« Как тренируются в южнокорейской армииToY NişAnəLərİ »

MegaStar TARKAN...

  14. 01. 07 20:43, by pure_love, Categories: Şou-biznes | Шоу бизнес, Kişi | Мужская, Məşhurlar | Знаменитые


17 Oktyabr 1972-ci ildə Alzey`də (Almaniya) anadan olan Tarkan, altı uşaqlı bir ailənin beşinci uşağıdır. Uşaq vaxtından istedadının olduğunu görən ailəsi, ona hər zaman dəstək olub. İlk musiqi təhsilini Türkiyə`də alan Tarkan, əvvəlcə Karamursel, sonra isə Üsküdar Musiki Cemiyeti`ndə klassik türk musiqi dərsini alır.
Məktəbdən məzun olandan sonra musiqi sahəsində bir sıra uğursuzluqlarla qarşılaşan Tarkan, Almaniya`ya geri dönüb, musiqini və "ulduz" olmaq arzularını yarımçıq buraxmaq istərkən, taleyin onun üçün yaratdığı fərqli bir plan həyatını dəyişir və o, produsser Mehmet Soğutoğlu ilə tanış olur. "İstanbul Plak" ilə imzaladığı müqavilə nəticəsində Tarkanın ilk albomu "Yine Sensiz" 1993-cü ildə işıq üzü görür. Albomun ilk mahnısı olan "Kıl oldum abi" çox qısa bir müddətdə dinləyicilərin zövqünü oxşayaraq, Türk radiolarının Top 20 siyahısına daxil olur. "Çok ararsın beni" və "Vazgeçmem" mahnıları da albomun reytinqini qaldırır.

Uşaq kimi görünüşünə təzad olan sərt baxışları, azad hərəkətləri ilə fərq yaradan görünüşü və güclü səsi birləşincə, Tarkan`ın gənclərin rəğbətini qazanması çox da çətin olmur.

Tarkan`ın ikinci albomu "Aacayipsin" 1995-ci ildə işıq üzü görür. Sezen Aksu ilə birgə hazırlanan "Hepsi senin mi?" və eləcə də "Kış Güneşi", "Gül döktüm yollarına", "Unutmamalı" mahnıları Türkiyə reytinqində birinci sıraya qədər qalxır.

Tarkan, 1995-ci ildə Avropa`da və Türkiyə`də 74 canlı konsert verir. "New York Palladium" konserti Türkiyə`də də canlı olaraq yayımlandı və böyük maraq cəlb etdi. Albom satışları 2.5 milyonu keçərək, bütün digər sənətçilərin eyni ildə albom satışlarını arxada qoydu və Tarkan`ın musiqi dünyasında güclü bir ad olaraq qəbul edilməsini təmin etdi.

Türkiyə`də uğurlarından sonra Tarkan, sənətini inkişaf etdirmək və ingiliscə öyrənmək üçün New York`a köçməyə qərar verir. Türkiyə`dən ayrılmazdan əvvəl taleh onu bu dəfə də Atlantic Records`un qurucusu olan, bu yaxınlarda vəfat edən, Ahmet Ertegün ilə qarşılaşdırır. Ahmet Ertegün`ün Tarkan`a ingiliscə mahnı oxumasında kömək etməsi, gələcək planların ilk qıvılcımı olur.

Tarkan`ın üçüncü albomu "Ölürüm sana" 1997-ci il iyul ayında işıq üzü görür. Dünya miqyasında çox yaxşı qarşılanan bu albomun ən canalıcı mahnısı "Şımarık" yenə də Tarkan`ın Sezen Aksu ilə olan ortaq işi idi. Mahnı qısa müddətdə Billboard`ın Hot 100 siyahısında ilk sıralara çıxdı və albomun dünya çərçivəsində satılmasını təmin etdi. "Şımarık", fərqli sənətçilər tərəfindən bir çox dildə oxunuldu. Həmçinin mahnının video klipi Avropa`da MTv və MCM kimi musiqi kanallarında göstərildi və CNN kimi xəbər kanalları da proqramlarında Tarkan`ın uğurlarına yer verdilər. Bununla yanaşı Tarkan Türkiyə turnesinə start verdi. Türkiyə turnesini, 17 fərqli şəhəri özündə toplayan bir Avropa turnesi izlədi. Bunlara daha sonra Amerika`dakı konsertlər də əlavə olundu. Güclü səsi, dinamik rəqsləri və dinləyicilərə göstərdiyi performansı ilə Tarkan bütün dünyanın diqqətini cəlb etdi və getdiyi hər yerdə pərəstişkarlarının sonsuz sevgisi ilə qarşılaşdı.

