« Ulduzlar dekoltedəМировой стандарт красоты »

BU GÜN RÖYANIN TOYUDUR

  22. 08. 08 16:15, by Murad, Categories: Azərbaycan | Азербайджан, Şou-biznes | Шоу бизнес

Röya Ayxan: “Mən xoşbəxtəm və hamıya belə sevgi arzu edirəm”

Hazırda şou aləminin ən tanınmış siması olan və yumşaq ifası ilə özünə ən çox dinləyici toplayan Röya Ayxan bu gün ərə gedir. Müğənni iki ildir eşq macərası yaşadığı sevgilisi Anar Cəlilovla nəhayət ki, bu gün rəsmi şəkildə, el adəti ilə toy çaldırıb ər-arvad elan olunacaq.
İndiyə qədər toyun gah Avropa ölkələrinin birinda, gah da Bakıdakı “Yaxt-klub”da keçiriləcəyi haqda yayılan söz-söhbətə də aydınlıq gəlib. Müğənninin mətbuat katibi Ülviyyə Alovlunun verdiyi məlumata görə, toy “Sarı gəlin” şadlıq evində keçiriləcək. Ü.Alovlu deyib ki, toya xarici müğənnilərdən kimsə dəvət olunmayıb: “Doğrudur, Röyanın xaricdən - Rusiyadan, Avropadan, Türkiyədən olan dostları bu toyda iştirak etməlidir. Lakin xaricdən heç bir müğənni dəvət olunmayıb, Röyanın yerli sənətçi dostlarından isə xeyli dəvətlilər var. İnşallah, toy başa çatandan sonra Röyanın pərəstişkarlarına şənlik barədə məlumat verərik”.
Yəqin ki, Röyanın sevgilisi ilə - “Çudo-peçka” mağazalar şəbəkəsinin sahibi Çingiz Cəlilovun oğlu Anarla ilk tanışlığının harada və necə baş verməsi onun pərəstişkarları üçün də maraqlı olar. Odur ki, toy məqamında bu tarixçəni müğənnini sevənlərin nəzərinə Röyanın öz dilindən çatdırırıq: “Həmişəki kimi, mən şou-proqramda iştirak etmək üçün restorana getmişdim. Həftəarası olduğu üçün restoranda çox az adam vardı. Çıxışımdan sonra rəfiqələrimlə bir yerdə oturmuşduq. Bu vaxt lirik bir musiqi çalındı və mən həzin musiqinin sədaları altında xəyala daldım. Başımı qaldıranda qarşımda məni rəqsə dəvət edən bir şəxsi gördüm. Nədənsə bu nəzakətli təklif mənə xoş gəldi və onunla rəqs etdim. Rəqs bitəndən sonra hərəmiz öz masamızda əyləşdik. Məni təəccübləndirən bu idi ki, başqalarından fərqli olaraq o oğlan məndən heç telefon nömrəmi də istəmədi. Bundan sonra bütün şou-proqramlarda, toylarda gözüm adını belə bilmədiyim həmin oğlanı axtarırdı. 7 aydan sonra bir məclisdə təsadüfən yenə görüşdük. Bu dəfə onu itirmək istəmirdim və biz yaxından tanış olduq. Mən indi çox xoşbəxtəm və hamıya belə sevgi arzulayıram”.
Bu gün toy həyəcanı yaşayan müğənniyə “Yeni Müsavat” olaraq biz də xoşbəxtlik arzu edirik.

NİGAR

16 comments

Comment from: EL-DENIZ [Visitor]
EL-DENIZTebrikler
22. 09. 08 @ 15:12
Comment from: EL-DENIZ [Visitor]
EL-DENIZSalam Roya xanim! Sizi toyunuz munasibeti ile semimi qelbden tebrik edir, size aile seadeti arzulayiram. En xow arzularla Eldeniz! 055 262 00 01
22. 09. 08 @ 15:12
Comment from: turan [Visitor]
turanSuper.Prosto Super.
07. 09. 08 @ 16:39
Comment from: mirali_777 [Visitor]
mirali_777roya arvadinla qosha qariyasan
30. 08. 08 @ 20:50
Comment from: MAFIA_BAKU_002 [Visitor]
MAFIA_BAKU_002Hmmm.. CUDO PECKA qaqaw.. ALLAH Seni xowbext elesin,X5-ivide 10-defe geri qaytarsin(Rewid Beybutovda vurulan) Vezifende 3-defe qalxsin.. Royani tanimiram amma mugennidir bilirem...
30. 08. 08 @ 06:37
Comment from: sadi [Visitor]
sadiröya bunu da bacardi daa ne bacarmaz ki?
29. 08. 08 @ 21:02
Comment from: Rufet [Visitor]
Rufetonu alan qaqash peyserdiiiiiiii, onun boynunu yere soxum
28. 08. 08 @ 14:28
Comment from: rnarmina [Visitor]
rnarminaroya senen men nefesaliram canim menim
26. 08. 08 @ 13:20
Comment from: Selena [Visitor]
Selena)))
25. 08. 08 @ 11:21
Comment from: SELENA [Visitor]
SELENADay abrimiz getdi )))
25. 08. 08 @ 11:20
Comment from: XAN_285 [Visitor]
XAN_285Her cur oyundan cixandan sonra loxun birine ere gedir... :-D gedin xoshbext olun....
25. 08. 08 @ 02:23
Comment from: NUTSHELL [Visitor]
NUTSHELLXoshbext olsun.Amma shekillerin gordun hec beyenmedim.Nese gelinliyi yaxsi alinmamisdi.Men qeyri-adi bir shey gozleyirdim.Ne de olsa Royadi axiii)
24. 08. 08 @ 13:04
Comment from: EL QIZI [Visitor]
EL   QIZIROYA SENE XOSBEXT HEYAT ARZU EDIREM CEMI SUBAYLAR UCUN OLSUN AAMMIINNNN
23. 08. 08 @ 19:05
Comment from: GUNIK [Visitor]
GUNIKAllah xowbext etsin.Subaylardan gorek.Ay camaat indide Roya hamile klipi cekdirecek......... bunlarinki ^qonwudan geri qalma^ oldueee
23. 08. 08 @ 14:02
Comment from: Seva [Visitor]
SevaAllah xoshbext elesin.inshallah 1-ci ve axirinci toyu olar:)
22. 08. 08 @ 18:42
Comment from: ketush006 [Visitor]
ketush006Allah Xoshbext elesin!!! Butun Eylence userlerine ve subaylara gismet olsun.
22. 08. 08 @ 18:21

Leave a comment


Your email address will not be revealed on this site.
  
(For my next comment on this site)
(Allow users to contact me through a message form -- Your email will not be revealed!)
May 2024
Mon Tue Wed Thu Fri Sat Sun
 << <   > >>
    1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31    

Search

Categories

  XML Feeds

CMS software

©2024 by EylencE.AZ

Contact | Help | Blog templates by Asevo | blogtool | SSH hosting | team