« Yanar dag... | AYRILIK... » |
Xocali...
XOCALI FACİƏSİ
Xocalı rayonunun əhalisi əsasən üzümçülüklə, bağçılıqla, tərəvəzçiliklə məşğul olur, becərdikləri məhsulları Şuşa və Xankəndi şəhələrində satıb dolanırdılar.
1988- cil ildən sonra Azərbaycan höküməti Xocalının strateji mövqeyini nəzərə alaraq, buranın inkişaf etdirilməsi üçün tədbirlər gördü, qəsəbəyə şəhər adı verildi, Xocalı aereportu nəzarətə götürüldü. Xocalıda yeni İctimai və yaşayış binaları tikildi, yeni sənaye müəssisələri yaradıldı.
Lakin 1991- ci ilin sonunda Xocalının Ağdamla əlaqəsi kəsildi. Ermənilər və onlara himayədarlıq edən rus hərbiçiləri Xocalını hər bir tərəfdən mühasirəyə aldılar.
1992- ci il fevralın 25- dən 26- a keçən gecə Xankəndinə toplanmış erməni quldur dəstələri orada olan 366- cı motoatıcı polkun canlı qüvvəsi və texnikasının köməyi ilə Xocalıya hücuma keçdilər. Onu qeyd etməliyəm ki, 366- cı motoatıcı polk 1984- cü ilin payızında Gəncədən gətirilib Xankəndində yerləşdirilmişdi. Son illər polkda 600 nəfər əsgər, 129 zabit xidmət edirdi ki, bu zabitlərin 49 nəfəri erməni idi. 366- cı polkun hərbi texnikasından dəfələrlə Şuşa şəhərinin atəşə tutulmasında istifadə edilmişdi. 1992- ci ilin dəhşətli fevral gecəsi 11500 nəfərlik əhalisi olan Xocalı şəhəri yerlə yeksan edildi, 613 nəfər qəddarlıqla öldürüldü, (bunlardan 63 usaq, 106 qadin, 70 orta yasli insan idi. 8 aile tamamile mehv edildi. 25 usaq her iki valideynini, 103 usaq her iki valideynini itirdi)1275 nəfər əsir götürüldü, onların başına insanlığa yaraşmayan müsibətlər gətirildi.
Xocalı işğal olunduqdan sonra ermənilərin törətdikləri vəhşilikləri, dinc adamların, qadın, uşaq və qocaların başına gətirdikləri dəhşətləri görmüş, zabit vicdanın hökmü ilə bunları qələmə alıb Moskvaya, Bakıya, BMT- yə göndərmiş, Xankəndində yerləşən 02270 nömrəli Hərbi hissənin xüsusi şöbəsinin rəisi, polkovnik Vladimir Savelyevin 19 səhifəlik məlumatından aşağıdakıları oxuculara çatdırmaq istəyirəm. “Xocalıya hücümda 366- cı Rus polkunun əsgər və zabitləri ilə birlikdə erməni terrorçu təşkilatı olan “ASALA”- nın mayoru Aşın Simonyanın başçılığı ilə 26 nəfərlik dəstə də iştirak edib.” V. Savelyev qeyd edir ki, A. Simonyanın bu dəstəsi Paris yaxınlığında təlim keşdikdən sonra Xankəndinə gətirilmişdi. A.Simonyanın 366-cı polkun komandiri Yuri Zarviqorova o zaman üçün böyük məbləğ olan 36.000 ABŞ doları verərək, 366-cı polkun hərbi texnikasının 85%- ni ələ keçirmişdi. Bu məlumatlardan belə aydın olur ki, Xocalıya hücümda “ASALA”- nın Suriyadan və Livandan gəlmiş dəstələri də iştirak etmişlər. Xocalı məhv edildikdən sonra hücumda fərqlənmiş 24 nəgər rus əsgər və zabiti mükafatlandırıldı. “ASALA” yazılmış 25 qramlıq qızıl orden və 5.000 ABŞ dolları, S.İvanova 10.000 ABŞ dolları, “Hunday” maşının açarını verdi. Xocalı faciyəsinin bütün dəhşətlərini gözləri ilə görmüş rus kəşfiyyatının zabiti V.Savelyev yazır: “ Mən bunları yazmaya bilmərəm. Hər şey gözlərimin önündə baş verib. Insanların, uşaq və qadınların, hamilə gəlinlərin güllələnmiş bədənlərini unuda bilmirəm. Qoy azərbaycanlılar məni bağışlasınlar ki, bu qanlı amansız sonluğu olan hadisələrdə əlimdən heç nə gəlmirdi: Mən gördüklərimi yazıb 19 səhifəlik “Məxfi arayış” Kremlə Müdafiə Nazirliyinə, Bakıya göndərdim. Oxuyun dedim. Biz rusların zabit şərəfi görün necə ləkələndi. “
Xocalı faciəsini bütün dünyaya çatdıran mərhum jurnalist Çingiz Mustafayevin çəkdiyi lentlər oldu. Onun fədakarlığı sayəsində dünya ictimaiyyəti burnu, qulağı kəsilmiş baş və alın dərisi soyulmuş uşaqları, qadınları, qocaları gördülər.
3 comments
Comment from: nice [Visitor]
Her il aci da olsa bu gunu qeyd edirik. Dogrusu ureyim agarayir televezora baxanda., O mesum korpelerin ne gunahi vardi:(.Tarixin en UNUDULMAZ. gunudur. Allah butun olenlere rehmet elesin, ruhlari sad olsun.
26. 02. 07 @ 15:57
Comment from: Mysterious [Visitor]
Her defe bu gunu aci xatirelerle xatirlayiram:(...Allah rehmet elesin onlara,ruhlari shad olsun
26. 02. 07 @ 17:05
Comment from: xaribulbul [Visitor]
sinesinde bele yaralar olan milletin bir suari olmalidir YA QARABAG YA OLUM ...
15. 08. 08 @ 01:26