| « Manicure | Gözəl gül şəkilləri =) » |
Röya rəsmən ailə qurdu!
Röya rəsmən ailə qurdu!
“Müğənni Röya iki gün əvvəl sevgilisi Anarla rəsmi nikaha daxil olub”. Bu barədə məlumat Lent.az-a şou-biznesdəki etibarlı mənbədən daxil olub. Məlumatı verən mənbə bildirir ki, srağagün - iyulun 22-də Röya ilə Anar bu mərasimi sakitcə, səs-küysüz keçirməyə qərar veriblər.
Röyanın mətbuat katibi Ülviyyə Alovlu isə Lent.az-a açıqlamasında bu məlumata belə münasibət bildirib: “Röyanın toyu olsa, hər kəs bilər. Düzdür, toy etməyə hazırlaşırlar, amma mən bildiyim qədər, hələ nikaha daxil olmayıblar”.
Röyanın yaxın qohumlarından biri də Lent.az-a verdiyi açıqlamada xəbərin doğru olduğunu deyib.
Qeyd edək ki, son günlər Röyanın toyu barədə bir çox xəbərlər yayılıb ki, bunlardan da biri avqustun 22-nə planlaşdırılan mərasimin təxirə salınmasıdır. Gəzən söz-söhbətlərə görə, hətta toy məclisinin keçirilməsi üçün “Yaxt klub”la da danışıq da aparılıbmış. Ancaq sənətçi nədənsə sonradan bu fikrindən daşınıb. Röya sevgilisi Anarla birgə dekabrda ailə qurmağı qərarlaşdırıb. Avqustun 22-də isə Anar və Röya cütlüyünün tanış olduğu gündür və cütlük həmin günü ikilikdə keçirmək fikrindədir. Toyun təxirə salınmasına gəlincə, bunun səbəbi Röyanın Anarın valideynləri tərəfindən qəbul edilməməsi ilə izah olunur. Artıq iki ilə yaxındır ki, Anar Röya ilə bir evdə qalır və bir ailə kimi yaşayır.
Ü.Alovlu bu məsələyə də aydınlıq gətirərək deyib ki, bunlar təsadüfi söhbətlərdir: “Mənim bildiyimə görə, Röyanın sevgilisi, onun ailəsi ilə münasibətləri çox yaxşıdır. Hər şey qaydasındadır”.
Nigar Məmmədli
www.lent.az
22 comments
Bes sen sozuvun ustunde duran qiziydin nooolu????
Sen hechmen bildiyim Roya deyilsen..............
burdakılarada bir şey demək istəyirəm: ay balam, nə edib özünə edib, sizə nə?! bu qızdan əl çəkin də.
Yaxşı işi bəyəm yoxdur? Camaatın həyatına bəsdir qarışdız, özləri bilərlər.
Röya, gülüm, fikir vermə bunlara ))
mahnıların superdi.
ailəli xanlm olmaqa sənə çox yaraşar.səhv etmə, ağilli ol, öpürəm!!!!!!! ))