1998-ci ildə "PolyGram France" lisenziyasını alan albomu musiqi dünyasında yenidən işıq üzü gördü. Bunun qarşılığında albom Meksika`da "Platin", Fransa, Hollandiya, Almaniya, Belçika, Lüksemburq, İsveç və Kolombiya`da "Altın Plak" mükafatını aldı.

Tarkan`ın Almaniya, Fransa, İngiltərə, Belçika, Hollandiya, Danimarka və digər ölkələri bürüyən turnesi Türkiyə`nin 1999-cu il zəlzələsi ilə sona çatdı. Minlərcə insanın itkin düşdüyü və evsiz qaldığı 1999-cu il zəlzələsi qurbanları üçün İstanbul`da keçiriləcək yardım konsertində iştirak etmək məqsədi ilə Türkiyə`yə geri dönən Tarkan, bu konsertin səhərisi günü əsgərlik xidmətinə çağırıldı.

Pərəstişkarlarının neçə vaxt gözlədikləri dönüşdən sonra 2001-ci il avqust ayında qovuşduğları "Karma" adlı albomu, Tarkan`ın daha əvvəl dinləyicilərinə heç bir zaman eşitdirmədiyi fəlsəfənin bir parçası idi. Albomun ilk mahnısı "Kuzu Kuzu" üç ay ərzində bir nömrə oldu və Türkiyə`də yaşanılan böhrana baxmayaraq, "Karma" albomu 2.5 milyondan daha çox satıldı. Albom, Rusiya`da da böyük rəğbət qazandı və Rusiya musiqi dünyasında gözlənilməz bir dəyişiklik yaratdı.

Bu uğurlardan sonra Tarkan`dan 2002-ci ildə Dünya Çempionatına qatılacak Türk Milli Futbol Takımı üçün bir musiqi oxunması istənildi. Dünya üçüncüsü olan Türk Milli Futbol Takımı`nın rəsmi mahnısının sözlərini Tarkan`ın yenidən dəyişdirib öz tərzində oxuması, bu mahnının "Karma" albomunda yer almasına səbəb oldu. Bundan əlavə, "Karma" albomunda olan "Hüp" mahnısı, Türkiyə Turizm Nazirliyinin hazırladığı təqdimatda istifadə olundu və Turizm Nazirliyi Tarkan`ı, mahnısı ilə Türkiyə`nın tanınmasında əməyi olması və dünya miqyasında ölkəsini təmsil etməsi ilə mükafatlandırdı.

Tarkan`ın beşinci albomu "Dudu" 2003-cü ilin yazında satışa təqdim olundu. "Dudu", siyahılarda qərarlı bir şəkildə yüksələrək, Tarkan`ın əvvəlki albomlarının satışındakı nəticəni göstərdi. Bu albomun satışa təqdimatından sonra yenə uğurlu bir turne həyata keçirildi. Türkiyə`də müxtəlif illərdə keçirilən turne, xarici ölkələrdən Almaniya`nın 6 şəhərində, Moskva, Bakı və Alma-Ata`dakı konsertlər ilə başa çatdı.

