« Xocali Soyqirimi ===== FOTO (ureyi zeif olanlar da baxsin, olmayanlar da)Dünyanın ən bahalı vodkası »

Xocali Soyqirimindan 16 il kecir...

  26. 02. 08 00:03, by S_G_S, Categories: Azərbaycan | Азербайджан, Tarix və mədəniyyət | История и культура
BY GERMAN


Xocali rayonu

Erazisi: 922 km
Ehalisi: 11544 nəfər
Inzibati merkezi: Xocalı şəhəri


1978-ci ile qeder Xankendi rayonunun terkibinde Xocali sovetliyi kimi fealiyyet gostermis, sovetliyin terkibinde Xocali, Dereleyez, Qaladeresi kendleri olmusdur.
1978-ci ilden 1990-ci ile kimi Esgeran rayonunun terkibinde olmus, 1991-ci ilden respublika hokumetinin qerari ile Xocali rayon ve sheher statusu almisdir. Xocali inzibati erazisine 1 sheher, 1 qesebe, 23 kend daxil idi.



Ehalisi, meshguliyyeti

Rayonun kend teserrufatinin esasini taxilciliq, uzumculuk, terevezcilik, ariciliq ve heyvandarliq teshkil edirdi. Rayonda tikinti materiallari kombinati, 10 kend ve qesebe, 2495 yashayis evi, 46 senaye ve kend teserrufati obyekleri, 20 tehsil muessisesi, 14 tibb muessisesi, 56 medeniyyet muessisesi, 5 rabite obyekti, 260 km avtomobil yolu, 12 korpu, 10 km demir yol xetti,2 demiryol korpusu, 6 su hovzesi, 98 km su xetti, 216 km elektrik xetti, 5400 hektar meshe massivi movcud idi.


Tarixi ve Medeniyyeti

Xocalinin tarixi cox qedimdir. Bunu bu erazide olan tarixi abideler, kurqanlar,qebristanliqlar, qebirustu abideler, mixi yazilar, subut edir. Xocali erazisinde tapilan antik qiymetli dash-qash, muncuq ve diger eshyalarin tarixi miladdan evvel 807-788-ci illere gedib cixir. Bu erazide ucuncu nov kurqanlar dashdan tokulmushdur. Bu kurqanlarin birinin tedqiqi zamani kurqanalti qebirde insan skeleti ashkar olunmushdur. Buradan ,oxlu gil qablar, tunc qush fiquru, bicaq, uzuk, qizil muncuq hissesi, ustu bezekli qizil lovhe ve eqiqden muncuqlar tapilmishdir. Bu eshyalari tedqiqatcilar ilk demir dovrune aid edirler.
Xocali medeniyyetinin son dovrunde demir alet ve silahlar, nize, bicaq, xencer ve s. meydana gelmishdir. Ehali ekincilik, maldarliq, bagciliq, ovculuq, senetkarliq ve dulusculuqla meshgul olub oturaq heyat terzi kecirmishdir. Qazintilar zamani tapilmish bezi eshyalar bu erazide zergerliyin de genish inkishafina delalet edir.
Bela eshyalarin ilk defe Gedebeyde de tapilmasi bu medeniyyeti Xocali-Gedebey medeniyyeti adlandirmaga esas vermish ve tarixde bu Xocali-Gedebey medeniyyeti adlandirilmishdir.
Xocali-Gedebey medeniyyeti abidelerinden yashayish yerleri, emalatxanalr, qebirler ve ibadetgahlardan ibaretdir. Medeniyyetin yayildigi erzilerde miseritme kureleri, mis-tunc memulatlari hazirlayan emalatxanalar ashkar edilmishdir.
Tedqiqatcilar Azerbaycanin Naxcivan, Gence-Qazax, Mil-Qarabag erazilerinde tapilmish boyali qablarin orta tunc dovrunden bashlayaraq ilk demir dovrunedek dord inkishaf merhelesini kecdiyini qeyd edirler:

I merhele: miladdan evvel XX - XVI,
II merhele: miladdan evvel XVII - XV,
III merhele: miladdan evvel XIV - XI,
IV merhele: miladdan evvel X - VII esrleri ehate edir.

Qazintilar zamani qazan, bardaq, saxsi qablar, cilov, kemer desti, sumukden bezek eshyalari, sernic ve s. ashkar edilmishdir.




