« “Eurovision” birincisinin çılpaq şəkilləri yayıldıYundan Hazırlanmış Heyvanlar »

Azərbaycan “Eurovision-2010”-da “5” aldı!

  30. 05. 10 04:25, by Murad, Categories: Azərbaycan | Азербайджан, Sizin İnformasiyanız Üçün | Для Вашей Информации
Safura Alizadeh

Təmsilçimiz Səfurə Əlizadənin ifa etdiyi “Drip Drop” mahnısı müsabiqədə beşinci yeri tutub

Mayın 29-da Norveçin paytaxtı Osloda “Eurovision-2010” Mahnı Müsabiqəsinin finalı keçirilib.

Lent.az-ın məlumatına görə, müsabiqə “Telenor Arena” stadionunda keçirilib.

Mayın 25-də keçirilən birinci yarımfinalda Rusiya, Moldova, Bosniya və Hersoqovina, Estoniya, Finlandiya, Latviya, Serbiya, Slovakiya, Belarus, Albaniya, Belçika, Yunanıstan, İslandiya, Makedoniya, Malta, Polşa, Portuqaliya mübarizə aparıb. II yarımfinalda isə Azərbaycan, Türkiyə, Ukrayna, Danimarka, İsrail, Litva, İsveç, İsveçrə, Gürcüstan, Bolqarıstan, Xorvatiya, Kipr, İrlandiya, Niderland, Rumıniya, Ermənistan və Sloveniya finala vəsiqə qazanmaq üçün mübarizəyə qoşulublar.

Finalda 25 ölkə mübarizə aparıb. Bosniya və Hersoqovina, Moldova, Rusiya, Yunanıstan, Portuqaliya, Belarus, Serbiya, Estoniya ,Albaniya, İslandiya, Gürcüstan, Ukrayna, Türkiyə, İsrail, İrlandiya, Kipr, Azərbaycan, Rumıniya, Ermənistan və Danimarka və “böyük dördlük” - Fransa, Almaniya, İspaniya, Böyük Britaniya, eləcə də “Eurovision-2009” müsabiqəsində qalib ölkə olan Norveç mübarizə aparıb.

Müsabiqənin əvvəlində “Eurovision-2009”-un qalibi Aleksandr Rıbak səhnədə “Nağıl” mahnısını oxuyub.

Qeyd edək ki, iştirakçıların çıxışlarından öncə ölkələrinin mədəniyyətini, tarixini əks etdirən video-rolik nümayiş etdirilib.

Səhnəyə ilk olaraq Azərbaycan təmsilçisi Səfurə Əlizadəyə çıxıb. “Drip drop”, yəni “Damla, damla” mahnısını, göy paltar və bacarıqlı ifanı tamaşaçılar göz dolusu izləyib.

Səfurədən sonra böyük dördlüyün iştirakçısı İspaniyanın finalçısı marionetkaların rəqs müşayiəti ilə səhnəyə çıxıb. İspanların ifası zamanı tamaşaçılardan biri gözlənilmədən, qaydalara zidd olaraq səhnəyə çıxıb və bu, nümayişin pozulmasına səbəb olub.

Növbə ev sahibi Norveçə və təmsilçi Didrikə çatıb. Qeyd edək ki, Didrik bu ilin qalibi olmaq istəyən iddialıların siyahısındadır.

Mübarizəni Moldova iştirakçısı “Sun Stroke Project & Olia Tira” qrupu “Run away” mahnısı ilə davam etdirib. İfaçılar səhnə hərəkətləri ilə diqqət çəkə biliblər.

Finalda olmaları təəccüblə qarşılanan və müxtəlif ölkələrdən dəvət alıb Kipri təmsil etməyə gələn John Lilygreen & The Islanders və musiqi ansamblı yazın gözəlliyindən bəhs edən “Life looks better in Spring” lirik mahnısını oxuyublar. Maraqlı məqamlardan biri də ifaçıların jurnalistlərə müsahibələrində Kiprli olmasalar da özlərini Kiprli hiss etdiklərini demələri olub.

Çıxışları, ola bilsin, bu il “Eurovision” tarixində sonuncu dəfə iştirak edəcək Bosniya və Hersoqovina davam etdirib. Səbəb sözügedən ölkənin Avropa Yayım Birliyinə borclu olmasıdır. Vukasin Brajic pop-rok üslubunda oxuduğu “Munja i grom” mahnısını məharətlə ifa edib.

