« Кандидатов в президенты США слепили из песка"Aşura və 20 Yanvar" »

20 Yanvar - qan yaddashimiz

  20. 01. 08 01:26, by MASTER_İER, Categories: Azərbaycan | Азербайджан
by Master_IER



20 Yanvar


www.january20.net



20 Yanvar - 1990-da SSRİ Prezidenti Mixail Gorbaçovun göstərişi ilə Sovet Ordusu hissələri həm quru, həm dəniz yolu ilə Bakı şəhərinə həmlə edərək 100-dən artıq silahsız insanı qətlə yetirdi.

20 Yanvar - 1990 Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən on sekkiz il keçir. Keçmiş sovet dövlətinin hərb maşınının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi vəhşi terror aktı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaqdır. Milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, kütləvi terror nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi.


Sovet Ordusunun böyük kontingentinin, xüsusi təyinatlı bölmələrin və daxili qoşunların Bakıya yeridilməsi xüsusi qəddarlıq və görünməmiş vəhşiliklə müşayiət edildi. Kommunist diktaturası Çexoslovakiyaya, Macarıstana, Əfqanıstana qarşı həyata keçirdiyi hərbi müdaxiləni hətta o zamankı Sovet İttifaqının müttəfiq respublikalarından biri olan Azərbaycanda da təkrarlamaqdan çəkinmədi. Həmin vaxt Azərbaycan qonşu Ermənistanın da təcavüzünə məruz qalmışdı. Belə bir şəraitdə sovet rəhbərliyi nəinki münaqişənin qarşısını almaq üçün qəti tədbirlər görməmiş, əksinə, Azərbaycana yeridilən ordu hissələrinin tərkibinə Stavropol, Krasnodar və Rostovdan səfərbərliyə alınan erməni əsgər və zabitləri, sovet hərbi hissələrində xidmət edən ermənilər, hətta erməni kursantlar da daxil edilmişdi.

Bakıya yeridilmiş qoşun kontingentinə, - bəzi məlumata görə, onun sayı 60 min nəfərə çatırdı, - “doyüş tapşırığını” yerinə yetirmək üçün möhkəm psixoloji hazırlıq keçmişdilər (“Şit” təşkilatı müstəqil hərbi ekspertlərinin hesabatından): sizi Bakıya rusları müdafiə etmək üçün gətirmişlər, yerli əhali onları vəhşiçəsinə məhv edir; ekstremistlər Salyan kazarmalarının (Bakıda əsas hərbi qarnizonun yerləşdiyi ərazi) ətrafındakı evlərin damlarında snayperlər yerləşdirmişlər, təkcə bu ərazidə 110 atəş nöqtəsi var; binalar, mənzillər Azərbaycan Xalq Cəbhəsinin yaraqlıları ilə doludur, onlar sizi güclü avtomat-pulemyot atəşinə tutacaqlar.
Mixail Qorbaçov başda olmaqla sovet imperiyasının rəhbərliyi Bakıda “rus və erməni kartından” məharətlə istifadə etdi. Guya Bakıya qoşun onları, hərbi qulluqçuların ailələrini qorumaq, “millətçi ekstremistlər” tərəfindən hakimiyyətin zorakılıqla ələ keçirilməsinin qarşısını almaq üçün yeridilmişdi. Əslində isə bu açıq riyakarlıq, ağ yalan idi. Çünki sovet rəhbərliyinin “dəlilləri” hətta həqiqətə yaxın olsaydı belə, Bakıya təpədən-dırnağadək silahlandırılmış qoşun göndərməyə ehtiyac yox idi. Ona görə ki, həmin vaxt burada daxili qoşunların 11,5 min əsgəri, Müdafiə Nazirliyinə tabe olan Bakı qarnizonunun çoxsaylı hərbi hissələri, hava hücumundan müdafiə qüvvələri var idi. 4-cü ordunun komandanlığı da Bakıda yerləşirdi.

Bütün bunlara baxmayaraq, 1990-cı il yanvarın 19-da Mixail Qorbaçov SSRİ Konstitusiyasının 119-cu, Azərbaycan SSR Konstitusiyasının 71-ci maddələrini kobud şəkildə pozaraq, yanvarın 20-dən Bakıda fövqəladə vəziyyət elan edilməsi haqqında fərman imzaladı. Lakin SSRİ DTK-nın “Alfa” qrupu yanvarın 19-da saat 19.27-də Azərbaycan televiziyasının enerji blokunu partlatdı, respublikada televiziya verilişləri dayandırıldı. Gecə isə qoşun fövqəladə vəziyyət elan edilməsindən xəbərsiz olan şəhərə daxil oldu və əhaliyə divan tutmağa başladı. Qorbaçovun fərmanı qüvvəyə minənədək – yanvarın 20-də saat 00-dək artıq 9 nəfər öldürülmüşdü. Bakıda fövqəladə vəziyyətin elan olunması haqqında məlumat isə əhaliyə yalnız yanvarın 20-də səhər saat 7-də respublika radiosu ilə çatdırıldı. Həmin vaxt öldürülənlərin sayı 100 nəfərə çatmışdı. Halbuki, Qorbaçovun Azərbaycana ezam etdiyi yüksək vəzifəli emissarlar həyasızcasına bəyan edirdilər ki, Bakıda fövqəladə vəziyyət elan olunmayacaqdır. Bax, əli yüzlərlə insanın qanına batmış, sonralar Nobel sülh mükafatı (?!) almış Mixail Qorbaçov başda olmaqla sovet imperiyası rəhbərliyinin rəzil siması bu idi...