T Ə CA V Ü Z

1992-ci il fevralın 26-da Ermənistan və rus hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində genosid aktı həyata keçirdi. Ermənistan hərbi birləşmələrinin şəhərə hücumu zamanı burada yalnız 3 minə yaxın insan qalmışdı. Çünki, mühasirədə qaldığı 4 aydan artıq zaman ərzində blokadada olduğu üçün əhalinin xeyli hissəsi şəhərdən çıxmaq məcburiyyətində qalmışdı. Xocalı soyqırımı zamanı 613 nəfər ödürüldü, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürüldü. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 nəfər valideyinlərindən birini itirdi. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürüldü, onların 150-sinin taleyi indi də məlum deyil.
Bütün bunlar erməni hərbçiləri tərəfindən xüsusi amansızlıqla və ağlasığmaz vəhşiliklə həyata keçirilmişdir. Hücumda həmçinin mayor Oqanyan Seyran Muşeqoviçin (Seyran Oqanyan hazırda Dağlıq Qarabağda ermənilərin qeyri-qanuni rejiminin "müdafiə naziri"dir) komandanlığı altında 366-cı alayın 2-ci batalyonu, Yevgeni Nabokixinin komandası altında 3-cü batalyonun, 1 saylı batalyonun qərargah rəisi Çitçyan Valeriy İsayeviç və alayda xidmət edən 50-dən artıq erməni zabit və praporşik iştirak etmişdir.
Şəhər əhalisinin bir hissəsi zorakılıqdan qaçıb qurtarmaq istəyərkən əvvəlcədən düzəldilmiş pusqularda qətlə yetirilmişdir. Rusiyanın "Memorial" hüquq-müdafiə mərkəzinin məlumatına əsasən, dörd gün ərzində Ağdama Xocalıda qətlə yetirilmiş 200 azərbaycanlının meyiti gətirilmiş, onlarla meyitin təhqirə məruz qalması faktı aşkar edilmişdir. Ağdamda 181 meyit (130 kişi və 51 qadın, o cümlədən 13 uşaq) məhkəmə-tibbi ekspertizasından keçirilmişdir. Ekspertiza zamanı müəyyən edilmişdir ki, 151 nəfərin ölümünə güllə yaraları, 20 nəfərin ölümünə qəlpə yaraları səbəb olmuş, 10 nəfər küt alətlə vurularaq öldürülmüşdür. Hüquq-müdafiə mərkəzi diri adamın baş dərisinin soyulması faktını da qeydə almışdır.
Xocalı soyqırımının epizodları insanı dəhşətə gətirir. Xocalı sakini Əntiqə erməni hərbçilərinin tələb etdiyi "bu yerlər böyük Ermənistanın bir hissəsidir" sözlərini dilinə gətirmədiyinə görə ermənilər tərəfindən diri-diri yandırıldı. Digər Xocalı sakini Səriyyə Talıbova danışırdı ki, "4 mesxeti türkü və 3 azərbaycanlının erməni qəbirinin üzərində başını kəsdilər. Sonra daha 2 azərbaycanlının gözlərini çıxartdılar".
28 mart 1992-ci ildə ermənilər 700 nəfər mülkü Xocalı sakinini Azərbaycan tərəfə təhvil verdilər. Bunlar şəhərdə, yolda, dağ keçidlərində ermənilər tərəfindən tutulan əsirlər idilər.
Şəhərin işğalından sonra bu şəhərin əmlakı ərazinin erməni əhalisi tərəfindən qarət edilirdi. Hətta evlərin salamat qalmış darvazaları üzərində öz soyadlarını yazmağı belə unutmurdular. Xocalının işğalıyla nəticələnən erməni-rus ordu birləşmələrinin hərbi əməliyyatları çox böyük sayda mülkü əhalinin qırğını ilə nəticələndi.



Soyqrım xarici matbuatda

Krua Evenman (Paris)1992-ci ilin mart ayında yazırdı - Ermanilar Xocalıya hücum etdilər. Bütün dünya kəsilmis va doğranmış meyidlərin şahidi oldular. Azərbaycanlıların dediyinə ğörə ölənlar minlərlə idi.

Sandi Tayms qəzeti (London) 1 mart 1992-ci il – Erməni əsgərləri yüzlərlə ailəni ğüllələdilər.

Faynenşl Tayms qazeti ( London ) 9 mart 1992-ci il – Ermənilər Ağdam istiqamətinə hərəkət edən qaçqınları güllələdilər. Azərbaycanlıların bildirdiyinə ğörə 1200 nəfər öldürülmüşdü. Bir kinooperator deyirdi ki varlı erməni daşnaklar Livandan Qarabağ ermənilərinə silah və döyüşçülər göndərirdilər.

Tayms qazeti (London) 4 mart 1992-ci il – öldürülənlər çox idi, ancaq bir qızın başı kəsilmişdi.

