bir üzri,
Eyşü nuş eyləsin o... yox zərəri.
Gərçi “əlmömünün üxüvvə” demiş
Əmri-peyğəmbəri hekayə imiş.
Cümlə qardaş, — deyir Rəsuli-xuda,
Hanki islamədir bu söz əcəba?

Bəlkə bir başqa xəlqədir bu xitab?
Nəyə lazım, canım, sıxıntı, əzab.
Bütün İranda, cümlə Balkanda,
Çırpınır qardaşın qızıl qanda!
İştə bir qətlgahə dönmüş yer!
Məhv olan yüz deyil ki! Yüz mindir.
Ana! Həmşirə! Ey nişanlı gəlin!
Siz də əsla sıxılmayın, sevinin.
Əzilib məhv olursa ailələr,
Sizə aid deyil bu qəmli xəbər.
Getsə iffət, kəsilsə əmcəklər,
Sevinin!.. İstəməz düşüncə, kədər.

Bütün aləm dağılsa, od tutsa,
Bizə lazımdır imdi zövqü səfa.
Bir müsəlman ki, onda qeyrət var.
Sevinir, kef edər, çalar, oynar.

Sevinin! Zurna, toy çalın, sevinin,
Nə gözəl bayram! Of, gülün, sevinin!
Dinə, namusa küsdünüzsə, gülün!
Sevinin, həp gülün!.. Nə nəşəli gün?!


`2`
Novruz Bayramı (Bahar Bayramı)

