« Gözleriniz dincelsin...Günün ULDUZLU sualı 15.03.2007-16/03.2007 CAVAB!!! »

TEBABET: CÜCÜLƏR ŞƏFA VERİR

  17. 03. 07 03:15, by MASTER_İER, Categories: Məqalələr | Статьи
by MASTER_İER feat.NM


Xalq təbiblərinin müxtəlif xəstəliklərin müalicəsində istifadə etdikləri vasitələrdən biri də cücülər və həşəratlardır. Hələ eramızdan bir neçə əsr əvvəl bu müalicə üsulu türkəçarəçilərə məlum idi. Er. əvvəl, Çində, İspaniyada, Kiçik Asiyanın bir çox yerlərində cücülərlə müalicə üsulları daha geniş yayılmışdır. Təkcə bu faktı göstərmək kifayətdir ki, er. əvvəl II—I əsrlərdə Çində müalicə məqsədi ilə 20-dən çox cücüdən istifadə edilmişdir. Zaman keçdikçə cücülərlə müalicə unudulmuşdur, bəzi müalicə üsulları isə yazılı ədəbiyyatda öz əksini tapdığına görə bizim günlərə qədər gəlib çatmışdır. Onlardan bəziləri ilə sizi tanış edirik:
Bu sahədə qarışqalarla müalicə əsas yerlərdən birini tutur. Məsələn: qədim türkəçarəçilər butulkaya yarıya qədər qarışqa yığırlarmış və dolana qədər spirt əlavə edib bir neçə gün isti yerdə saxlayırlarmış. Bu cövhərdən gündə 2 dəfə (səhər və axşam) bir çay qaşığı xəstəyə verirlərmiş. Bu cövhər köhnə revmatizm ağrılarını belə sağaldırmış.



Rusiyada türkəçarəçilər qarışqa ilə butulkanı doldurub, ağzını bağlayıb buxara verirlər, alınan kütləni ayaq ağrılarına sürtməklə sağalmağa nail olmuşlar.


Xeyli qarışqa kütləsini vedrəyə yığıb üstünə qaynar su tökürlər. Vedrədəki kütləni qarışdırırlar, revmatizmin zədələdiyi nahiyəni vedrədən çıxan bu-xara verirlər. Xəstəni və vedrəni odeyala bürümək la-zımdır ki, buxar həm çıxmasın, həm də xəstə yerdə dövr eləsin.
Qarışqadan alınan zəhər bütün cücülərə öldürücü təsir göstərir. Ondan vəbanın, səpkili yatalağın vərəmin sağaldılmasında istifadə edir və yaxşı nəticə alırlar. Qarışqa zəhəri həmin xəstəlikləri törədən mikrobları məhv edir.



Əgər saçınızın gec ağarmasını istəyirsinizsə qarışqanın yumurtasını yığıb bir qaba töküb döyün məlhəm hazırlayıb, onu tüklərin dibinə sürtün, 2-3 saat gözləyin və sonra başınızı yuyub qurulayın. Bir həftə ərzində 4—5 dəfə belə etsəniz, istəyinizə nail olarsınız.


Rus təbabətçiləri soxulcan qurdundan istifadə edərək revmatizmi müalicə edirlər. Yeri qazaraq qırmızı soxulcanı çıxarır, bankanın yarısına qədər üstünə çıxana qədər araq tökürlər. Bankanın ağzını qalın kağızla örtüb iplə bağlayırlar. Bir neçə gün günəş vuran yerdə saxlayırlar. Bu qarışıq ilə revmatizmin zədələdiyi nahiyələri sürtürlər. Bunu gündə bir dəfə, əsasən, axşamlar edirlər.


Keçmişdə və indinin özündo də müalicə vasitəsi kimi donuz bitlərindən istifadə edirlər. 200 qr. donuz bitini portveynlə qarışdırırlar. Bir neçə gündən sonra tənzifdən süzüb yerdə qalan kütləni ağır bir şeyin altında sıxıb presləyirlər, içinə 3,73 qr. Xörək duzu və bir az kəhrəba duzu, 7,46 qr. zəfəran əlavə edirlər. 3—4 gündən sonra süzürlər. Bundan gündə 2-dəfə 60—70 qr. qəbul edirlər. Bu sarılığın müalicəsində, habelə vodyankada ( bədənə su yığılması) yaxşı təsirə malik dərmanlardan biri hesab olunur.

