« Bu gülün adı nədir? | Ay işığı... » |
Bir sevda aglayir...
Bir sevda ağlayır...
Gəl dedim, köksümə yaralı düşdü,
Əl açdım, əllərim aralı düşdü,
Ona bu ağ dünya qaralı düşdü,
Bir sevda ağlayır içimdə mənim.
Qədri bilinmədi, ömrü qırıldı,
Həsrət boyun bükdü, hicran yoruldu,
O hər gün incidi, hır gün vuruldu,
Bir sevda ağlayır içimdə mənim.
Min gül solduranlar, min gül dərdilər,
Yüngül çiçəkləri, yüngül dərdilər,
Mən ürək açanda baxıb gördülər,
Bir sevda ağlayır içimdə mənim...
Dünəni bükülü xatirəsinə,
Vurğundur bu günü xatirəsinə,
Qısılıb mürgülü xatirəsinə
Bir sevda ağlayır içimdə mənim...
Bacara bilmədim özüm – özümlə,
Dil tapa bilmədi işim sözümlə,
Mənim fəryadımla, mənim gözümlə
Bir sevda ağlayır içimdə mənim.
Mənəm daş daşıyan o məhəbbətə,
Itmiş qaş – daşıyam o məhəbbətə,
Özüm başdaşıyam o məhəbbətə,
Bir sevda ağlayır içimdə mənim...
Gec oldu qədrini mən biləndə də,
Sevinci yaşayıb, qəm böləndə də,
Üzümə baxmayın, mən güləndə də,
Bir sevda ağlayır içimdə mənim...
Gəl dedim, köksümə yaralı düşdü,
Əl açdım, əllərim aralı düşdü,
Ona bu ağ dünya qaralı düşdü,
Bir sevda ağlayır içimdə mənim.
Qədri bilinmədi, ömrü qırıldı,
Həsrət boyun bükdü, hicran yoruldu,
O hər gün incidi, hır gün vuruldu,
Bir sevda ağlayır içimdə mənim.
Min gül solduranlar, min gül dərdilər,
Yüngül çiçəkləri, yüngül dərdilər,
Mən ürək açanda baxıb gördülər,
Bir sevda ağlayır içimdə mənim...
Dünəni bükülü xatirəsinə,
Vurğundur bu günü xatirəsinə,
Qısılıb mürgülü xatirəsinə
Bir sevda ağlayır içimdə mənim...
Bacara bilmədim özüm – özümlə,
Dil tapa bilmədi işim sözümlə,
Mənim fəryadımla, mənim gözümlə
Bir sevda ağlayır içimdə mənim.
Mənəm daş daşıyan o məhəbbətə,
Itmiş qaş – daşıyam o məhəbbətə,
Özüm başdaşıyam o məhəbbətə,
Bir sevda ağlayır içimdə mənim...
Gec oldu qədrini mən biləndə də,
Sevinci yaşayıb, qəm böləndə də,
Üzümə baxmayın, mən güləndə də,
Bir sevda ağlayır içimdə mənim...
14 comments
Sende sag ol Master, ama niye qusselendin? Senin de icinde aglayan sevda var??? Eee menim sualima bax, eslinde her bir insanin daxilinde AGLAYAN bir sevda var...
18. 04. 07 @ 15:44
Comment from: Ayka [Visitor]
Angelka,teshekkurler,teshekkurler.En cox sevdiyim shair idi rehmetlik.Birde Mastere sual vermisen ve cavabini ozun yazmisan,cox xoshladim cavabini cox.
Angel,bagishla vaxt azligindan comment yaza bilmirdim,amma bloguna bash cekirdim.N.Kesemenliden olsa yene yerleshdirmeni xahish edirem.Ureyimden xeber veren sherleri var:(
19. 04. 07 @ 05:44
Ayka,
Sevindim N. Kesemenlinin sherlerini ve postu beyendiyine. Mende o shairi chox sevirem, bundan sonra daha tez tez yerlseshdirmeye chalishacam sherleri
19. 04. 07 @ 09:53
Comment from: etna777 [Visitor]
Angel baji eladir. Menimde xoshuma gelir N.Kesemenli. Teshekkurler.
19. 04. 07 @ 14:12
Mende nese axir vaxtlar sheirlere qarshi heves yaranib. Duzu men bu sheiri oxumamishdim. Nusret Kesemenli yaradiciligina qarshi menim de boyuk hormetim var. Angel, sheire gore teshekkurler!
20. 04. 07 @ 20:11
Comment from: love_is_good [Visitor]
Men de sheri cox sevirem. Xusuen menali sevgi sherlerini.
Getmek isteyirsen behanesiz get
Oyatma murgulu xatireleri
Sesin hemen sesdir, baxısın ogey
Gedirsen sesin de yad olsun bari (N.Kesemenli)
Basqa gozel sozler de var.
Dehenin qeddi ruhun
Goncheyi servu semeni
Gozel sozlerdi, deyilmi......
23. 04. 07 @ 12:29
Comment from: love_is_good [Visitor]
Kimki canani ucun cani sevir, canani sevir
Kimki cani ucun canani sevir, cani sevir
Sherler heyatin menasidir, tesellisidir.
23. 04. 07 @ 12:34
Comment from: love_is_good [Visitor]
Salam.Men nece ede bilerem ki ozume blog achim ve orada ne ise yerlesdirim.
26. 04. 07 @ 15:13
Mene kodunu bildiyin bir E-mail.Istifadeci adi bir deki istediyin kod yaz. Gozleyirem. Sene blog acaram
26. 04. 07 @ 16:24
Comment from: love_is_good [Visitor]
Gördüm yenə səni mən qəmli halda
Əllərin qoynunda, gözlərin yolda
Kədərin olsa da bir dünya boyda
Yalvarıram, belə qəmli dayanma
Bu kədərin sevindirər düşməni
Düşündürər, dərdə salar həmdəmi
Gəl bölüşək qəlbindəki kədəri
Yalvarıram, belə qəmli dayanma
Kədər sənin düşməninə yaraşır
Sevinc sənin gözlərinə yaraşır
Gülüş sənin ləblərinə yaraşır
Yalvarıram, belə qəmli dayanma
27. 04. 07 @ 10:21
Sen bashqa posta comment yaza bilmirsen? :) Gesheng sherdir, k stati, muellimler otaginin komputerinde oxumushdum bu sheri. Korzinani bishalt da, file silenden sonra :)
27. 04. 07 @ 16:08
Comment from: gozyashlarim [Visitor]
hamisi kederlidir sherlerin,oxuduqca bir heyat kimi insanin gozlerinde canlanir...mende oz sherlerimden bir parcha yaziram..
Mehebbet bir qizilgule benzeyir
Etiri hem tikani var sevgilim,
Etirinden vefalilar qoxusun
Tikani qoy vefasizlara ox olsun !
16. 01. 09 @ 00:31