« Sir burcu | Maraqlidir... » |
Royanin yeni dueti
Röya atası ilə duet oxuyacaq

Özü də «Ninnə yarım» mahnısına
Son zamanlar duetlərə meyilli olan Röyanın növbəti «hədəf»i atasıdır. Belə ki, müğənni bu dəfə duet ortağı kimi həmkarlarına deyil, doğma atasına üstünlük verib. Ata-bala yaxın günlərdə məşhur «Ninnə yarım» mahnısını oxumağı planlaşdırırlar. Daha sonra Röya «Şeron qrupu» ilə «De, niyə» mahnısını oxuyacaq. Mahnının sözləri Leyliyə, musiqisi isə qrupun üzvləri İntizar və Ülviyə məxsusdur.
Xatırladaq ki, indəyədək Röya-Elşad Xose, Samir, Tunar Rəhmanoğlu və «Dəyirman»la layihə həyata keçirib. Sonuncu ilə birgə ifa etdiyi «Gəlmədin» mahnısının klip çəkilişləri artıq sona çatıb. Ülviyyə Könülün ekranlaşdırdığı klip hazırda montaj prosesindədir. Bu klipi təhvil verəndən sonra isə Röya hələ heç yerdə səsləndirmədiyi «Fərəh» mahnısını (musiqisi Ramala, sözləri Ülvi Alovluya aiddir) ekranlaşdıracaq.

5 comments

28. 03. 07 @ 12:35

28. 03. 07 @ 18:47
Comment from: etna777 [Visitor]

28. 03. 07 @ 19:37
Comment from: ruzgar meltem [Visitor]

21. 07. 10 @ 16:40