10 comments

Comment from: MUTANTKA [Visitor]
MUTANTKAAy ba6iniza donum indi men bu qeder sa4imi u4un qari6qa yumurtasi melhemiden hazirlamag u4un 20-30 il qari6qa yuvalarinda e6elenmeliyem?
18. 03. 07 @ 03:43
Comment from: Namelum_mikrob [Visitor]
Namelum_mikrobSenishcan orda qesheh maskalar vareee isteyirsen :-)))
17. 03. 07 @ 21:19
Comment from: Namelum_mikrob [Visitor]
Namelum_mikrobMys men taparam ele sheyleri mikrob deyilem??? booooy? qiz ele bil meni dunen taniyib :-))))) Senish verilen hediyyeler geri alinmazeee balasi. :-((( hem men ne dedim axi? hec sene qarishqa yumurtasindan qayganaq bishirmekden danishmadimki :-))) loool
17. 03. 07 @ 21:16
Comment from: Mysterious [Visitor]
MysteriousNamka bacin saa qurvan olsun ele ureyimiz qalmadi eee:)) Sensi, baci buyur yaxshi meslehetler var istesen sayti deyerem:)...vallah Namkanin sozu hech onlari oxumamishdim, lazim olanlara baxmishdim...sayti veren kimi iki dashin arasinda nece tapdi onlari ureyim qalmadi day:))
17. 03. 07 @ 19:55
Comment from: sensitive [Visitor]
sensitivenamka, besdir de, birteher oldum ki burda :)) hele bir achiqlama da verir, qirmizi, ag, qara, bardovu, noluf ay balam ;) Eee bu adamlar qedimde nece yeyibler bu bit-bireni? Mysi, sene de chox sag ol, tebabeti verdiyin uchun :) amma chox xahish edirem al onu Namkanin elinden yoxsa men burda o dunyaliq olacagam :))
17. 03. 07 @ 15:52
Comment from: Namelum_mikrob [Visitor]
Namelum_mikrobSenish ay senish ancaq qirmizi soxulcan lazimdir haaaaa ag , qara, bardovu olmaz. :-))) yada aglari duzursen guneshin altinda zaqar alirlar olur qipqirmizi. :-))) vodka yuyub aparib ruslarin olan qalan beynini. Amma eshitdiyime gore bit sariliq xesteliyine yaxshidi. diri diri udursan sagalir adam. Mene meslehet gorulmushdu amma prob etmedim :-))) bit tapa bilmedim.
17. 03. 07 @ 15:45
Comment from: Namelum_mikrob [Visitor]
Namelum_mikrobSensitive tessekur tekce mene deyil Mysede dushur. o Tebabeti verdi mene, mende ordan bunu tapdim. Hec ozunun xeberi yox idi :-)))) Master fitin yanina birde fit yaz Mysyde qosh ora. :-DD
17. 03. 07 @ 15:41
Comment from: sensitive [Visitor]
sensitiveMaster ve NM tehekkurler :) Yeke heyvanlardan qorxmuram amma bu cucu-muculerden iyrenirem :) soxulcan adi gelende haldan-hala dushurem :)
17. 03. 07 @ 14:12
Comment from: Mysterious [Visitor]
MysteriousNamka lol
17. 03. 07 @ 07:15
Comment from: Namelum_mikrob [Visitor]
Namelum_mikrobsabah gedirem donuzlari bitdemeye:-))) Donuz biti isteyen varsa kg- 250$ :-DDDD rusyadan bir qurudulmush tarakan gonderen olsaydi yaxshi olardi :-)))
17. 03. 07 @ 05:34

Leave a comment


Your email address will not be revealed on this site.
  
(For my next comment on this site)
(Allow users to contact me through a message form -- Your email will not be revealed!)
May 2024
Mon Tue Wed Thu Fri Sat Sun
 << <   > >>
    1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31    

Search

Categories

  XML Feeds

powered by b2evolution

©2024 by EylencE.AZ

Contact | Help | b2evo skins by Asevo | multi-blog | web hosting reviews