« 20 Yanvar - qan yaddashimizPeyzaj: Dəniz... »

"Aşura və 20 Yanvar"

  20. 01. 08 00:55, by MASTER_İER, Categories: Azərbaycan | Азербайджан
by Master_IER



Məhərrəmlik ayının müsəlman dünyası üçün geniş mənası var.

Bu ayda qəhrəmanlıq, şəhidlik zirvəsinin müqəddəsliyi bir daha ön plana çıxır. Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiəsi Mərkəzinin rəhbəri Hacı İlqar İbrahimoğlu bildirib ki, ay başlanandan bir sıra qanvermə kampaniyaları keçirilib.

Məhərrrəmlik ayının əsl mahiyyətinin açılması üçün geniş şəkildə maarifləndirməyə ehtiyac olduğunu deyən İ.İbrahimoğlu ay başlanandan bir sıra mətbuat orqanlarında bu mövzuda kifayət qədər yazılar getdiyini bildirib: "Radiolarda da məhərrəmliklə bağlı söhbətlər aparmağa imkanlar yaradılır. Təəssüflər olsun ki, televiziyalar bu sahədə verilişlər verilməsinə imkan yaratmır. "Məhhərrəmlik ayının daha çox iki əsas anlayışı var" deyən mərkəz rəhbəri bu ayın qəhrəmanlıq, şəhidlik anlayışı ilə yanaşı, həm də hüzn, kədər fəlsəfəsini aşılayan bir tərəfi olduğunu bildirib: "Qəhrəmanlıq zirvəsinin nə demək olduğunu, kədərin mahiyyətini dərk etməyən insanlar mənəvi cəhətdən təmizlənə, tövbəkar ola bilməzlər.

İndi Aşura mərasimləri ilə 20 Yanvar şəhidlərinin ildönümü eyni vaxta düşür ki, bu hadisələr də mahiyyətcə eynidir". İ.İbrahimoğlunun sözlərinə görə, hadisələrin mahiyyəti insanlar arasında tam mənası ilə açılarsa, bu onların mübarizə ruhunu, vətən sevgisini yüksəldər.
("OLAYLAR"İA)

5 comments

Comment from: master_ier [Member]
MASTER_İERRasool, basa dusmedim. Ne deme isteyirsen ki?
22. 01. 08 @ 23:33
Comment from: rasool [Visitor]
rasoolmen iranda gecirdimm meherremliki. deyesen qiamet idi. tassof olson size!!!!!!
22. 01. 08 @ 22:54
Comment from: master_ier [Member]
MASTER_İERXazarxan, AMIN! Sabina, insallah gelen il qismet olar.
21. 01. 08 @ 21:19
Comment from: Sabina [Visitor]
SabinaHeyif men qan vere bilmedim((( Buna göre gereken tedbirlerimi görürem ve Master söz verdiyim kimi meyve yemeye başalamışam.İnşallah gelen il bunu ede bilecem
21. 01. 08 @ 09:58
Comment from: xazarxan [Visitor]
xazarxanALLAH Yezide ve rus imperiyasina lenet etsin ! Butun Kerbala ve 20 Yanvar shehidlerine rehmet etsin! AMIN!!!
20. 01. 08 @ 19:15

Leave a comment


Your email address will not be revealed on this site.
  
(For my next comment on this site)
(Allow users to contact me through a message form -- Your email will not be revealed!)
May 2024
Mon Tue Wed Thu Fri Sat Sun
 << <   > >>
    1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31    

Search

Categories

  XML Feeds

free blog

©2024 by EylencE.AZ

Contact | Help | Blog skins by Asevo | blog software | web hosting