Belçikanın gənc gitara ifaçısı və müğənnisi Tom Dice özü yazdığı “Me and My Guitar” adlı romantik ballada ifa edib. Maraqlı faktlardan biri ifaçıların finala vəsiqə qazandıqları zaman özlərinin təəccüb etməsidir.

Həzin mahnıdan sonra finalın ən güclü iştirakçılarından olan Serbiyalı Milan Stankovic “Ovo je Balkan” mahnısı ilə müsabiqədə iştirak edib.

Məhz müsabiqədə iştirak üçün yaradılan və müsabiqə zamanı üzvlərindən iksi nişanlanan Belarusun “3+2” qrupu “Butterflies”, yəni “Kəpənəklər” mahnısı və mahnıya uyğun orijinal geyimlə səhnəyə çıxıblar.

“Eurovision-1993” müsabiqəsində artıq bir dəfə qalib olan, bu dəfə isə qalib olmaq üçün yox, sadəcə müsabiqənin həyəcanını yenidən yaşamaq üçün “Eurovision”a qatılan İrlandiyalı Niamh Kavanagh bənövşəyi rəngdə geyim, fleyta müşayiəti və möhtəşəm ifası ilə “İt’s for you” adlı mahnısını sevdirə bilib. İfaçı müsabiqənin ən gözəl dəqiqələrini yaşadıb.

Getdikləri hər yerdə təbəssümlə “Opa!” çağırılan favoritlərdən biri də səhnədə görünüb. Beləliklə, daha bir dinamik mahnı Yunanıstanlı Giorgos Alkaios və dostlarından gəlib. İfaçılar “Opa!” oxuyublar.

Sıranı müsabiqəyə barmaqarası yanaşan Böyük Britaniya təmsilçisi davam etdirib.

Gözəlliyi və zərifliyi ilə təmsilçimiz Səfurə Əlizadədən geri qalmayan, üstəlik, müsabiqənin ən güclü iştirakçısı hesab olunan Gürcüstan təmsilçisi, türk əsilli Sofo Nijaradze “Shine” mahnısını alqışlar altında oxuyub.

“Eurovision-2010”-un ən dinamik, hay-küylü pozitiv mahnısı “We could be the same” və eyni zamanda ən gözəl səhnə şousu ilə çıxış edən türk rok qrupu “Manga” nümunəvi çıxış təqdim ediblər.

Müsəlman ölkəsinin qrup ifaçılarını növbəti islam ölkəsi ifaçısı albaniyalı Juliana Pasha “Nuk mundem pa ty” adlı yüksək templi mahnı ilə səsini duyurub.

16-cı nömrə altında çıxış soyuq ölkə İslandiyadan gəlib. Ölkəsinin divası sayılın müğənni super ifa nümayiş etdirib. Qeyd etmək yerinə düşər ki, İslandiyalı Hera Bjork artıq “Eurovision” mahnı müsabiqəsi təcrübəsi görüb. O, bu il də “Je Ne Sais Quoi” mahnısı, ecazkar ifası ilə müsabiqənin ən yaxşı ifaları siyahısına adını yazdıra bildi.

“Eurovision”da daha çox mahnı qalmaqalı ilə yadda qalan ukraynalı Alyoş bu gun maraqlı geyimi, ifası ilə həm gözə, həm də qulağa xitab edə bildi - “To lie free”, mahnı belə adlanırdı.

Ötən il Patrisiya Kaasla müsabiqəyə qatılan, bu il isə ilin qaynar hitinə iddialı Fransa iştirakçısı “Oley Oley” mahnısı ilə Alyoşadan sonra səhnə alıb.

Aysel və Araşı təkrarladıqları iddia edilən Rumıniya dueti Paula Seling & Ovi ritmik “Playing with fire” mahnısını bitişik royal arxasında üz-üzə ifa edib.

Ölkəsində internetlə, özü də bir gecədə məşhurlaşan rusiyalı Pyotr Naliç və onun musiqi kollektivi sözü və musiqisi Pyotra aid olan “Lost & Forgotten” mahnısı ilə çıxıb. Rus ifaçı yarımfinala nisbətən bu dəfə bir qədər yaxşı ifa nümayiş etdirib.