14 comments

Comment from: Nergiz [Visitor]
NergizSalamlar.Haminizin bayramini tebrik edirem heyatda ugur arzulayiram.En esasi ise can sagligi.Size de tebrikiniz ucun TSK-ler.Amma yazilan seiri men oxudum ve bu bayrami sen qarsilamaq ucun yazilan bir seir deyil.Eslinde sair burada kimlerise tenqid edir.
14. 03. 12 @ 19:45
Comment from: Deli_Bala [Visitor]
Deli_BalaEh, Vaxt var idi, Userlerle, yarishirdiq, LAST comment, Xarab olurdu))))))))) MYS, AGSAQQAL EMI, NAMKA, bir gun yadimdadi Seher saat 8den axshama kimi, axshamnanda gunorta 3 kimi Postlarda yazishirdiq ))) eh ne ise...Kechmish qayitmir, qaytarmaga can atirsan amma yene alinmir... BAYRAMINIZ MUBAREK!!!!!
23. 03. 09 @ 18:28
Comment from: janulka [Member]
Əziz Aykaaam, Ağsaqqal özünü yaman pis aparır!!! Sən yenə comment yazmasan da, amma daxil olursan, Əmi voobşe gəlmir buralara - postları üçün dəhşət darıxmışam :=(((( Masteri hələ demirəm tək qoyub gedib :=@@@ Bu boyda saytı idarə etmək asan məsələ deyil eee. Bir az həvəsdən düşmüşəm ona görə post yerləşdirmirəm. Amma söz verirəm sizlərin commentlərini hər dəfə görüb ürəklənəcəm. Bax ona görə məni tək buraxmayın! Bama, sənsiz bir günümüz olmasın :=))))) Sabahi, çooooox təşəkkür edirəm :=) Cosmos, bahooooooo sən belə xoş gəlmisən, akkaşları soyun keç yuxarı başa. Xalçaları təzə tozsoranlamışam batırma :=D Çalış tez - tez buralara daxil ol :=)
22. 03. 09 @ 21:06
Comment from: cosmos [Visitor]
cosmosBayram tebrikine gore cox sag olun. Men de sizi en xos arzularla tebrik edirem:) 2 ile yaxindi eylence.aza girirem, amma ne vaxt post gondermisem xatirlamiram. Bu sayt ucun emeyi kecenlere derin tesekkurumu bildirirem. Bura basqa yerdir heqiqeten, evvel daha basqa idi o ayri mesele:) Burdaki semimiyyeti basqa yerde (virtual anlamda) tapmaq imkansizdi. Sizler meni tanimasaniz da men coxunuzu taniyiram, postlariniz sayesinde:) Postlariniza comment yazmasam da sizinle olmusam:) Tez tez girmesem de rey bildirmeye calisicam. Opurem sizleri ezizlerim, Bayraminiz bir daha mubarek olsun.
22. 03. 09 @ 00:33
Comment from: sabahi [Visitor]
sabahiNovruz bayramınız mübarək. Arzu edirəm həyatınız bayram günləri kimi sevincli keçsin.
21. 03. 09 @ 20:30
Comment from: bama boy [Visitor]
bama boyHee demey bele Evvela bolshoy bolshoy ispasiba Janulka choox sag ol xahishimizi nezere aldigin uchun,tebriklerin uchun.Sen bizim Eylencemizin en aktivlerindensen umumiyetle chox sag ol maraqli postlarin uchun hemishe bele aktiv ol)kechey tebrike)) Men de butun tebriklere qoshuluram,arzu edirem ki,heyatiniz sekerbura kimi shirin,paxlava kimi yagli,qogal kimi dadli,iradeniz qoz kimi mohkem derdleriniz findiq boyda,cibinizde daim (kursu ashagi olsa da)semeni tek yashil pulla dolsun,qelbiniz Novruz tonqali kimi mehebbetle yansin.Bu tebrik standart olsa da bolushmek istedim sizlerle. BAYRAMINIZ BIR DAHA MUBAREK EZIZ EYLENCELILER))
21. 03. 09 @ 16:33
Comment from: Ayka [Visitor]
Aykauzr isteyirem movzudan kenara cixdigim ucun :) Yuxarida Comment yox Post yazmag istemishdim:)
21. 03. 09 @ 02:32
Comment from: Ayka [Visitor]
AykaJanul,vallahi-billahi,1 gunum Eylenceye bash cekmeden kecmir.Inan mene.Ele alishmisham ki,elim avtomat Eylence.az yazir.Az vaxtim olanda da gisa muddete yene bash cekmemish olmuram.Sadece axir vaxtlar commentlere baxiram,adam bilmir ne yazsin?:( O biri gizlara gelince ise cox darixmisham,arzulayardim evvelki kimi feal olsunlar.Umid edirem her shey yaxshidi onlarla bagli.Sen de getmishdin,buralarin maragi itmishdi:(Bir daha haminizi Urekden tebrik edirem,can sagligi,xoshbextlik arzulayiram!
21. 03. 09 @ 02:30
Comment from: janulka [Member]
MoonLight, deyrəəəəəm ki, qızlarımız yaman fəaldır eee :=)))))) Əhsən!!!! Təbrikinçün təşəkkür ;=)
20. 03. 09 @ 22:54
Comment from: janulka [Member]
Gulnare, səninlə bahəm :=) Hamının cibləri səməni tək yaşıl pullarla dolu olsun :=))))))))))))))))) Nicola, caaaan eee :=) Ayka, səndən, Sensitive, Bakinka_NY, Sun_Set, Mysterious, Namka və BİR ÇOX userlərdən ümumiyyətlə küsmüşəm :=((((((( Heç gəlib sayta baş çəkmirsiniz!!!!! :'=(((((
20. 03. 09 @ 22:53
Comment from: MoonLight [Visitor]
MoonLightMen de butun hamini bahar bayrami munasibetile tebrik edirem. Bol ruzi-bereket, emin amanliq arzu edirem. Her shey ureyinizce olsun amin.
20. 03. 09 @ 22:49
Comment from: Ayka [Visitor]
AykaButun arzulara goshulub,butun Eylence ve Azerbaijanlilari urekden tebrik edirem,mohkem can sagligi,ruzulu-bereketli olmagi arzulayiram!Bayraminiz mubarek! PS.Janul,men bu postu Ilaxir cershenbede cox gozledim,cox:)Cox sag ol yerleshdirdiyin ucun,Bama Boyda sag olsun sifarish ucun:)
20. 03. 09 @ 16:51
Comment from: NICOLA_GREEN [Visitor]
NICOLA_GREENSALAMLAR! HAMINI BAYRAM MUNASIBETILE TEBRIK EDIR, AILENIZDE DAIM SEADET,S UFRENIZDE BOLLUQ OLMSINI ARZULAYIRAM! GELEM ILDE BUTUN ARZULARINIZA CHATASINIZ INSHALLAH! TESHEKKUR, JANULKA! EN XOSH ARZULARIMLA.......
20. 03. 09 @ 15:08
Comment from: gulnare [Visitor]
gulnareher birinizi mende tebrik edirem. bu il hamiya coxlu pul arzu edirem. imkaniniz arzulariniz qeder bol olsun. Janulka tewekkur edirem.
20. 03. 09 @ 14:02

Leave a comment


Your email address will not be revealed on this site.
  
(For my next comment on this site)
(Allow users to contact me through a message form -- Your email will not be revealed!)
April 2024
Mon Tue Wed Thu Fri Sat Sun
 << <   > >>
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30          

Search

Categories

  XML Feeds

powered by b2evolution