« Gəzinti vs ad günü | Dualarımız niyə qəbul olmur? » |
Ay işığında gəzinti
Ceni yeni evə köçdükləri üçün çox xoşbəxt idi. Onun bu evdə öz otağı olacaqdı, evin yerləşdiyi məhəllə də lap ürəyincə idi. O burada yeni məktəbə gedəcək, beləliklə yeni dostlar qazanacaqdı. Və həyatı bəlkə də gözlədiyindən daha maraqlı olacaqdı.
Ceninin məktəbə getdiyi ilk gün çox gözəl keçdi, yeni dostlar qazandı, hətta bir nəfərdən xoşlandı da. Evə gələndə onun sevincinin həddi hüdudu yox idi. Valideynlərinə axşam yeni dostları ilə görüşüb - əylənəcəklərini desə də, onların narazı olacaqlarını düşünüb ay işığlnda avtomobillə gəzintiyə çıxmaq planları olduğunu söyləməkdən çəkindi.
Valideynləri tərəddüd etsələr də razılıq verdilər. Gənclərdən birinin evində hazırlanan şənliyə sinifdəki bütün gənc oğlan və qızlar gəlmişdilər. Cenni bütün qonaqlıq boyunca xoşuna gələn oğlanın - Cefin yanından uzaqlaşmadı. Onlar birlikdə yeyib – içdikdən sonra Cef Cennini ay işığında avtomobillə gəzintiyə dəvət etdi. Cenni onun sərxoş vəziyyətdə olduğu üçün getməkdən boyun qaçırsa da sevgilisinin təkidi qarşısında heç nə deyə bilmədi.
Onlar avtomobilə əyləşib sürətlə qonaqlıq yerindən uzaqlaşdılar. Yol boyu Cenni gəzinti barədə valideynlərinə demədiyini düşünərək, vicdan əzabı çəkir, onların üzünə necə baxacağını fikirləşirdi. Uzun uzadı fikirləşdikdən sonra Cenni Cefə qayıtmaq istədiyini söylədi, Ceff hələ gecənin indi başladığını, gəzintinin çox gözəl olacağını söyləyərək onu fikrindən daşındırmaq istəsə də Ceni təkid edərək onu geri dönməyə məcbur etdi.
Sevgilisinin bu hərəkətindən çox əsəbiləşən Cef getdikcə sürəti artırırdı, o Cenninin xahişlərinə və göz yaşlarına məhəl qoymayaraq şəhərə yaxınlaşdıqca daha yüksək sürətlə getməyə başladı. Və heç gözlənilmədən qarşılarına çıxan avtomobil onların sürətini tamamən azaltdı…
Ceni gözlərini açanda onun üzünə qəmgin halda baxan, tanımadığı insanlarla qarşılaşdı. O Cefin nə vəziyyətdə olduğunu soruşanda tibb bacısı, “Təəssüf ki, onu itirdik, bütün cəhdlərimizə baxmayaraq səni də itirmək ehtimalımız böyükdür” – dedi. Ceni digər avtomobildəkilərn də qəza yerində vəfat etdiyini eşidəndə daha da qüssələndi. O çox halsız vəziyyətdə, və zəif səslə tibb bacısına dedi: “Mənim əvəzimdən valideynlərimdən və digər avtomobildəkilərin ailələrindən üzr istəyin. Valideynlərimə onlara yalan dediyim üçün çox peşman olduğumu və hər şeyi onlara söyləmək üçün evə qayıdarkən qəzaya uğradığımı söyləyin” Tibb bacısı etiraz dolu baxışlarla onu süzüb, “Bağışla Ceni ancaq bunu edə bilməyəcəm” dedi və bir neçə saniyə sonra Ceni gözlərini əbədilik yumdu.
Yanında dayanan digər tibb bacısı yoldaşından niyə Cenninin son istəyini yerinə yetirməkdən boyun qaçırdığını soruşanda tibb bacısı dedi: “Çünki digər avtomobildə qəzaya uğrayan iki nəfər Ceninin valideynləri idi…”
9 comments
ichkili surmek chox, CHOX agladici gunlere getirib chixarir.
09. 07. 07 @ 18:43
Haqlisan emi, Allah hamini bele qezalardan hifz etsin
10. 07. 07 @ 11:42
Bunu deye bilerem ki, içib sükan arxasına oturmaq çox tehlükelidir. Hem öz heyatın üçün hem de digerlerinin heyatı üçün
11. 07. 07 @ 09:41
Comment from: etna777 [Visitor]
Dogurdan da cox tesir edici idi.
amma onlarinda qismeti ele ora kimi imish..
Agli olan icib sukan arxasinda oturmaz...Yenede Allah butun sukan arxasinda oturanlarin kimeyi olsun.
13. 07. 07 @ 13:07
Comment from: neutral_nur [Visitor]
Kiz Etna sukan yox e tikan. Yox bir tukan:)))))
13. 07. 07 @ 13:22
Comment from: neutral_nur [Visitor]
Angelim nu davaysa daaa:(((( pilis,pilis....:(((( a baji YENILIK YENILIK YENILIK!!!!! Kiz menim demeye haqqim chatir eeee.Baxmayaraq mende leng terpenmishem.Chunki menden qabaq sizlerin postu var idi:)))))) Bildin?!!!!:))) di davay YENILIK YENILIK YENILIK!!!!!!!!!!!!!!!!!!!!!
17. 07. 07 @ 13:09
Salam. Burda bezileriniz yazirsiz ki, ickili veziyetde sukan arxasinda oturmaq olmaz. Sizin bu sozunuz ile razilashiram ancaq olmazki hech heyatdada icki icmesin hechkim? biyem ickisiz yashamaq olmur? men bu yasha catmisam bezi spirtli ickiler ichmishem ancaq araqdan bashka soz vermishem icende deyilem. Belke icerem ancaq kimse desinki araqdan xeyir tapmisham onda iceremki belke mende tapdim :))) Bu qeder bu menim semimi ve urekden dushunduyum ve yazdighim sozlerdi.
27. 12. 07 @ 09:35