Promo-tur çərçivəsində getdiyi hər ölkədə torpağa ərik çəyirdəyi basdıran Ermənistan iştirakçısı, keçmiş model Eva Rivas isə məşhur Civan Qasparyanın klarnet müşayiəti və maraqlı səhnə şousu ilə “Apricot Stone” (Ərik ağacı) mahnısını ifadə edib.

Növbəti ifa Azərbaycanın ən böyük Almaniya və onun 19 yaşlı iştirakçısı Lenanın olub. Lena özü Səfurəni rəqib hesab etməyərək müsabiqənin qalibi olacağına əminliyini bildirirmiş.

Sondan üçüncü çıxış 18 yaşlı portuqaliyali ağ geyimli xanım Filipa Azevedonun olub. Jurnalistlərdən birinin yazdığı lirik mahnı “Ha dias assim” ilə tamaşaçılarına həzin dəqiqələr yaşadıb.

Müsabiqənin sonuna doğru İsrail iştirakçısı, favorit müğənnilərdən sayılan İsrailli Harel Skaat olub. O, lirik “Milim” mahnısını səhnədə pianonun müşayiəti ilə ifa edib.

Promo-tur çərçivəsində Azərbaycandan yolunu salan və inamsız iştirakçılardan olan danimarkalı Chanee və Tomas Nevergreen “İn a moment like this” duetini ifa ediblər.

Sonda müsabiqənin icraçı rəhbəri Svante Stoskeliusun istəyi ilə İspaniya təmsilçisi səhnədə ikinci dəfə oxuyub.

Qeyd edək ki, ötən il Moskvada keçirilən “Eurovision-2009” mahnı müsabiqəsində Norveç təmsilçisi Aleksandr Rıbak birincilik qazanıb. Azərbaycanı ötən ilki müsabiqədə təmsil edən Aysel Teymurzadə və Araş dueti isə ölkəmizə üçüncülük qazandırıb.


Növbə “Eurovision-2010”-un ən həyəcanlı dəqiqələrinə çatıb. İfalardan sonra səsvermə başlayıb. Azərbaycana İspaniya 7, Norveç 7, Moldova 4, Kipr 10, Bosniya və Hersoqovina 7, Belçika 5, Serbiya 0, Belarus 6, İrlandiya 3, Yunanıstan 1, Gürcüstan 8, Türkiyə 12, Albaniya 0, İslandiya 4, Ukrayna 12, Fransa 0, Rumıniya 0 Rusiya 8, Ermənistan 0, Almaniya 0, Portuqaliya 0, İsrail 7, Danimarka 2, Xorvatiya 0, Polşa 8, Finlandiya 0, Estoniya 0, Slovakiya 0, Latviya 2, Malta 12, Litva 0, İsveçrə 2, İngiltərə 0, Niderland 0, Makedoniya 3, Moldova 7, İsveç 0 xal verib.

Azərbaycan Türkiyəyə 12, Ukraynaya 10, Gürcüstana 8 xal verib.

Azərbaycan təmsilçisi Səfurə Əlizadənin ifa etdiyi “Drip Drop” mahnısı müsabiqədə beşinci yeri tutub.

Lalə Yusifqızı

LENT.AZ

6 comments

Comment from: diablo 3 gold [Visitor]
diablo 3 goldI am continuously browsing online for ideas that can benefit me. Thanks!
14. 06. 12 @ 21:38
Comment from: ELCIN [Visitor]
ELCINhalal olsun
31. 01. 12 @ 22:31
Comment from: sevil [Visitor]
sevilsafura 1_ci yerin yanindan bele kece bilmez.
01. 01. 12 @ 20:17
Comment from: sevil [Visitor]
sevillodfic
01. 01. 12 @ 20:13
Comment from: Fidan Hasanova [Visitor]
Fidan Hasanovabasit yeni safura berbaddi nikki and ell ela yeri tutdular.safura 1ciyere ya_ras_mir omaz safuraya
01. 01. 12 @ 20:08
Comment from: shahin05 [Visitor]
shahin05shahin madliev !!!
19. 09. 10 @ 12:36

Leave a comment


Your email address will not be revealed on this site.
  
(For my next comment on this site)
(Allow users to contact me through a message form -- Your email will not be revealed!)
April 2024
Mon Tue Wed Thu Fri Sat Sun
 << <   > >>
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30          

Search

Categories

  XML Feeds

powered by b2evolution free blog software

©2024 by EylencE.AZ

Contact | Help | b2evolution skin by Asevo | blog software | top hosts