« Peugeot Contest »

Sağlam Həyat!

  05. 02. 07 21:23, by pure_love, Categories: Məqalələr | Статьи


Sağlam və xeyirli qida dedikdə insanın ağlına ilk gələn meyvə və tərəvəzlər olur. Biz meyvə-tərəvəzi daxili zənginliyinə, yəni vitamin, mikroelement, duz, turşu və başqa xeyirli maddələrə görə qiymətləndiririk. Bir stəkan təbii şirə isə bir deyil, ən azı bir neçə meyvədən alındığı üçün həmin xeyirli maddələrin sayı da dəfələrlə artıq olur. Beləliklə, təbii şirələr orqanizmimizə onun ilkin mənbəyindən daha yaxşı təsir göstərir.


ƏRİK şirəsi.
Bu şirə kalium, karotin, B5 vitamini, fosfor və maqneziumun ən qiymətli mənbəyidir.

Xeyirli xassələri: qanın tərkibini yaxşılaşdırır, hüceyrələrin normal strukturunu bərpa edir, beyinin işini fəallaşdırır, qocalmanın qarşısını alır, artıq suları qovur.

Nəyə kömək edir: gücsülük, dərinin quruması və qabıq verməsi, saçların qırılması, zehni yorğunluq, şiş.

Məhdudiyyətlər: şəkərli diabet.

Təcrübə: yeməkdən əlavə içilməlidir.



ARMUD şirəsi.
Hər şeydən əlavə pektinin çoxluğu ilə seçilir.

Xeyirli xassələri: mikrobları öldürür, əlavə suyu, eləcə də zəhərli madddələri qovur.

Nəyə kömək edir: böyrəklərdə problem.

Məhdudiyyətlər: hamiləlik, bağırsaq "boşluğu".

Təcrübə: yeməyə 10-15 dəqiqə qalmış içilməlidir.



ANANAS şirəsi.
Bitki qidalarının tərkibindəki bütün vitaminlər və 16 mikroelementlə zəngindir.

Xeyirli xassələri: yağ ehtiyatının azalmasına kömək edir, trombların əmələ gəlməsinin qarşısını alır, zülallı qidanın həzminə kömək edir.

Nəyə kömək edir: angina, tromboflebit, kökəlmə, yaddaşın zəifləməsi.

Məhdudiyyətlər: qastrit, xora.

Təcrübə: qida vaxtı qəbul edilməlidir.



POMİDOR şirəsi.
C vitamini və karotinlə boldur.

Xeyirli xassələri: hüceyrələri zədələnməkdən qoruyur, sinir sisteminin fəaliyyətini bərpa edir.

Nəyə kömək edir: zəifgörmə, xroniki yorğunluq, yuxusuzluq, quru dəri, sinirin sakitləşdirilməsi.

Məhdudiyyətlər: yoxdur.

Təcrübə: istənilən vaxt bir az bitki yağı əlavə edib içilməlidir.



ÜZÜM şirəsi.
Tərkibində kalium, kalsium, maqnezium, manqan, C, P, PP, B1, B6, B12 və başqa vitaminlər var.

Xeyirli xassələri: trombların yaranmasının qarşısını almağa kömək edir, karbohidratların mübadiləsini fəallaşdırır.

Nəyə kömək edir: zehni yorğunluq, stres.

Məhdudiyyətlər: şəkərli diabet, xroniki bronxit.

Təcrübə: yeməkdən əlavə və ya əvvəl içilməlidir.



PORTAĞAL şirəsi.
Şirədə kifayət qədər C vitamini, biotin və başqa xeyirli maddələr var.

Xeyirli xassələri: damarları möhkəmləndirir, immuniteti artırır, beyinin işini fəallaşdırır, hüceyrələrin mübadiləsini stimullaşdırır, piyləri əridir.

Nəyə kömək edir: soyuqdəymənin profilaktikası, piylənmə, yorulma, stres, diqqətin azalması.

Məhdudiyyətlər: mədə yarası və qastrit.

Təcrübə: boş mədəyə içmək məsləhət görülmür.



GİLAS şirəsi.
Kifayət qədər C vitamini və karotin, eləcə də dəmir, kalsium və başqa maddələrlə zəngindir.

Xeyirli xassələri: qanın tərkibini yaxşılaşdırır, damarların divarlarını möhkəmləndirir, soyuqdəyməni aparır, cavanlaşdırır.

Nəyə kömək edir: qanazlığı, əlavə çəki.

Məhdudiyyətlər: mədə yarası olanlara məsləhət görülmür.

Təcrübə: yağın həzm olunması üçün yemək vaxtı içilməlidir.



ALMA şirəsi.
Tərkibində nə istəsəniz var.

Xeyirli xassələri: böyrəkdən daşları çıxarır, orqanizmi zəhərli maddələrdən təmizləyir, qanda xolesterinin səviyyəsini azaldır, karbohidratların mübadiləsini tənzimləyir, zəif damarları bərpa edir.

Nəyə kömək edir: şəkərli diabet, böyrəkdə daş, siqaret çəkmək, əlavə çəki.

Məhdudiyyətlər: yoxdur.

Təcrübə: arıqlamaq üçün gündə 2 litr içilməlidir; yemək vaxtı içmək məsləhətdir. Gün ərzində içilən 360 ml alma şirəsi xolesterinin səviyyəsini azaldır.



