« Elmar Huseynovun qetlinin istintaqı ile bagli muemmalar artir | Elmar Huseynovun adi ebedileshdirilecek » |
Brusselde Ilham Eliyeve Elmar Huseynovun qetli ile bagli sual verilib
Bu gün Brüsseldə prezident İlham Əliyev və Avropa Komissiyasının prezidenti Xoze Manuel Barossonla keçirdiyi birgə mətbuat konfransında Azərbaycanın dövlət başçısına jurnalist Elmar Hüseynovun qətli və istintaqın gedişi ilə bağlı sual verilib.
"Azadlıq" radiosunun məlumatına görə, İ.Əliyev Elmar Hüseynovun qətlinin Azərbaycana böyük zərbə olduğunu deyib: "Bu qətlin təsirini biz bu gün də hiss edirik. İlk dəfədir ki, Azərbaycanda jurnalist qəddarcasına öldürüldü. O, bütün siyasi dairələri tənqid edirdi, lakin buna baxmayaraq, bu hadisə göstərdi ki, Azərbaycanda elə qüvvələr var ki, onlar ölkədə sabitliyin pozulmasına maraqlıdırlar".
İ.Əliyev cinayət işinin istintaqında xarici ekspertlərin də iştirak etdiyini vurğulayıb: "Qətl baş verən kimi biz ciddi istintaqa başlamışıq. Biz Avropadan, ABŞ-dan qatilləri tapmaq üçün kömək istəmişik. Bizim orqanlar qatillər barədə axtarış elan ediblər. Onların kimliyi məlumdur. Lakin bu cinayətkarlar ölkədə olmayanda onların tapılması çox çətindir. Hazırkı mərhələdə biz gərək gözləyək ki, İnterpol qatil olduqları ehtimal edilən adamları tapsın və onlar məsuliyyətə cəlb olunsunlar".
Xatırladaq ki, "Monitor" jurnalının baş redaktoru Elmar Hüseynov 2005-ci il martın 2-də qətlə yetirilib. Adam oğurluqlarında və qətllər törətməkdə təqsirləndirilən Hacı Məmmədov 2006-cı ilin iyul ayında məhkəməyə verdiyi ifadəsində Elmar Hüseynovun keçmiş İqtisadi İnkişaf naziri Fərhad Əliyevin sifarişi ilə onun dəstəsinin üzvləri tərəfindən qətlə yetirildiyini bildirib. Dövlət çevrilişi ittihamı ilə həbsdə saxlanılan sabiq nazir Fərhad Əliyev isə vəkilləri vasitəsi ilə Hacı Məmmədovun dediklərinin yalan olduğun bəyan edib.
![Elmar Huseynov Cenubi Qafqaz Media Konfransinda](http://www.eylence.az/blogs/media/blogs/maybach/2006/11/elmar_huseynov_oktyabr2004.jpg)

8 comments
![MrXXX MrXXX](http://www.gravatar.com/avatar/ad3eeda214c246c4c9bab362a7639a0b?size=64&default=http%3A%2F%2Fwww.eylence.az%2Fblogs%2Frsc%2Fimg%2Fdefault_avatar.jpg)
10. 11. 06 @ 15:44
Comment from: sensitive [Visitor]
![sensitive sensitive](http://www.gravatar.com/avatar/e9cf79c0159b34add22a34b40810eb7d?size=64&default=http%3A%2F%2Fwww.eylence.az%2Fblogs%2Frsc%2Fimg%2Fdefault_avatar.jpg)
10. 11. 06 @ 17:31
![MrXXX MrXXX](http://www.gravatar.com/avatar/ad3eeda214c246c4c9bab362a7639a0b?size=64&default=http%3A%2F%2Fwww.eylence.az%2Fblogs%2Frsc%2Fimg%2Fdefault_avatar.jpg)
10. 11. 06 @ 17:35
Comment from: sensitive [Visitor]
![sensitive sensitive](http://www.gravatar.com/avatar/e9cf79c0159b34add22a34b40810eb7d?size=64&default=http%3A%2F%2Fwww.eylence.az%2Fblogs%2Frsc%2Fimg%2Fdefault_avatar.jpg)
10. 11. 06 @ 17:48
![MrXXX MrXXX](http://www.gravatar.com/avatar/ad3eeda214c246c4c9bab362a7639a0b?size=64&default=http%3A%2F%2Fwww.eylence.az%2Fblogs%2Frsc%2Fimg%2Fdefault_avatar.jpg)
10. 11. 06 @ 18:27
Comment from: MUTANTKA [Visitor]
![MUTANTKA MUTANTKA](http://www.gravatar.com/avatar/2fda8f6b9a176bda4090345012ea22fb?size=64&default=http%3A%2F%2Fwww.eylence.az%2Fblogs%2Frsc%2Fimg%2Fdefault_avatar.jpg)
14. 11. 06 @ 05:27