« Фотоприколы =)) (3-яя часть)Əsnəyən "Gözəllər"... :-) »

Sevgi nədir...

  20. 02. 07 21:56, by Murad, Categories: Məqalələr | Статьи
Nə üçün sevgi? Nədir bu sevgi deyilən bir şey, əllə tutulan, gözlə görülən bir şey deyilsə, nədir bu açılan gözəlliklər?
Nədir sevgi...? Sevgi həyatın bizə hazırladığı ən gözəl sürprizdir, elə buna görə də onun insan qəlbini nə zaman ələ keçirdiyi bəlli deyildir.Daha nə olacağını belə anlamadan onun hökmdarlığı altına giririk. Onu anlatmaq üçün sonsuz cümlələr qurmağa da gərək yoxdur.
"AŞİQ OLDUM" dediyiniz an axan sular durur, bir körpə uşaq belə sizi anlaya bilir. Onu hamı anlayır. Çünki sevginin dili təkdir.
Sevgi həyata qarşı işlənən ən gözəl və ən doğru günahdır. Ondan qorxub qaçmaq heç kəsə yaraşmaz.Və əlbətdə yaşanılan sevgini, günahlandırmaq, qaralamaq, inkar etmək də sevgiyə yaraşmaz. Bu öncə haqsızlıq, özünüzə qarşı hörmətsizlik olar.
İnsan sona qədər sevgini unutmamalıdır, qarşılıq görməsə də, acı çəkəcəyini bilsə də, "SƏNİ SEVİRƏM" kəlməsini deməyi bacarmalıdır, köksünü gərə-gərə.Bax, sevgi o zaman sevgi olur.
Sevginin zamanı yoxdur. O həmişə insanı hazırlıqsız yaxalayır. Evli olmağınız, sevgilinizin olması, bir ayrılığın təzə yaralarını qurutmağa çalışmağınız, ailədən çəkinməyiniz, hətta, sevilənin həbsə girməsi onun heç, heç vecinə belə deyildir.Sevgi bunların hamısının öhtəsindən təkbaşına gələbilməkdir, ürəkli, cəsarətli ola bilməkdir , bəlkə də yeni həyata keçə bilmə yoludur...
Sevginin nə zaman gələcəyi bilinmədiyi kimi, nə zaman gedəcəyi də bəlli deyildir. Sevgidən deyil, onun qaçmağından qorxaq lazımdır.
Həyat qocaman bir yalandır. Bəs, bu qədər saxtalığın içində gerçək və doğru olan tək gözəllik bilirsinizmi nədir-SEVGİ!!!!
Lütfən ona qarşı haqsızlıq etməyək!!!

Sevgi zahirən nə qədər zərif və gözəldirsə, həqiqətdə o qədər sərt və amansızdır. Məhəbbət kordur, lakin, o gözsüz də bizi istədiyi yerə apara bilər. Sevgi- yanıqlı "ah"lardan göyə qalxan dumandır. Göydə parlayan gönəşdir, ulduzların ən parlağı - dan ulduzudur Sevgi! Sevən xoşbəxtdir, onun gözlərində od-alov parlayır. Dərdli aşiqin göz yaşlarından dəryalar coşub daşır, onun halına dolmuş buludlar ağlayır, göylər ah-nalə çəkir cahana. Sevgi-ağıllı dəlilik, dəli ağıllılıqdır. O zəhər kimi acı, bal kimi şirindir. Acılığından da şirinliyindən də qorxun sevginin! Hər ikisi sizi öldürmək və diriltmək əzmindədir!

Məni məndən xilas et.

Gecə də, gündüz də fikrimdə sənsən,
Mən kimin fikrində yaşayım söylə!?
De, hansı bir ürək qəbul eyləyər,
Məni sən ünvanlı dərdlə-gileylə?

....Gecəm-gündüzüm sənsən, zaman, gün, saat, dəqiqələrim- sənsən! Hər şeyim, ətrafımda hər nə varsa, nəyə təmas edirəmsə-SƏNSƏN! Ancaq bütün sadaladıqlarım da elə bil daşa dönüb. Vaxt, zaman dayanıb. Saatın əqrəbi yolunda, səfərindədi. Amma gözümə görünmür. Axı, niyə mən beləyəm, nədən belə olmuşam?
.....Sənsizlikdənmi, nədənmi?
...Gecələr oyanıram, elə hey ağlayıram. Sonra isə öz-özümü danlayıram. Artıq göz yaşlarım da yanaqlarımda iz salıb. Özümü sadəlöv hesab edirəm.Daha heç cürə özümlə vuruşa bilmirəm. Bircə əlacım sənə qalıb. Gəl məni bu dərddən-bəladan, məni özü-özümdən xilas elə! Artıq özümlə bacara bilmirəm.

Sənsiz yaman darıxmışam...

Sənsiz elə darıxmışam, inanki, artıq səbrim də tükənib, taqətim də. Nə gücüm qalıb, nə də gümanım. Artıq özümə yer də tapa bilmirəm. Onu bilirəm ki, gözləməkdən başqa heç bir çarəm yoxdur, əlimdən isə səni gəzləməkdən başqa heç nə gəlmir.

Həyatim, kaş sənin də məni, mən səni düşündüyüm qədər düşündüyünü biləydim.Onu biləydim ki, birgə keçirdiyimiz “o anları” yadına salıb mənimtək xəyala dalırsan....Darıxırsan.....

