« Ay işığında gəzinti | Angel_Blue nə ilə məşğuldur? » |
Dualarımız niyə qəbul olmur?
Dualarımız niyə qəbul olmur?
İbrahim Ədhəm Həzrətləri Bəsrə bazarında gəzərkən ona: “Ey Əbu İshaq! Allah Qur’anda “Mənə dua edin, dualarınızı qəbul edim” buyurur. Biz də dua edirik, ancaq Allah duamıza cavab vermir”, - deyə sual verirlər. Ibrahim Ədhəm Həzrətləri cavabında deyir: “Çünki 10 şey qəlbinizi öldürmüşdür:
1. Allahı bilirsiniz, ancaq Onun sizin üzərinizdəki haqqını yerinə yetirmirsiniz.
2. Qur’anı oxuyursunuz, ancaq içindəki həqiqətlərdən xəbərsizsiniz.
3. Allah Rəsulunu (s.ə.s) sevdiyinizi iddia edirsiniz, ancaq Onun sünnətinə əməl etmirsiniz.
4. Şeytan düşməninizdir deyirsiniz, sonra da onu sevindirəcək işlər görürsünüz.
5. Cənnəti istədiyinizi, ona olan həsrətinizi ifadə edirsiniz, ancaq ora getməyə çalışmırsınız.
6. Cəhənnəmdən qorxduğunuzu deyirsiniz, ancaq ondan qaçmırsınız.
7. Ölümün haqq olduğunu deyir, ancaq onun üçün hazırlıq görmürsünüz.
8. İnsanların eyiblərini görür, ancaq öz eybinizi unudursunuz.
9. Allahın nemətlərini yeyir, ancaq şükr etmirsiniz.
10. Ölüləri dəfn edir, ancaq dərs almırsınız.
Elə isə dualarınız necə qəbul edilə bilər?”

13 comments
Comment from: jmail [Visitor]

06. 07. 07 @ 03:29
Comment from: etna777 [Visitor]

06. 07. 07 @ 19:27

09. 07. 07 @ 18:38

10. 07. 07 @ 11:38

22. 08. 07 @ 13:32