Le Mond qazeti (Paris) 14 mart 1992-ci il - Xarici jurnalistlər Ağdamda Xocalıda öldürülən qadın va uşaqların arasında başları və bədənləri kəsilmiş meyidlərin olduğunu deyirdilər, bu azərbaycanlıların təbliğatı deyildi. Həqiqət idi.

İzvestiya qazeti (Moskva) 13 mart 1992-ci il - Mayor Leonid Kraves:- Mən bir çalada yüzdan çox insan meyidi ğördüm. Bir oğlan uşağının başı kəsilmişdi. Ətrafda çoxlu qadın, uşaq və qocaların meyidləri ilə dolu idi . Onlar xüsusi qəddarlıqla öldürülmüşdü.







U N U T M A M A L I Y I Q

Ermənistan-rus hərbi birləşməlrinin Azərbaycan Respublikasına təcavüzü nəticəsində 10 rayonun inzibati ərazisi, 20% torpaqları ,700 yaşayış məntəqəsi işğal edildi. 24 min nəfər azərbaycanlı öldürüldü, 4 min nəfər əsir götürüldü.
Əsirlərin çox hissəsini uşaqlar, qocalar va qadınlar təşkil edirdi. İtkinlərin sayı 4965 nəfərdir. İndiyə qədər əsirlərdən 1325 nəfər azad edilmişdir, onlardan 312-si qadın 125-i uşaq idi .
1994-cü ildə Ermənistanda azərbaycanlı əsirlarin saxlandığı 6 lagerin olduğu aşkar edildi.
Vardenis uşaq lagerində 250 nəfər,
Razdan uşaq lagerində 180 nəfər,
Xankəndi uşaq lagerində 180 nəfər,
Qeçaşen qadın lagerində 320 nəfər,
Cermuk qadın lagerində 250 nəfər,
Kəlbəcər qadın lagerində 150 nəfər hemvetenlimiz esir saxlanilib


Ermənistan-rus ordu birləşmələri Azarbaycanın 20 % torpağını işğal etdi.

1991-ci ilin noyabr -dekabr aylarında Xocəvənd rayonu işğal edildi (əhalisi 9874 nəfər)
26 fevral 1992-ci il Xocalı rayonu (əhalisi 11356 nəfər)
8 may 1992-ci il Şuşa rayonu (əhalisi 23156 nəfər)
18 may 1992-ci il Laçın rayonu (əhalisi 60698 nəfər)
23 iyul 1993-cü il Ağdam rayonu (əhalisi 158000 nəfər)
18 avqust 1993-cü il Cəbrayıl rayonu (əhalisi 57125 nəfər)
23 avqust 1993-cü il Füzuli rayonu (əhalisi 98600 nəfər)
31 avqust 1993-cü il Qubadlı rayonu (əhalisi 30678 nəfər)
25 oktyabr 1993-cü il Zəngilan rayonu (əhalisi 34924 nəfər)

Ermənilar 10 rayonun 870 yaşayış məntəqəsini dağıtdılar. 43666 inzibati idarə binasını məhv etdilər, o cümlədan 1145 məktəbəqədər uşaq müəsisəsi, 1831 mədəniyyət mərkəzi və mədəniyyət evi.
695 ümumtəhsil məktəbi, 700 tibb müəsisəsi, 7 min sənaye və kənd təsərrüfatı müəsisəsi, 9 milyon kvadrat metr yaşayış sahəsi, 690 tarix və mədəniyyət abidəsi işğal edilmişdir.
808 mədəniyyət mərkəzi, 85 musiqi məktəbi, 4 bədii qalareya, 6 mədəniyyət və istirahət parkı , 4 teatr , 2 konsert binası erməni işğalı altında qalmışdır.