Tarkan, həm albom satışlarında olan rekordlardan, həm də populyarlıq baxımından Türkiyə`nin son on ildə ən böyük starıdır və uğurları Avropa`dan Amerika`ya, Asiya`dan Avstraliya`ya qədər yayılmışdır. Mahnıları 1992-ci ildən bu vaxta qədər hər il Top 40 siyahılarıda yer alıb. "Şımarık", "Hüp", "Dudu" və "Kuzu Kuzu" da daxil olmaqla bir çox mahnıları müasir pop musiqisinin standartlarına cavab verir. Sənətindəki uğurları və görkəmi bir çox şirkətlərin diqqətini cəlb etmiş və dünyaca tanınan markalardan Police, Pepsi, Doritos və s. Tarkan`a və turnelərinə sponsorluq etmişlər. Tarkan, həmçinin Pepsi`nin bir çox reklam filmlərinə də çəkilmişdir.

Tarkan, 2005-ci idə Türkiyə`də 200.000`dan çox tamaşaçısı olan dörd stadion konsertləri vermişdir. Türkiyənin ən böyük stadionlarından birində keçirilən İstanbul konsertindəki səhnə dünyada tanınmış səhnə qurucusu Justin Collie tərəfindən hazırlanmışdır. Səhnədəki diqqəti cəlb edən şouda Tarkan`ı uzun illər Michael Jackson ilə birgə işləyən istedadlı xoreoqraf Travis Payne`dən dərs alan amerikalı, fransız və türk rəqqaslardan ibarət bir rəqs qrupu müşaət edirdi.

2006-cı ilin aprel ayında dinləyicilərinə təqdim olunan "Come Closer" adlı bu yeni albom, Tarkan`ın uzun illərdir gözlənən ilk ingiliscə albomudur. "Universal Music" tərəfindən ilk olaraq Avropa`da və Cənubi Amerika`da satışa təqdim olundu. Eyni vaxtda Türkiyə`də də işıq üzü görən albomda Tarkan; Wyclef Jean, Pete Martin, Devrim Karaoğlu, Billy Mann, Lester Mendez, Dexter Simmons, the Jettsonz, Supaflays kimi uğurlar qazanmış sənət adamları və produsserlərlə yanaşı dünya miqyasında bir çox bəstəkar, musiqiçi və texniki heyət ilə işləmiş və hər birinin "Come Closer" albomunda unudulmaz izləri vardır. Qərb və Şərq musiqisini bir duet halında birləşdirən bu yeni albom, Tarkan`ın ilk işi idi.

Tarkan, adət halını almış pop star qəlibini qıraraq, "orijinal" ifası ilə yaratdığı "Come Closer" albomu, musiqi dünyasına Türkiyə`dən açılan ilk qapı olmuşdur. Bu qapıdan sonra Tarkan`ı uzun maraqlı bir yol gözləyir...

