« Dan ulduzu | 4 parashut » |
Xəstəxana pəncərəsi
Çox ciddi xəstə olan iki nəfər eyni xəstəxana otağında yatırdı. Xəstə kişilərdən biri hər günorta 1 saat yatağında oturaraq ciyərlərinə yığılan suyun qurumasına kömək edirdi. Həmin xəstənin yatağı otağın yeganə pəncərəsinin qarşısında idi. Digər xəstə isə bütün gününü arxası üstdə uzanılı vəziyyətdə keçirirdi.
Xəstələr saatlarla söhbət edirdilər. Onların söhbətləri əsasən ailələri, həyat yoldaşları, evləri,işləri barədə olurdu.
Hər günorta pəncərənin qarşısındakı xəstə yatağında oturduğu bir saat ərzində otaq yoldaşına pəncərədən bayırda gördüyü gözəl mənzərəni təsvir edir və beləcə vaxtlarının maraqlı keçməsinə nail olurdu. Digər yataqda uzanmış xəstə günün ən çox bu hissəsini sevirdi çünki bu 1 saat ərzində onun darıxdırıcı, kiçik dünyası genişlənir və o düşüncələrində yoldaşının təsvir etdiyi mənzərəni canlandıraraq bundan olmazın ləzzət alırdı. Xəstə yoldaşının dediyinə görə pəncərə içərisində gözəl bir göl olan parka baxırdı. Göldə qazlar- ördəklər üzərkən, balaca uşaqlar da gölün ətrafında qaçışaraq oynayırdılar.
Sevgililər əl - ələ tutub çiçəklərin gözəlliyindən və səmanın mənzərəsindən zövq ala – ala parkda gəzişirdilər.
Pəncərə qarşısındakı xəstə bu mənzərəni sözləri ilə ifadə edərkən digər xəstə də gözlərini yumaraq bu gözəlliyi düşüncələrinin gözü ilə görməyə çalışırdı...
Günlər və həftələr beləcə keçirdi.
Bir gün pəncərə qarşısındakı xəstə parkda keçirilən paradı yoldaşı üçün canlandırmağa çalışdığı bir vaxtda, otaq yoldaşının beynini qara bir hiss bürüdü. “Bütün bu gözəllikləri mən niyə görmürəm. İkimiz də xəstəyik və eyni otaqda yatırıq, bəs mən niyə pəncərədən bayıra baxmaq imkanından məhrumam? Bu cür fikirlər xəstə kişinin beynini yeyib –bitirir və o, artıq yoldaşının dediklərini eşitmirdi…
Bir neçə gün keçdi. Bir gecə xəsət kişi pəncərənin qarşısında yatan yoldaşının öskürək səslərinə yuxudan oyandı. Xəstə kişi çox möhkəm öskürür və yatağının kənarındakı düyməni sıxaraq tibb bacısını çağırmağa çalışırdı. Çox cəhd etməsinə baxmayaraq düyməyə əli çatmadığını görən kişi halsız halda yatağına yıxıldı. Bu vəziyyəti görən otaq yoldaşı qalxıb ona kömək etmək istəyirdi ki, qəfildən qara fikirlər beynini bürüdü, yoldaşının təsvir etdiyi mənzərələr bir – bir gözü önündə canlandı və bunun özü üçün yaxşı fürsət olduğunu düşünərək yerinə uzandı. O, tezliklə yatağının pəncərə qarşısına dəyişiləcəyini düşünərək, gülümsəyərək yuxuya gedərkən, otaq yoldaşı sönük, ümid dolu nəzərlərlə onun yatağına doğru boylanır sanki bu baxışlarla yoldaşına “Mənə ölməyə imkan vermə, mənə kömək et” deyə yalvarırdı. Bir neçə dəqiqə sonra onun halsız bədəni sakit halda yatağına uzandı…
Ertəsi səhər tibb bacısı onların halını öyrənmək üçün otağa gələndə pəncərə qarşısındakı xəstənin cansız bədəni ilə qarşılaşdı…
Xəstəxana işçiləri otaq yoldaşının meyitini otaqdan çıxaran kimi xəstə kişi onlardan yatağının pəncərə qarşısına keçirilməsini istədi. Çoxdandır arzuladığı yerə qovuşan xəstə kişi cəld hərəkətlə yatağında oturub pəncərədən bayıra baxdı. Onun sevinc dolu baxışları heç gözləmədiyi bir mənzərə ilə qarşılaşdı: Pəncərə boz, sement bir divara baxırdı…

Epiloq:
Bizim öz vəziyyətimizin necə olmasından asılı olmayaraq, başqalarını xoşbəxt etmək bizi həmişə sevindirməlidir.
