« Ayıq ürəklər | Bir sevgi hekayəsi... » |
Yol polisinə torba tikmək :)

Rusiyada bir day-day Bugattidə 240 km/saat sürətlə gəlir. Yol polisi maşını saxlatdırır və yaxınlaşır ona:
YP: Başın xarab olub?! Bu nə sürətdi?! Sənədləri görüm!
V: Vermirəm, saxtadı sənədlərim.
YP: Nə?! Düş görüm maşından!
V: Çıxammaram. Cibim narkotika ilə doludu. Birdən yerə tökülər.
YP: Baqajı aç!
V: Məsləhət deyil. 1 həfətədi öldürdüyüm adam qalıb baqajda. İfunət iyi verir.
Yol polisi mərkəzə xəbər verir. Əməliyyat qrupu (ƏQ) gəlir. Əllər maşına, ciblər axtarışda, maşının altı-üstünə çevirirlər.
Nəticə: sənədlər qaydasında, vətəndaş normal, maşında artıq-əskik qanuunsuz heç nə yoxdu.
ƏQ yol polisinə: Nə gicliyirsən bayaqdan? Nə narkotika? Nə meyit?
V: Siz yaxşısı budur ona qulaq asmayın, yoxsa bir azdan deyəcək ki, mən 240 km/saatla gəlirdim.
3 comments
Comment from: Burning_Sun [Visitor]

19. 03. 10 @ 20:19
Comment from: Ayka [Visitor]

23. 03. 10 @ 03:42