« История одной любви | Kenan Dogulu "Pamuk" » |
Kenan Dogulu'nun Baki konserti, 11.11.2006
Noyabr ayının 10-14-ü Türkiyənin tanınmış sənətçisi Kenan Doğulu Bakıda idi. 11 noyabrda Heydər Əliyev Əliyev adına Sarayda 20 nəfərlik heyəti ilə birlikdə konsert verən müğənni ən son "Festival" bomumdan seçmə bəstələrini, eləcə də retro mahnıları ifa etdi. Konsertdən öncə "Akademiya" müsabiqəsinə də qonaq olan sənətçi səhhəti iləq əlaqəli Bakını gəzə bilməsə də bazar günü məşhur klubların birində ən yaxın dostları və ansablında çalışan musiqiçilər ilə birlikdə istirahət etdi.
Onu da qeyd edim ki, 5 yaşından bu sənətə bağlanan musiqiçinin istəyinin belə erkən yaranması ona atasından keçib. Hazırda məşhur musiqiçilər sırasında adı hallanan Kənanın atası oğlunu da bu istiqamətdə savadlandıra bilib. Hazırda oxumaqla yanaşı, piano, gitara və fleyta kimi alətlərdə çalmağı bacaran Kənan Doğulu həm də xaricdə təhsil alıb.
Orta musiqi məktəbini bitirdikdən sonra öz istəyi ilə Amerikada peşəkar musiqi dərsləri alıb. Daha sonra o, təhsilini İstanbul Dövlət Universitetinin musiqi bölməsində davam etdirib.
Əksər çıxışlarında özünü müşayiət edən müğənninin adı bu illər ərzində ən çox albom çıxaran sənətçilər sırasında hallanır. Onun ilk albomu 1993-cü ildə "Yaparım, bilirsin" adı ilə işıq üzü görüb. Yüksək tirajlı toplunun işıq sürəti ilə satıldığını görən müğənni növbəti ildə "Sımsıkı" albomu və bunun ardınca 8 müxtəlif adda toplusunu satışa çıxarıb.
Üç ildir şəxsi səsyazma studiyasını açan türkiyəli sənətçi bunu "Dogulu production" adlandırıb. Kənanın ailə üzvlərindən olan qardaşı Ozan Doğulu şirkətdə çalışmaqla yanaşı, bir çox müğənnilərin orkestrinə rəhbərlik edir.
Konsertdən olan foto-şəkillər ilə aşağıda tanış ola bilərsiniz.







Pages: 1· 2
12 comments
Comment from: bakinka_v_NY [Visitor]

16. 11. 06 @ 04:25
Comment from: Mysterious [Visitor]

16. 11. 06 @ 05:25

16. 11. 06 @ 09:44
Comment from: sensitive [Visitor]

16. 11. 06 @ 10:26
Comment from: MUTANTKA [Visitor]

16. 11. 06 @ 14:33
Comment from: Ayka [Visitor]

16. 11. 06 @ 18:14

16. 11. 06 @ 20:09
Comment from: bakinka_v_NY [Visitor]

17. 11. 06 @ 07:36

17. 11. 06 @ 16:39
Comment from: aydinchik [Visitor]

06. 12. 06 @ 17:20