Qüssə bölüşdükcə azalır ancaq sevinc bölüşdükcə artır.
Əgər özünüzü zəngin hiss etmək istəyirsinizsə, pulun satın ala bilmədiyi ancaq sizin sahib olduğunuz dəyərlər haqda düşünün…
13 comments
Comment from: Ayka [Visitor]
![Ayka Ayka](http://www.gravatar.com/avatar/251c7e65285850707dd8303615b63d7d?size=64&default=http%3A%2F%2Fwww.eylence.az%2Fblogs%2Frsc%2Fimg%2Fdefault_avatar.jpg)
14. 06. 07 @ 18:32
Comment from: etna777 [Visitor]
![etna777 etna777](http://www.gravatar.com/avatar/07424eb578d8dc2475861b89f62e4706?size=64&default=http%3A%2F%2Fwww.eylence.az%2Fblogs%2Frsc%2Fimg%2Fdefault_avatar.jpg)
14. 06. 07 @ 23:18
Comment from: GERMAN [Visitor]
![GERMAN GERMAN](http://www.gravatar.com/avatar/11d2b5954f5b9680c984e72e88eaf26e?size=64&default=http%3A%2F%2Fwww.eylence.az%2Fblogs%2Frsc%2Fimg%2Fdefault_avatar.jpg)
15. 06. 07 @ 12:20
Comment from: neutral_nur [Visitor]
![neutral_nur neutral_nur](http://www.gravatar.com/avatar/a81d96cb0e2a81e4c141517a07d84b0f?size=64&default=http%3A%2F%2Fwww.eylence.az%2Fblogs%2Frsc%2Fimg%2Fdefault_avatar.jpg)
15. 06. 07 @ 16:31
![Murano Murano](http://www.gravatar.com/avatar/2e130dee4c938e26620661953656b048?size=64&default=http%3A%2F%2Fwww.eylence.az%2Fblogs%2Frsc%2Fimg%2Fdefault_avatar.jpg)
16. 06. 07 @ 08:46
Comment from: Mysterious [Visitor]
![Mysterious Mysterious](http://www.gravatar.com/avatar/5ae6079e1d429acc800df3d9da548c2e?size=64&default=http%3A%2F%2Fwww.eylence.az%2Fblogs%2Frsc%2Fimg%2Fdefault_avatar.jpg)
19. 06. 07 @ 00:27
Comment from: etna777 [Visitor]
![etna777 etna777](http://www.gravatar.com/avatar/07424eb578d8dc2475861b89f62e4706?size=64&default=http%3A%2F%2Fwww.eylence.az%2Fblogs%2Frsc%2Fimg%2Fdefault_avatar.jpg)
19. 06. 07 @ 08:56
Comment from: neutral_nur [Visitor]
![neutral_nur neutral_nur](http://www.gravatar.com/avatar/a81d96cb0e2a81e4c141517a07d84b0f?size=64&default=http%3A%2F%2Fwww.eylence.az%2Fblogs%2Frsc%2Fimg%2Fdefault_avatar.jpg)
19. 06. 07 @ 21:02
![Qonaq Qonaq](http://www.gravatar.com/avatar/d7bcd9b3ae9d21590082c94e12976785?size=64&default=http%3A%2F%2Fwww.eylence.az%2Fblogs%2Frsc%2Fimg%2Fdefault_avatar.jpg)
20. 06. 07 @ 14:37
![AngeL_Blue AngeL_Blue](http://www.gravatar.com/avatar/4ba5db8050667046399f94f547a2d8bf?size=64&default=http%3A%2F%2Fwww.eylence.az%2Fblogs%2Frsc%2Fimg%2Fdefault_avatar.jpg)
21. 06. 07 @ 09:31
![Qonaq Qonaq](http://www.gravatar.com/avatar/d7bcd9b3ae9d21590082c94e12976785?size=64&default=http%3A%2F%2Fwww.eylence.az%2Fblogs%2Frsc%2Fimg%2Fdefault_avatar.jpg)
21. 06. 07 @ 16:53
![AngeL_Blue AngeL_Blue](http://www.gravatar.com/avatar/4ba5db8050667046399f94f547a2d8bf?size=64&default=http%3A%2F%2Fwww.eylence.az%2Fblogs%2Frsc%2Fimg%2Fdefault_avatar.jpg)
21. 06. 07 @ 17:32