16 comments

Comment from: Vugar ibadov [Visitor]
Vugar ibadovYuxarıdakı şəkilin müəllifinin adını yazsaydınız dünyamı daglıardı?!
18. 01. 12 @ 09:23
Comment from: lanselot [Member]  
LanseloTMen bu gunler,,,ozume gele bilmirem!!!...SEBR KASAMIZ DOLUBDUR ARTIQ.... ERMENI vampir kimi qanimizi icecek, Sonra bir Ateshkesle agrimizi kesecek, Ruzgari ekenler,Firtina mi bicecek, Ozan Arif deyir ki,YAYDAN CIXDI OX ARTIQ... YA QARABAG YA OLUM BASHQA YOL YOX ARTIQ, YA QARABAG YA OLUM BASHQA YOL YOX ARTIQ!
27. 02. 08 @ 17:58
Comment from: cafar [Visitor]
cafarxocali
26. 02. 08 @ 22:53
Comment from: ulinka [Visitor]
ulinkaAllah olenlere rehmet qalanlara sebr versin. Sadece demek isterdim ki, eger gelecekde ermenilerle bariwiq olarsa (Allah uzaq etsin ve o gunu bize gostermesin) yene de ermenilerin, o murdar milletin Azerbaycan torpaqinda gozel vezifelere kechmesini istemezdim ve bezi "qeyretli ogullar" da onlarin qiz ve qadinlari ile evlenmesini istemezdim. Qisacasi Tarixin tekrarlanmasini hech istemezdim. Allah bizim aglimizi hech vaxt almasin, ermenilerin ise kokunu kessin Amin.
26. 02. 08 @ 13:28
Comment from: AYAN [Visitor]
AYANAllah rehmet elesin!!! Qebirleri nurla dolu olsun!!!
26. 02. 08 @ 13:17
Comment from: unnamed [Visitor]
unnamedAllah qeni qeni rehmet elesin ! Bunu her bir Azeribaycanli Unutmamalidi !
26. 02. 08 @ 12:00
Comment from: german [Member]  
german
Her birinize yazdiginiz commentlere gore teshekkur edirem...! ...Bu Yara Sagalan Deyil...
26. 02. 08 @ 11:32
Comment from: Aydashka [Visitor]
AydashkaAllah sehidlerimizi rehmet elesin ,bize de sebr vermesin.Sebr vere -vere bu menfurlardan qisas almagda gec qaliriq.
26. 02. 08 @ 10:45
Comment from: bellina [Visitor]
bellinaAllah butun shehidlerimize rehmet elesin!!!!Nur icinde yatsinlar!!!Allah ermenilere de lenet elesin!!!!
26. 02. 08 @ 10:27
Comment from: Elshan [Visitor]
ElshanQisas vaxtidir, qisas
26. 02. 08 @ 10:10
Comment from: Syama [Visitor]
Syamaallah butun olenlere rehmet elesin! bashimiz sag olsun, veten sag olsun! allah goyden gorur nahag gan yerde galmayacag...ermeni adlandirilan hesharatlarin ich uzunu butun dunya bilecekdir gec ya tez..zaman butun yaralari sagaldir deyirler amma men bilmirem Xocali kimi dehshetli yara sagalarmi.. German minnetdaram bele melumati yerleshdirdiyin uchun..
26. 02. 08 @ 10:08
Comment from: Sabina [Visitor]
SabinaAllah bütün ölenlere Remhet elesin, qalanlarımıza ise sebr versin.German qaqaş bu bilgilere ehtiyac var olub hemişede olacaq, bunu temin ettin Allah sennende razı olsun.. Ay millet QAN YADDAŞIMIZI unutmayaq, ermeniler bütün türk dünyasının ezeli ve ebedi düşmenidi Allah onların cezalarını versin, anaların, bacıların ahı yerde qalmaz inşallah.Az yaşlıların,yeniki bu facieni görmeyenlerin yaddaşına ermenilerin nece bir "millet" olduğunu hekk etdirmekde biz genclerin işidi hamınıza bu yolda uğurlar...
26. 02. 08 @ 10:00
Comment from: Nelli_kemble [Visitor]
Nelli_kembleAllah butun ölenlere rehmet elesin. Qebrleri nurla dolsun.Heqiqeten Xocali soyqiriminin shekillerine baxanda adamin ereyi paralanir. Hec ne unudulmur.... Eksine gün kecdikce nifretimiz bire besh artir ermenilere
26. 02. 08 @ 09:45
Comment from: Ayka [Visitor]
AykaAllah rehmet elesin butun shehidlere,gebirleri nurla dolsun!
26. 02. 08 @ 05:33
Comment from: master_ier [Member]
MASTER_İERAllah sebr versin.
26. 02. 08 @ 02:21
Comment from: Seva [Visitor]
SevaAllah butun shehidlere rehmet elesin.nur icinde yatsinlar.ailelerine ise sebr versin.
26. 02. 08 @ 00:35

Leave a comment


Your email address will not be revealed on this site.
  
(For my next comment on this site)
(Allow users to contact me through a message form -- Your email will not be revealed!)
April 2024
Mon Tue Wed Thu Fri Sat Sun
 << <   > >>
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30          

Search

Categories

  XML Feeds

free blog tool

©2024 by EylencE.AZ

Contact | Help | Blog theme by Asevo | blog software | web hosting