« HAPPY BIRTHDAY, ILQAR!!!!!!!!!!!!Azərbaycan Milli Qəhrəmanları »

Noyabrın 21-i Şotlandiya zurnaçıları İçərişəhəri gəzəcəklər

  16. 11. 09 22:48, by Murad, Categories: Azərbaycan | Азербайджан, Sizin İnformasiyanız Üçün | Для Вашей Информации
16.11.2009

Baku

Şotlandiyalılar Müqəddəs Endryu gününü Şotlandiya zurnaçıları ilə birgə İçərişəhəri gəzməklə qeyd edəcəklər

Noyabrın 21-də Azərbaycanın paytaxtı Bakı şəhərində şotlandlar Müqəddəs Endryu gününü qeyd edəcəklər. Bakı Kaledoniya Cəmiyyətinin təşkil etdiyi bayram tədbirlərinin bir hissəsi kimi Şotlandiya milli musiqi ifaçıları olan zurnaçılar qrupu şənbə günü, noyabrın 21-də saat 13:00-da İçərişəhərdə çıxış edəcək və parad keçirəcəklər.

Zurnaçılar öz ifalarına Qoşa Qala Qapısının qarşısındakı əsas meydanda başlayacaq və daha sonra Endryu gününün mədəniyyətlərarası xarakterini təcəssüm etdirmək üçün İçərişəhərin küçələrindən keçəcəklər. Zurnaçıların nümayişi İçərişəhərin əsas küçələrində təxminən bir saat davam edəcək və Qız Qalasının yanında yekunlaşacaq.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi cənab Mikayıl Cabbarov: “Bu cür tədbirlərin təşkilini dəstəkləməkdə məqsədimiz İçərişəhərin beynəlxalq aləmdə təbliğini daha da genişləndirməkdən ibarətdir. Biz hər zaman yadda saxlamalıyıq ki, İçərişəhər tarixi və mədəni irsimizin mənbəyidir. Eyni zamanda biz şotlandların qədim adətini şəhərimizdə qəbul etməkdən də çox şadıq. Qeyd etməliyəm ki, bu nümayiş mədəniyyətlərarası dialoqun inkişafına xidmət edən ilk belə tədbirdir və gələcəkdə tərəfimizdən bu kimi yeni təşəbbüslərin həyata keçirilməsi planlaşdırılır”.

Bakı Kaledoniya Cəmiyyətinin rəhbəri cənab Rod Freyzer: “Bu il Bakı Kaledoniya Cəmiyyəti 12-ci ildönümünü qeyd edir. Kaledoniya Şotlandiyanın digər adıdır və bu cəmiyyət bütün dünyada yaşayıb çalışan şotlandların toplaşdığı çoxsaylı birliklərdən biridir. Cəmiyyət könüllüdür və Azərbaycanda xeyriyyəçilik məqsədi ilə vəsait toplamaqla məşğuldur. 12 il ərzində biz əhəmiyyətli dərəcədə maddi vəsait toplamışıq və məcburi köçkünlər də daxil olmaqla Bakıda müxtəlif xeyriyyə müəssisələrinə paylamışıq. Biz adət-ənənələrimiz və tariximizlə fəxr edirik və bu baxımdan Şotlandiya mədəniyyəti Azərbaycan mədəniyyətinə çox oxşardır. Düşünürük ki, Azərbaycanlı dostlarımızla bizim mədəniyyətimiz haqqında məlumatlarla bölüşməliyik. Yüzlərlə şotlandiyalı Bakıda yaşayır və bizi burada qəbul edən, özümüzü evimizdəki kimi hiss etməyə şərait yaradan insanlarla öz mədəniyyətimizi paylaşmaq həqiqətən də qürurvericidir. Biz belə bir mədəniyyətlərarası tədbirin təşkilində göstərdikləri dəstəyə görə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəhbərliyinə öz dərin minnətdarlığımızı bildiririk”.

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi hamını bu tədbirdə iştirak etməyə dəvət edir.

No feedback yet

Leave a comment


Your email address will not be revealed on this site.
  
(For my next comment on this site)
(Allow users to contact me through a message form -- Your email will not be revealed!)
April 2024
Mon Tue Wed Thu Fri Sat Sun
 << <   > >>
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30          

Search

Categories

  XML Feeds

multiblog engine

©2024 by EylencE.AZ

Contact | Help | Blog theme by Asevo | free blog software | hosting