KÖK şirəsi.
Karotin, selen, eləcə də B, C, D, E, K vitaminləri ilə zəngindir.

Xeyirli xassələri: sinir sistemini möhkəmləndirir, həyat enerjisini artırır, immunitet qocalmanın qarşısını alır, görməni yaxşılaşdırır, hüceyrələrin mübadiləsini fəallaşdırır – cavanlıq eliksiri hesab olunur.

Nəyə kömək edir: siqaret çəkmək, gücsüzlük.

Məhdudiyyətlər: uzun müddət qəbul etdikdə dərinin rəngini dəyişə bilər.

Təcrübə: yeməkdən əlavə, 1 çay qaşığı bitki yağı əlavə olunmaqla içilməlidir.



GAVALI şirəsi.
B vitaminlərinin, eləcə də C və PP vitaminlərinin bolluğu ilə məşhurdur.

Xeyirli xassələri: karbohidratların mübadiləsini normalaşdırır, həyəcanı aradan qaldırır, diqqəti gücləndirir.

Nəyə kömək edir: uzunmüddətli stres, əlavə çəki.

Məhdudiyyətlər: şəkərli diabet.

Təcrübə: arıqlamaq üçün yemək vaxtı içilməlidir.


EKSKLÜZİV PROQRAM!

KARTOF şirəsi.
Çoxlu C vitamini və bütün minerallara malikdir.

Xeyirli xassələri: bütün orqanizmi effektli təmizləyir, mədəni sakitləşdirir, təzyiqi aşağı salır, maddələr mübadiləsini fəallaşdırır.

Nəyə kömək edir: qastrit, maddələr mübadiləsinin pozulması.

Məhdudiyyətlər: yoxdur.

Təcrübə: qidadan əlavə içilməlidir, eyni zamanda, rasiondan bütün ət və balıq məhsullarını xaric etmək lazımdır.

KƏLƏM şirəsi.
Qiymətsiz mikroelementlər kolleksiyası, B vitamininləri qrupu və C vitamininin mənbəyidir.

Xeyirli xassələri: çəkinin tez azalmasına kömək edir, orqanizmi çox cavanlaşdırır.

Nəyə kömək edir: əlavə çəki, xora xəstəlikləri.

Məhdudiyyətlər: yoxdur.

Təcrübə: gün ərzində 1 litr şirəni kiçik porsiyalarla içsəniz, 2-3 aya xoranı müalicə etmək və ya həmin müddətdə 2-4 kq. arıqlamaq mümkündür; qida ilə, xüsusi ilə də duzla qarışdırmaq olmaz; qarının şişməməsi üçün səhərlər 1 stəkan kök şirəsi içmək məsləhətdir.

ZƏNCİROTU şirəsi.
Həyat eleksiridir.

Xeyirli xassələri: cavanlaşdırır, maddələr mübadiləsini fəallaşdırır, ölmüş istəkləri dirildir.

Nəyə kömək edir: bütün zərərli həyatımıza.

Məhdudiyyətlər: yoxdur.

Təcrübə: ən yaxşısı başqa şirələrə qarışdırmaqdır.

8 comments

Comment from: grow black hair [Visitor]
grow black hairYou will discover numerous ingredients which suffer from an effect on how soon and insights on how tedious the head of hair becomes. Stay away from, I am going to speak about an organic and natural means to offer some assistance increase your coat solid, more rough coupled with more fit using holistic procedures.
25. 05. 12 @ 05:17
Comment from: Mysterious [Visitor]
MysteriousCox sag olun maraqli melumatlar idi...
07. 02. 07 @ 06:44
Comment from: nice [Visitor]
niceEsitmisidm kartof siresi coox faydalidir, ama meni oldurseler de icmeremm,, ama meslhetler heqietende faydalidir,,,,,THANKS THANKS
06. 02. 07 @ 12:03
Comment from: Trepsixore [Visitor]
TrepsixoreEeeeeeeeeeeeeeeeeeeeeeeeelllllllllaaaaaaaaaaaa, sag olun, ela melumatlardi ! 1 denesiz!
06. 02. 07 @ 10:31
Comment from: sabinashka [Member]  
Sabishkabunu save eliyim lazim olur:D Mku niye icemmirsen ki?:D kelemin neyi eskikdi:P
06. 02. 07 @ 00:35
Comment from: pure_love [Visitor]
pure_loveVuGaR_KHaZaR, harda gorunub ki, soku da qashiqla icerler? :/
05. 02. 07 @ 22:25
Comment from: VuGaR_KHaZaR [Visitor]
VuGaR_KHaZaRSeher ac qarnina 1 qashiq, Gunorta tox qarnina 2 qashiq, Axsham prosta qarina 3 qashiq!!!
05. 02. 07 @ 22:20
Comment from: Most Known Unknown [Visitor]
Most Known Unknownfaydali melumat uchun chox chox sag ol, amma meni oldur Kelem Shiresi ichemmerem :)
05. 02. 07 @ 21:41

Leave a comment


Your email address will not be revealed on this site.
  
(For my next comment on this site)
(Allow users to contact me through a message form -- Your email will not be revealed!)
May 2024
Mon Tue Wed Thu Fri Sat Sun
 << <   > >>
    1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31    

Search

Categories

  XML Feeds

powered by b2evolution free blog software

©2024 by EylencE.AZ

Contact | Help | b2evolution skin by Asevo | blog software | hosting