« Suyun Altinda CinayetTurkməncə ay adları »

FAYDALI MƏSLƏHƏTLƏR - Ağız Quruluğunun Zərərləri...

  31. 10. 07 00:13, by pure_love, Categories: Digərləri | Разное, Məqalələr | Статьи, Maraqlı faktlar | Интересные факты
by Pure Lve



Stomatologiyada "xerostomia" adı verilən ağız quruluğu müalicə edilmədikdə ciddi problemlərə yol açır: dişlərin çürüməsi, diş ətinin iltihablaşması, qidalanma pozğunluğu və s.
Ağız quruluğu əsasən tüpürcək vəzilərinin funksiyasını itirməsi, diş üzərində qida və bakteriyaların yığılması ilə meydana gəlir, boğaz ağrısı, dildə yanma, həddən artıq susama, ağız qoxusu, dadbilmə pozğunluğu, dodaqda və dodağın kənarlarında çatların əmələ gəlməsi ilə özünü göstərir.
Ona görə də ağız quruluğu ciddi nəzarətə alınmalı və mütləq diş həkiminə müraciət edilməlidir.

Ağız quruluğunun səbəbləri:

- Bioloji yaş (bu, təsirli faktor olsa da, təkbaşına təsirli deyil);

- İmmunitet sisteminin pozulması (QİÇS);

- Hormonal pozğunluqlar (şəkər xəstəlikləri);

- Narkoloji pozğunluqlar (parkinson);

- Çeynəmə qabiliyyətinin azalması;

- Tüpürcək vəzilərinin cərrahi yolla çıxarılması;

- Kafein və alkoqollu içkilərdən istifadə;

- Revmatizm.

Ağız quruluğunu necə nəzarətə almaq olar?

- Tez-tez, udum-udum su içməli. Gecə yatarkən yanında içmək üçün su qoymalı;

- Şəkərsiz saqqız çeynəməməli;

- Yaşadığınız məkanın rütubətliliyinə diqqət yetirməli;

- Flüoritli diş məcunundan və C vitaminindən istifadə olunmalı.

2 comments

Comment from: AYAN [Visitor]
AYANMaraqli melumatdir, merci
31. 10. 07 @ 02:31
Comment from: amitaf [Visitor]
amitafela melumat idi.chox sag olun..
31. 10. 07 @ 00:48

Leave a comment


Your email address will not be revealed on this site.
  
(For my next comment on this site)
(Allow users to contact me through a message form -- Your email will not be revealed!)
May 2024
Mon Tue Wed Thu Fri Sat Sun
 << <   > >>
    1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31    

Search

Categories

  XML Feeds

blogtool

©2024 by EylencE.AZ

Contact | Help | Blog template by Asevo | blog engine | cheap hosting