Tanklar və BTR-lər Bakı küçələrində qarşılarına çıxan hər şeyi əzir, hərbçilər hər yanı amansız atəşə tuturdular. İnsanlar nəinki küçələrdə, hətta avtobusda gedərkən, öz mənzillərində oturduqları yerdə güllələrə tuş gəlirdilər. Yaralıları aparmağa gələn “təcili yardım” maşınlarını və tibb işçilərini də atəşə tuturdular. Bir neçə gün ərzində 137 nəfər öldürüldü, 700-dək yaralandı, 800-dən çox adam qanunsuz həbs edildi.

“Şit” təşkilatı ekspertlərinin hesabatından:
adamları xüsusi qəddarlıqla və yaxın məsafədən güllələmişlər. Məsələn, Y.Meyeroviçə 21, D.Xanməmmədova 10-dan çox, R.Rüstəmova 23 güllə vurulmuşdur;
xəstəxanalar, “təcili yardım” maşınları atəşə tutulmuş, həkimlər öldürülmüşdür;
adamlar süngü-bıçaqla qətlə yetirilmişdir. Onların arasında hər iki gözü tutulmuş B.Yefimtsev də var;

“Kalaşnikov” avtomatının ağırlıq mərkəzi dəyişən 5,45 çaplı güllələrindən istifadə edilmişdir.
Həlak olanlar arasında yetkinlik yaşına çatmayanlar, qadınlar, qocalar, şikəstlər də var idi. Qorbaçovun və ətrafındakıların “millətçi ekstremistlər” adlandırdıqları bunlar idimi?
Yanvarın 20-də artıq bütün dünya Bakıda törədilmiş dəhşətli qırğından xəbər tutdu. Amma görün, o vaxtkı sovet imperiyasının ideoloji ruporu olan “Pravda” qəzeti 22 yanvar tarixli nömrəsində nə yazırdı:

“Fövqəladə vəziyyət elan edilməsi üçün görülmüş tədbirlər nəticəsində guya qadınlar və uşaqların tələf olması barədə bəyanatlar aşkar fitnəkar xarakter daşıyır. Bir daha təkrar etmək lazımdır ki, bu, qərəzli yalandır! Ondan məqsəd əhalini sovet ordusuna və hüquq mühafizə orqanlarına qarşı qaldırmaqdır”...

20 Yanvar və Azərbaycan tarixində ondan əvvəlki faciəli hadisələr XX əsr boyu xalqımıza qarşı yeridilən düşünülmüş siyasətin növbəti təzahürü idi. Azərbaycan xalqına qarşı soyqırımı, sovet hakimiyyəti illərində Azərbaycan ərazilərinin tədricən ilhaq olunması, nəticədə ölkənin ərazisinin 125 min kvadratkilometrdən 87 min kvadratkilometrədək azalması, sovet rəhbərliyinin havadarlığı ilə başlayan Dağlıq Qarabağ hadisələri, azərbaycanlıların Ermənistan ərazisindəki əzəli torpaqlarından qovulması bu siyasətin mərhələləridir.

1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin müdhiş gecədə həlak olan vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar...

Azərbaycan dövlət müstəqilliyini əldə etdikdən sonrakı ilk illərdə başları hakimiyyət uğrunda mübarizəyə qarışmış respublika rəhbərləri 20 Yanvar qırğınına siyasi-hüquqi qiymət verilməsi və cinayətkarların müəyyən edilməsi istiqamətində məqsədyönlü iş aparmadılar. Yalnız 1994-cü ildə Qanlı Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymət verildi, faciənin günahkarlarının adları açıq şəkildə bəyan edildi...

Bakının ən yüksək nöqtələrindən birində hər bir azərbaycanlı üçün müqəddəs and yerinə çevrilmiş bir yer var. Bu, 20 Yanvar qurbanlarının və Ermənistanın hərbi təcavüzünə qarşı döyüşlərdə həlak olanların dəfn edildiyi Şəhidlər xiyabanıdır. Hər il yanvarın 20-də minlərlə insan Vətənin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş Azərbaycan oğul və qızlarının əziz xatirəsini ehtiramla yad etmək üçün buranı ziyarət edir. Nəsillər dəyişəcək, lakin Vətən oğullarının xatirəsi ürəklərdə əbədi yaşayacaqdır.

