« Yasamal rayonundan görüntülər =)Roya »

Xan Sarayı (Şəki)

  03. 01. 07 14:47, by Murad, Categories: Digərləri | Разное, Şəkillər | Фотография
XVlll əsrdə tikilən xan sarayları icərisində ən qiymətlisi Şəki xanlarının şəkidəki sarayıdır. Binanın hər iki mərtəbəsi eyni quruluşdadır.Mərkəzdə böyük salon və salonun hər iki tərəfindəki dəhlizlərə bitişən yan otaqlar vardır .Binanın plan quruluşu yəni hər mərtəbədə 3 otağın olması cənub hissədə aydın əks olunur.Mərtəbələr daxildən pilləkənlərlə əlaqələndirilib. Salonların şimal hissəsində iki kiçik otaq arasında xanişin adlanan yerləşkələr var. Tavanı güzgülənmiş alt xanişində fəvvarəli mərmər hovuz tikilmişdir.

Tavanda 5mindən artıq rəsmli həndəsəli fiqurlardan hazırlanmış bədii tərtibatdan ibarətdir.Şəki xan sarayının ümumi memarlıq quruluşu ilə yanaşı əsas cəhətlərdən biridə odurki bu binada müftəlif sənəd nümunələri toplanıb. Suvaq üzərində rəngli naxış, şəbəkələri təşkil edən ağac oyma, salon və otaqlardakı rəsm təsvirləri qiymətli rəsm əsərləridir. Burada həmdə rəngli şüşə parçalardan bərkidilmiş həndəsi naxışlı pəncərə şəbəkələri diqqəti cəlb edir. Şəki xan sarayı
çox böyük şöhrət qazanmış divar rəsmləri XVlll əsrdə yaranmışsada sonralar dəfələrlə tə'mir edilmişdir. Sarayın içərisindəki təsvirlər nəbati,ornament,konpazisiyalarından, ov və müharibə səhnələrindən ibarətdir. Bu təsvirlərin işlənməsində rəssamlar əsas etibarı ilə göy, qırmızı, qızılı və sarı rənglərə üstünlük veriblər. Şəki xan sarayının divar təsvirlərində işlənən bir neçə nəqqaş və ustanın adı binanın daxilində müxtəlif yerlərdə yazılmışdır.Həmin sənətkarlar XlX əsrin sonunda binada işləməsi kitabələrdən məlumdur. XVlll əsrdə ilk təsvirləri işləyən nəqqaşın bunların içində yoxdur. Binada başqa ikinci mərtəbənin tavanındakı təsvirda ustad Abbasqulunun adı yazılmışdır. Ancaq Abbasqulunun bu təsvirləri nə vaxt işləməsi haqqında əlimizdə heç bir məlumat yoxdur. ikinci mərtəbənin salonundakı təsvirləri XlX əsrin axırlarında tə'mir edən və bə'zilərini yenidən işləyən boyaqçının qarabağlı usta Qəmbər olduğu salonun divarlarında yazılmışdır. XlX əsrin axırlarında xan sarayının birinci mərtəbəsindəki salonun təsvirlərini tə'mir edən Şamaxılı ustad Mirzə Cəfərin adı həmin salonun giriş qapısının yuxarısında yazılmışdır.Şəki xan sarayı 1955-1956-cı illərdə memar H.Q Rzayevin lahiyəsi və başçılığı ilə burada geniş bərpa işləri aparılmış və abidə ilkin halına salınmışdır.

1
wWw.EyLeNcE.Az

2
wWw.EyLeNcE.Az

3
wWw.EyLeNcE.Az

4
wWw.EyLeNcE.Az

5
wWw.EyLeNcE.Az

6
wWw.EyLeNcE.Az

7
wWw.EyLeNcE.Az

8
wWw.EyLeNcE.Az

9
wWw.EyLeNcE.Az

10
wWw.EyLeNcE.Az

11
wWw.EyLeNcE.Az

13 comments

Comment from: konul [Visitor]
konulsekiliyem her yeri men bilmeliyem
27. 07. 12 @ 18:08
Comment from: HAJİ DAYİ [Visitor]  
HAJİ DAYİBİLORSUZDA SHEKİDE HA HİNDİ QUSHALR TEK QANADLA UCUR, EHTİYATLİ OLUN
23. 07. 12 @ 10:02
Comment from: shekili qaqash [Visitor]
shekili qaqashdostlar mən şəki mahnisini axtarıram amma tapa bilmirəm imkan varsa onu hardan tapmaq olar deyərdiz
09. 12. 11 @ 13:20
Comment from: bakinka_v_NY [Visitor]
bakinka_v_NYPRIKOL,chorey haqqi ceyif cormushox oralari.Hindi sen ureyli ol,bi qazan cirs pishir hammini da qonax chaqir celax corax chim chimi beziycaxdi)))))
07. 01. 07 @ 10:21
Comment from: PRIKOL [Visitor]
PRIKOLEre,sizin janozu yiyim,agzozu yiyim.Habi Sechi xan sarayina jetmesen,jozunnen jormesen bosh sheydir.Osobenno shechilinen sohbet zamani bilmiyib birden onlari prikola tutarsan(yeni mezelenersen).Peshman olarsan.Ozo heyle beziyjaxlarchi vay hala.
06. 01. 07 @ 08:48
Comment from: Mysterious [Visitor]
MysteriousAyka,baci utandim eee lool...inshAllah, Allah qoysa gorusherik:)
05. 01. 07 @ 17:49
Comment from: Ayka [Visitor]
AykaGNAG,LOL Cox sag ol :)
04. 01. 07 @ 20:20
Comment from: GNAG [Visitor]
GNAGAyka, yaxshi oxuyursan. Millet, oz aramizdi sesi var aaa!!
04. 01. 07 @ 20:18
Comment from: Ayka [Visitor]
AykaAy Allah,cox gozel yerdi.Gismet olsaydi cox isteyerdim gedim,gorum:) Mysi,gel duet oxuyag:) Ey daglarin sekisinde,Daglar geder gedim Sheki, Dostlarina gelbi acig,Dushmenine genim Sheki. Sheki,Sheki-igidler oylagi, Sheki,Sheki-omrumun novragi:)
04. 01. 07 @ 19:27
Comment from: Mysterious [Visitor]
Mysteriousdeirem bidene de men oxuyum :))) Sheki Sheki igidler oylagi, Sheki Sheki omrumun dovrani( deyesen bele idi lol)
04. 01. 07 @ 05:11
Comment from: bakinka_v_NY [Visitor]
bakinka_v_NYMen choxdan-choxdan orada olmusham.Chox gyozeldir.Icherisi de hedsiz qeshengdir.Deyilenlere gore o binanin tikilmesinde 1 dene de olsa mixdan istifade olunmayib.Ekser ishler shebeke usulu ile yerine yetirilib...Inanin ki gedib baxmaqa,gezmeye deyer.Ekskursovodun shirin sheki lehcesinde vereceyi izahatdan lezzet alacaqsiniz....
04. 01. 07 @ 03:57
Comment from: witch [Member]  
Witchwow...
04. 01. 07 @ 01:53
Comment from: fd [Visitor]
fdbeh beh..
03. 01. 07 @ 20:19

Leave a comment


Your email address will not be revealed on this site.
  
(For my next comment on this site)
(Allow users to contact me through a message form -- Your email will not be revealed!)
May 2024
Mon Tue Wed Thu Fri Sat Sun
 << <   > >>
    1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31    

Search

Categories

  XML Feeds

blogtool

©2024 by EylencE.AZ

Contact | Help | Blog template by Asevo | blog engine | cheap hosting