12 comments

Comment from: excellentfastcash [Visitor]
excellentfastcashThey get in order to really enjoy the similar rights and organizations as that having to do with the good capital holders. This facility gets been formulated to receive a borrower who is a paid class citizen about the UK with whom is an defense.
20. 10. 12 @ 13:24
Comment from: flores [Visitor]
florestarkan 1 nomredi.
25. 04. 08 @ 20:01
Comment from: elnura [Visitor]
elnurasen supersennnnnnnnn
17. 11. 07 @ 16:49
Comment from: GUNEL [Visitor]
GUNELMEN TARKANI CHOK SEVIREM BUNU HAMINIZ BILIN O BENIM ASHKIM,YUREYIM HAYELIMIN ERKEYI...ONUN MUZIKLERINI VE KENDISINI CHOK SEVIYORUM....... I LOVE YOU
28. 06. 07 @ 18:11
Comment from: etna777 [Visitor]
etna777menimde Trkandan xoshum gelir. amma bizde de tarkandan yaxsh oxuyan starlarimiz var. niye biz hemishe ozumuzu yox bashqasini teriflemeye orgeshmishik. hansisa bir star gelende bilet od qiymetine her kesde dava edir getmeye amma ozumuzunkilere ehhh neye gedim onsuzda butun gunu televizordadilar.amma ozumuz ozumuze qiymet vermeliyik.yoxsa bashqasi bize nece qiymet verer? men shexsen ozumuzun starlarini hec tarkan kimisini 1000 deyishmerem
15. 01. 07 @ 19:57
Comment from: Sabishka [Visitor]
SabishkaPure daha chox shekil yerleshdirerdin dee :D meni sevdiyim mugenninin sesi, gorunushu,yaradiciligi maraglandirir shexsi heyati yox :) Bakinka duzdu zovqler muxtelifdi ve mubahise olunmur ama sen canin Faikin neyinden xoshun gelir??Bir adam ki ozune nomre birem deyir o adamdan ne gozluyursen?artig daha da yaxshi olmag ucun chalishmir. Tarkan ondan sadedi,ve ona gore de meqastardi.bu da gelib ozunu oxshadir Tarkana oynamagini,geyimini zadini bir sozle..chox gulmeli gorunur:DTarkan demishken Bashkasi olma kendin ol :D
15. 01. 07 @ 14:42
Comment from: sensitive [Visitor]
sensitiveNe yaxshi postdur bu ;) Tarkan en chox sevdiyim mugennidir ve shadam ki onun da haqqinda post yerleshdirildi. Teshekkurler.
15. 01. 07 @ 09:28
Comment from: Most Known Unknown [Visitor]
Most Known Unknownkappahl: dogulmagina ele Almaniyada dogulub TarAkan, amma birce sheyi demeliyem ki Rize kend deyil, il'di (bizim dilde desek Rayon) ;) Bele de ki, pis oxumur.
15. 01. 07 @ 07:41
Comment from: MUTANTKA [Visitor]
MUTANTKApostu oxumami6 yaziram commenti tak 4to eger yazilarim tekrarlamag kimi 4ixsa sorry, TArkanin dunyaya geli6i 4ox problemli ke4ib.Anasi qezaya du6ub ve hekimler ya anani ya da korpeisini xilas ede bileceklerini deyibler atasina.O da evvelce xanimini se4meye qerar verib, amma yatib yuxuda gelecek oglunu gorub, ba6i ustunde parlaq ulduzla.Yuxudan duran kimi u6agi sag saxlamagi qerar verib...Gerisi melumdur hamiya :)
15. 01. 07 @ 01:44
Comment from: bakinka_v_NY [Visitor]
bakinka_v_NYpure,post uchun chox saq ol.Chox xoshlayiram Tarkani-hem gorkemini,hem ifasini,hem de publika ile,perestishkarlari ile munasibetini.Tarkan mehz oz zehmet ve eziyyeti ile o zirveye chatanlardandir!!!Eshe raz thanx)... PS.eshitdiyime gore menim chox sevdiyim Faik Aqayev 5 gun ela konsert verib...Heyif,chox isterdim o konsertde olam
14. 01. 07 @ 23:11
Comment from: _BaKiNeC_Naim_KHAZAR_UNIVERSITY_ [Visitor]
_BaKiNeC_Naim_KHAZAR_UNIVERSITY_halaldi Tarkana oxuyurda kisi adam balasi kimi bizimkiler kimi ^ulduz^ deyil eee)) ONU DA ELAVE EDIM KI ALMANIYADA HANSISA 1 MESHANI ALIB 3.2 MILYONA OZUDE 1.5 MILYON$LIQ VILLA TIKDIRIB!SEVGILISINE HEDIYYE UCUN!! UGURLAR!
14. 01. 07 @ 21:58
Comment from: Vusal [Visitor]
VusalSALAM UGURUNA HEC IR SEYE DIYE BILMEREM BIZDE BURDA HANSI DISKATEKAYA GETSEK BU MAHNINI AXTARDIRIQ AMA COX ISTERDIM BIR GUN AZERAYCAN MAHNILARINI AXTARIM VE INANIRAM KI AZERAYCAN DA BU GUN ELE ISTEDLAR VAR SADECE SERAIT OMNLARIN UZE CIXMASINA ENGELDI
14. 01. 07 @ 21:54

Leave a comment


Your email address will not be revealed on this site.
  
(For my next comment on this site)
(Allow users to contact me through a message form -- Your email will not be revealed!)
May 2024
Mon Tue Wed Thu Fri Sat Sun
 << <   > >>
    1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31    

Search

Categories

  XML Feeds

multiblog

©2024 by EylencE.AZ

Contact | Help | Blog theme by Asevo | multiple blogs | webhosting