...Həyatım, heç nə yox, bircə məni unutmadığına əmin olmaq istəyirəm.Səni çox sevirəm. Sənsiz yaman darıxmışam! Tezliklə geri dön!
Gözlərimin yaşın silib, ümidimə sarılmışam,
Sənsiz yaman darıxmışam.

10 comments

Comment from: VUSINKA14 [Visitor]
VUSINKA14MEN SEVGININ NE OLDUQUNU BILMIREM.CUNKI SEVE BILMIREM.BIR NECE MUDDETDEN SONRA ONDAN UZAQLASIRAM.ONA HISS ETDIRMEDEN.MENE ELE GELIR KI SEVGI YOXDUR..
08. 02. 11 @ 13:00
Comment from: etna777 [Visitor]
etna777Cox sag ol Murad amma bezen bu sevgiye layiq olmayanlarda olur. Bax esil facie onda bashlayir.
22. 02. 07 @ 17:01
Comment from: murad [Member]  
Muradetna777, dəyməz! Sevgiyə aparan, onu xatırladan bir zərrəyə görə hər şey edərəm =))
22. 02. 07 @ 16:22
Comment from: etna777 [Visitor]
etna777Shei bu formaya salan kimdirse teshekkur edirem. Cox sag olsun minnetdaram.
22. 02. 07 @ 15:26
Comment from: neutral_nur [Visitor]
neutral_nurHEqiqeten de men hec oxumadim Mehebbet haqqinda olan yaziya.Deyilene gore derin bir quyudur. Nece de poetik seslenir bu yazilar....:)))
21. 02. 07 @ 11:35
Comment from: LanseloT [Visitor]
LanseloTBir de sevgi insan betnindeki "+" enerji molekullarinin qarshi terefdeki molekullarla carpishmasidir.Bu zaman urekde qan dovrani suretlenir.Urek tez-tez doyunur.Buna gore de sevgi anlamina "urek" simvolu verilir.Eslinde ise beyin ve sinirlerin ureye verdiyi musbet enerjidir "SEVGI".Enerji carpishmasi gozler vasitesile yerine yetirilir.Bu zaman insan,bu hadiseni "ilk gorushden sevgi" adlandirir.Eslinde ise ilk gorushden tam sevgi yoxdur.Belke de,"sevgi" tumurcuqlari ola biler.Amma tam sevgi ucun,sevginin butun cehetleri lazimdir. Adam J.Jackson-nun gozel bir kitabi var sevgi haqda.Haminiza teqdim edirem,buyurun oxuyun. http://depositfiles.com/files/639920
21. 02. 07 @ 11:30
Comment from: Sun_Set [Visitor]
Sun_Setburda bezi yerlerde plagiyatliq verdiee;)))) qorxu burudu meni:))))lutwe gedib dagin bawina 4ixib ordan awagi baxaram:)4em bulari ke4irmeyi:))) hazir canli olmudueee:)
21. 02. 07 @ 10:08
Comment from: Qonaq [Visitor]
QonaqSalam! Bu sevgi haqda yazılanları oxumadim chünki metne baxanda adamın gözü qaralır :) Amma Etna terefinden yazılan şerin yeri var :) Bir de kiç ne olub ey ay etna777 bela pessimist olma da :)
21. 02. 07 @ 09:38
Comment from: etna777 [Visitor]
etna777
Mehebbet xezel deyil ayaq altda ezesen, Mehebbet torpaq deyil uzerinde gezesen, Mehebbet cicek deyil qoparasan, atasan, Mehebbet yataq deyil shirin -shirin yatasan, Mehebbet gulush deyil qona dodaqlarina, Mehebbet sherab deyil icesen ac qarina, Mehebbet sap deyil ki, dartib gucle qirasan, Mehebbet mektub deyil oxuyasan cirasan, Onda mehebbet nedir , sevgi nedir goresen? Bu hisdir uzuk deyil uzuye benzer ancaq, Seven barmaqlarin yox, seven qelbin ocagi. Ele sevgi hec zaman barmagini sixmasin, Ele sevgi hec zaman barmagindan cixmasin. Mehebbet saf urekdir , ureyi bolmek olmaz Bolsen parcalasan sevmek sevilmek olmaz.
Her kese saf sevgi arzulayiram. Amma ele birini sevinki sonra peshman olmayasini.
21. 02. 07 @ 09:00
Comment from: Sabishka [Visitor]
Sabishkasevgi haqqinda haminin bildiyi bir yigim soz..ona gore haminin bildiyi ki ele adam yoxdur sevmesin..sevgi insanin yaradilishindadir,tekce qarshi cinse deyil, her kese,her sheye qarshi olan bu duygu chox zaman oz adindan chox menalar ehtiva edir.sevmek gozeldir ,en gozeli ise hem sevmek hem de qarshiliqli sevilmekdir.. size en gozelini arzu edirem:)
20. 02. 07 @ 23:30

Leave a comment


Your email address will not be revealed on this site.
  
(For my next comment on this site)
(Allow users to contact me through a message form -- Your email will not be revealed!)
May 2024
Mon Tue Wed Thu Fri Sat Sun
 << <   > >>
    1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31    

Search

Categories

  XML Feeds

powered by b2evolution CMS

©2024 by EylencE.AZ

Contact | Help | Blog skin by Asevo | blog software | web hosting