9 comments

Comment from: lanselot [Member]  
LanseloTHAMIMIZA ALLAHDAN SEBR DILEYIREM!!! BASHINIZ SAG OLSUN!!!! ALLAH REHMET ELESIN!!!
21. 01. 08 @ 14:24
Comment from: bellina [Visitor]
bellinaAllah Shehidlerimize Rehmet elesin!!!!birde bele acili gunler yashamayaq!!!En gozel Gunler xalqimiz ucun olsun!!!Amin!!!!
21. 01. 08 @ 10:35
Comment from: Sabina [Visitor]
SabinaAllah şəhidlərimizə Rehmet elesin.Bütün şehidlerın yeri cenneti deyirler.O gün Azerbaycan xalqının ebedi "Qan yaddaşı" kimi yazılıb.İnşallah birde bele qanlı günler görmez xalqımız.((
21. 01. 08 @ 09:49
Comment from: Vusal [Visitor]
VusalSalam 20YAnvar bizim Tarixin qara acili tarixi olsada Menim fikrim Bir daha tekraralanmaz sherefli bir gun idi,,Yalniz o gun millet birlik teshkil etdi ve her ilde millet 20yanvar gunu kimliyinden asili olmayaraq birlik numayish etdirir,,,Allah rehmet elesin onlara Shehidlik zirvezisini def etdiler
21. 01. 08 @ 06:35
Comment from: murad [Member]  
MuradŞəkillərlə olan "Qanlı Yanvara" a baxıram, Bakinka xanımın dedikləri öz əksini tapır. Mən o vaxt uşaq idim. Bir o yadıma gəlir ki, aləm bir-birinə qarışmışdı... Uşaq vaxtı ancaq Larisa, İlham və Fərizə daha çox yadımda qalmışdı... Üstündən 18 il ötür amma "20 Yanvar" hadisəsi hələ də beynəlxalq dərəcədə sənədləşdirilməyib...Allah bütün şəhidlərimizə rəhmət eləsin! Və bu cür bəlalardan bizi uzaq eləsin! Amin! Çox sağ ol, Master! Posta görə minnətdaram sənə!!!
21. 01. 08 @ 01:10
Comment from: AYAN [Visitor]
AYANAllah butun shehidlerimize rehmet elesin!!! Chox agrili, acili bir gundur.
20. 01. 08 @ 21:10
Comment from: bakinka_v_NY [Visitor]
bakinka_v_NYAllah butun shehidlerimize rehmet elesin!Indiki kimi yadimdadir esgerlerin addimlari,gullelerin sesi...Yanvarin 20si seher tezden kuchelerde,xususen 20 yanvar dairesi terefde(meyidleri artiq yiqishdirmishdilar)...qanli ayaqqabi tayi,tokulmush dishler,papaq...qan,qan...her yer insan qani idi...bir de sheherde dehshetli bir sukut var idi-mertviy gorod...Yanvarin 22si o izdihamli defn.Bele bir izdihami Baki yeqin ki gormemishdi.Hemen gun yalniz bir shey sevindirirdi-milletin merdliyi ve birliyi.Insanlar hech neden qorxmadan defne gelmishdi....Yadima dushdu,ureyim aqridi....Bir daha Allah rehmet elesin! ...baby-lesi,biz de o vaxtlar ele dushunurduk ki bizim milletde artiq Veten uqrunda can vermeye hazir olanlar tek-tuk olar.Nece deyerler kishiler qaldi 1941-1945de...Ancaq zaman ve hadiseler gosterdi ki qehremanliq bizim qanimizdadir.Inan ki,allah elememish yene de olkemiz ele bir veziyyetle dushse,canindan kechen oqlan ve qizlarimizin sayi az olmaz....Sadece olaraq indi bashimizi problemler ve exlaqsiz show-bizneschilerimizle qatirlar....
20. 01. 08 @ 18:18
Comment from: baby_lesi [Visitor]
baby_lesiAllah butun olenlere rehmet elesin! Ruhlari sad olsun! Biz her birimiz onlarin qarsisinda bas eyirik! Indiki zemanede cetin sehidler kimisi tapilsin! Tapilsa da 1-2 dene.
20. 01. 08 @ 15:37
Comment from: Happy girl [Visitor]
Happy girlEle bele sheyleri ele tenteneli kechirirler ki,20 yanvarda o qeder adam olub,onu matem elemirler
20. 01. 08 @ 12:23

Leave a comment


Your email address will not be revealed on this site.
  
(For my next comment on this site)
(Allow users to contact me through a message form -- Your email will not be revealed!)
May 2024
Mon Tue Wed Thu Fri Sat Sun
 << <   > >>
    1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31    

Search

Categories

  XML Feeds

powered by b2evolution

©2024 by EylencE.AZ

Contact | Help | b2evo skins by Asevo | multi-blog | web hosting reviews