« BƏY QUŞLARI... »

SGS News Xəbər Verir...

  09. 02. 07 04:14, by S_G_S, Categories: Məqalələr | Статьи
By GERMAN


Bu günlərdə İsveçin Malmö şəhərindəki «Zenit» gənclər evində Pyer Katazyan adlı erməni jurnalisti «Soyqırımın təkzib edilməsi» adlı mövzu ilə çıxış edərək bir qrup isveçli gəncdə qondarma «erməni soyqırımı» ilə bağlı fikir formalaşdırmağa cəhd göstərmişdir.

Bu günlərdə İsveçin Malmö şəhərindəki «Zenit» gənclər evində Pyer Katazyan adlı erməni jurnalisti «Soyqırımın təkzib edilməsi» adlı mövzu ilə çıxış edərək bir qrup isveçli gəncdə qondarma «erməni soyqırımı» ilə bağlı fikir formalaşdırmağa cəhd göstərmişdir.

Anası isveçli, atası isə Suriya ermənisi olan bu 30 yaşlı jurnalist böyük canfəşanlıqla danışdığı yalan və böhtanlardan sonra «erməni soyqırımı»na həsr olunmuş film nümayiş etdirməyi də planlaşdırıbmış. Zalda iştirak edənlərin əksəriyyətinin isveçli gənclər olduğunu görən P.Katazyan həqiqətə uyğun olmayan, saxta məlumatlarla «erməni soyqırımı»ndan xəbərsiz olan bu şəxslər arasında özünə həmfikir toplamağa çalışsa da məqsədinə nail ola bilməmişdir. Belə ki, erməni jurnalistin xəbəri olmadan tədbirə qatılmış soydaşlarımızın Malmödə fəaliyyət göstərən «Xəzər» diaspor təşkilatının nümayəndələri P.Katazyanı və onun əsassız iddialarını ifşa etmişlər.

Tədbirdə çıxış üçün söz alan «Xəzər» təşkilatının sədri Leyla Kiani və İsveç vətəndaşı olan türk diasporunun üzvləri erməni jurnalistin irəli sürdüyü «faktları» tarixi sənədlər və arqumentlərlə təkzib etmişlər. P.Katazyan düşdüyü biabırçı vəziyyətdən çıxmaq üçün yenidən çıxış etməyə və qondarma soyqırımı ilə bağlı filmini nümayiş etdirməyə çalışsa da tədbirdə iştirak edən isveçli gənclər onu fitə basaraq zalı tərk etmişlər. «Zenit» zalının rəhbərliyi isə erməni jurnalistə təqdim etdiyi filmin nümayiş etdirilməyəcəyini bildirmişdir. Tədbirdən sonra soydaşlarımızla görüşən zalın rəhbərliyi həmyerlilərimizə erməni jurnalistin böhtanlarına cavab olaraq, həqiqəti əks etdirən mühazirələr və filmlər hazırlayaraq «Zenit»də tədbir keçirməyi təklif etmişdir.

5 comments

Comment from: Sabishka [Visitor]
Sabishkaela..
10. 02. 07 @ 23:31
Comment from: janulka [Member]
Nəəəəəə göööözəəəəəl xəbəəəəər :D Halaaaaaaldııııııı....S_G_S, Allahtəala səni şad xəbər etsin!!! Daima bizi belə xəbərlərlə sevindir haaaa :P
09. 02. 07 @ 16:18
Comment from: Trepsixore [Visitor]
TrepsixoreAma ne eceb olub :)))))) ureyime yag kimi yaxildi xeber Helal olsun!
09. 02. 07 @ 12:15
Comment from: nice [Visitor]
niceHaqq, edalet gec-tez oa yerin tapir. Ar olsun ermenilere:((((((((((((((((((
09. 02. 07 @ 12:01
Comment from: Murano [Visitor]
MuranoAdamin icinde qalmaq chox pis weydi.
09. 02. 07 @ 05:55

Leave a comment


Your email address will not be revealed on this site.
  
(For my next comment on this site)
(Allow users to contact me through a message form -- Your email will not be revealed!)
May 2024
Mon Tue Wed Thu Fri Sat Sun
 << <   > >>
    1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31    

Search

Categories

  XML Feeds

multiblog engine

©2024 by EylencE.AZ

Contact | Help | Blog theme by Asevo | free blog software | hosting